SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə81/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   116

 
 
192 
Optimallıq  –  planlaşdırma  obyektinin  səmərəli  funksiyalaşması  və 
inkişafının təmin edilməsinə çalışır.  
Uyğunlaşma  –  planın  həm  obyekt,  həm  də  subyektin  mövcud 
dəyişikliklərə uyğunlaşma imkanlarını nəzərdə tutur.  
Ehtiyat  imkanlarının  məhdudluğu  –  hər  növ  ehtiyatların  rasional  və 
təsirli istifadəsinin təmin edilməsinə yönəlir.  
Bu ümumi planlaşdırma prinsipləri ilə yanaşı hər bir idarəetmə sisteminin 
öz planlaşdırma prinsipləri olur.   
Praktikada planlaşdırmanın 3 istiqaməti fərqləndirilir: proqressiv, dairəvi, 
retroqrad. 
1.  Proqressiv  (aşağıdan  -  yuxarı)  planlaşdırma  –  ən  aşağı  idarəetmə 
şəcərəsindən aliyə doğru istiqamətlənir. Struktur bölmələrin hər biri öz planını 
işləyir və sonda inteqrasiya olunub müəssisənin ümumi planına çevrilir. 
2.  Retroqrad  (mürtəce,  yuxarıdan  -  aşağı)  planlaşdırmada  –  struktur 
bölməllərin  planları  uyğunlaşdırılmalı,    detallaşdırılmalı  və  icraçıları 
dəqiqləşdirilməlidir. 
3.  Dairəvi  planlaşdırmada  –  birinci  mərhələdə  əsas  məqsədlər 
planlaşdırılır, ikinci mərhələdə detallaşdırılmış göstəricilər sistemi ilə son plan 
hazırlanır. Bu zaman ən uğurlu qərarlar plana daxil edilir. 
  
Planlaşdırmanın  məntiqi və texnologiyaları  
Planlaşdırmanın 
metodologiyasının 
vacib 
elementi 
məntiqdir. 
Planlaşdırmanın  məntiqi  –  planın  işlənməsi  və  plan  hesablamalarının 
mərhələli  tətbiqi  ilə  bağlı  olan  fəaliyyətin  ardıcıllığı  və  əsaslandırılması 
sistemidir.  Planlaşdırmanın  əsas  ideyası  planın  işlənməsi  prosesinin  tabe 
olduğu  çıxış  mövqeyinin  müəyyənləşdirilməsi  ilə  bağlıdır.  Planlaşdırmanın 
məntiqi əsasları – 
1)  məqsədin  və  ya  məqsədlər  toplusunun  müəyyən  edilməsi  və  formulə 
edilməsidir;  
2)  planlaşdırma  obyektinin  inkişafının  çıxış  nöqtəsinin  analizi,  yəni  onun 
keçmiş  və  indiki  vəziyyətinin,  planlaşdırmadan  əvvəl  əldə  edilmiş 
səviyyəsinin dəqiqləşdirilməsidir; 
3)  cəmiyyətin  tələbatlarının  analizi,  bu  tələbatların  həcmi  və  strukturunun 
tədqiqidir; 
4)  ehtiyatların  (həcm  və  strukturun)  planlaşdırmanın  əvvəlində  və 
planlaşdırma dövründəki vəziyyətinin müəyyənləşdirilməsidir;  
5) cəmiyyətin ehtiyat və tələbatlarının uyğunlaşdırılması və plan qərarlarının 
işlənməsidir.  
Planlaşdırmada  məqsəd  və  ona  nail  olma  yollarının  müəyyən  edilməsi 
zamanı  təsərrüfat  subyektinin  inkişafının  tarazlığını  və  proporsionallığını 


 
 
193 
təmin  etmək  vacib  şərtdir.  Planlaşdırmanın  məqsədi  işləmə,  reallaşdırma  və 
planlaşdırmanın  həyata  keçirilməsinə  nəzarət  prosesinin  vahidlyi  haqqında 
fərziyyənin  reallaşdırılması  üçün  onun  məqsədləri  və  funksiyalaşma 
parametrlərinin  təsərrüfat  subyekti  və  onun  elementlərinə  uyğunluğunun 
yoxlanması  ilə  bağlıdır.  Bu  zaman  aşağıdakı  çatışmazlıqların  yoxlanması 
imkanı yaranır:  
1) planlaşdırma prosesində buraxılmış səhvlərin aşkar edilməsi;  
2) istifadə edilməmiş ehtiyatları, imkanları aşkar etmək və onların idarəetmə 
subyektinin funksiyalaşması prosesinə aid edilməsi;  
3)  planlaşdırma  obyektində  tənzimlənmənin  müəyyən  edilməsi  və  onların 
aradan qaldırılması üçün ölçülərin götürülməsi;  
4) yeni tələbatların aşkar edilməsi və onların təmin edilməsi üçün ehtiyatların 
aydınlaşdırılması.  
Planlaşdırmanın  məntiqi  daha  dinamikdir.  O  planlaşdırmanın 
metodologiyasını  konkretləşdirir  və  planlaşdırmanın  texnologiyasının 
işlənməsinə xidmət edir.  Planlaşdırmanın texnologiyası  – plan məlumatların 
toplanması,  işlənməsi  və  istifadə  edilməsi  proseslərinin  məcmusudur. 
Planlaşdırma 
prosesləri 
idarəetmə 
qərarlarının 
qəbulu 
prosesinin 
mürəkkəbliyi,  məlumatlılığı,  kompleksliliyi  ilə  xarakterizə  olunur  və 
planlaşdırma obyektinin sistemli tədqiqini tələb edir.   
Obyektin inkişaf probleminin planlı həlli:  
1) problemin analizi;  
2) idarəetmə qərarlarının analizi və planın qəbul edilməsi;  
3) planın reallaşdırılması və planlı fəaliyyətin nəticələrinin qiymətləndirilməsi. 
Problemin analizi –  
1) planlaşdırmanın məqsədlərinin analizi və seçilməsi;  
2) problemin və onun həlli imkanlarının seçilməsi;  
3) planlaşdırma obyektinin qüvvəsinin analizi;  
4)  planlaşdırma  obyektinin  mövcud  qüvvəsi  çərçivəsində  imkanların 
müəyyənləşdirilməsi ilə bağlıdır. 
İdarəetmə qərarlarının analizi və planın qəbul edilməsi  -  
1)  alternativlərin,  yəni  planlaşdırma  obyektinə  təsir  etmə  imkanlarının  aşkar 
edilməsi;  
2) alternativlərin analizi (məhdudiyyətlərin, maliyyə itkilərinin aşkar edilməsi 
və s.);  
3) planlaşdırma qərarlarının nəticəliliyinin seçilməsi;  
4) planlaşdırma obyektinin müəyyən strategiya və sosial-iqtisadi vəziyyətində 
qərarların analizi ilə bağlıdır 


 
 
194 
Planın 
reallaşdırılması 
və 
planlı 
fəaliyyətin 
nəticələrinin 
qiymətləndirilməsi -  1) planın reallaşdırılması mexanizminin analizi;  
2) planın reallaşdırılması;  
3) planın reallaşdırılmasının nəticələrinin qiymətləndirilməsilə əlaqədardır. 
Planlaşdırma prosesi aşağıdakı mərhələlərdən ibarətdir:  
I Mərhələ -  Planlaşdırmanın məqsədinin müəyyənləşdirilməsi.    
Planlaşdırmanın  məqsədi  –  planlaşdırmanın  forma  və  metodlarının 
seçilməsində  həlledici  amil  olub,  plan  qərarlarının  qəbulu  və  onların 
reallaşdırılmasına  nəzarəti  təmin  edir.  Həm  ümumi  məqsədlərin  işlənməsi, 
həm də konkret məqsədlərin həyata keçirilməsi hazırlanır. 
Problemin  analizi  –  bu  mərhələdə  planın  tərtibi  üçün  çıxış  vəziyyəti 
müəyyən edilir və son vəziyyət formalaşır.  
II  Mərhələ  –  Alternativ  seçilməsi  -  bu  zaman  problemli  vəziyyətin 
mümkün  həlli  yolları  sırasında  uyğun  fəaliyyət  axtarılır.  Proqnozlaşdırma  – 
zamanı  planlaşdırılan  vəziyyətin  inkişafı  haqqında  təsəvvürlər  formalaşır. 
Qiymətləndirmə  –  zamanı  ən  yaxşı  alternativin  seçilməsi  üçün 
optimallaşdırma hesabı aparılır.  
III Mərhələ – Planlaşdırma qərarlarının qəbulu – zamanı planlaşdırma 
qərarları seçilir və rəsmiləşdirilir. 
IV  Mərhələ  –  Reallaşdırma  və  nəzarət  prosesində  mövcud  göstəricilər 
müqayisə və korrektə edilir.   
İdarəetmə  prosesinin  texnoloji  planlaşdırılması  idarəetmə  aparatının 
işçiləri arasında əmək bölgüsünə əsaslanır. Bu bölgü aşağıdakılardan ibarət ola 
bilər:  
1)  funksional  (idarəetmə  funksiyasına  və  ya  idarəetmə  işlərinin  növlərinə 
görə);  
2) peşəkarlıq (idarəetmənin hər bir funksiyası daxilində ixtisaslara görə);  
3) təsnifat (işlərin mürəkkəblik səviyyəsinə görə);  
4) texnoloji (prosedur, funksiyaların və əməliyyatların növlərinə görə).  
Səmərəli planlaşdırma qarşısındakı məhdudiyyətlər 
Planlaşdırma prosesinə mənfi təsir edən bir sıra amillər vardır: 
 
1.İnzibati  planlaşdırmanın  zəifliyi  aşağıdakılarla  bağlıdır:  məqsəd  və 
meyarların  uyğunsuz  və  səhv  görünməsi;  idarəetmə  subyektinin  məqsədləri 
dərk  etməməsi;  son  məqsədlərin,  personala  tələblərin,  müvəqqəti  müddət  və 
kəskin  tarixin  bilinməməsi;  əlaqə  və  reqlamentin  olmaması;  cədvələ  əməl 
edilməməsi və s. 
2.Obyektiv,  həqiqi  və  tam  informasiyanın  olmaması  aşağıdakılarla 
bağlıdır:  səmərəli  proqnozlaşdırmanın  həyata  keçirilməsinin  qeyri-


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə