SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə82/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   116

 
 
195 
mümkünlüyü;  qeyri-dəqiq,  səhv,  köhnəlmiş  və  natamam  göstəricilər;  vaxt 
azlığı və s. 
3.Planlaşdırmaya  sərf  edilən  vaxt,  qüvvə  və  ehtiyatların  planın 
reallaşdırılmasının  nəticələri  ilə  uyğunlaşdırılmaması  aşağıdakılarla  bağlıdır: 
çox  uzun  müddəti  əhatə  etməsi;  vaxt  və  ehtiyat  imkanlarının  uyğunsuzluğu; 
pis maliyyə qiymətləri və s. 
4.Planlaşdırma  üçün  çətin  olan  təkrarlanmayan  amillər  və  əməliyyatların 
mövcudluğu  aşağıdakılarla  bağlıdır:  planlaşdırma  sisteminin  təşkilati 
strukturunun  böyüklüyü  və  mürəkkəbliyinə  görə  müəyyənləşir;  planlaşdırma 
zamanı  idarəetmə  subyekti  çoxsayda  təsadüfi  proses  və  hadisələrlə 
toqquşurlar; 
planlaşdırmaya 
sistemli 
yanaşma 
olmur; 
planların 
formalaşdırılması  və  reallaşdırılmasında  idarəetmə  subyektinin  təcrübəsi 
nəzərə alınmadan qoyulan qiymətlər. 
5.Yaradıcılıq  və  yeniliklərlə  bağlı  olan  səmərəliliyin  mövcudluğu 
aşağıdakılarla  bağlıdır:  icraçılar  və  digər  maraqlı  şəxslərin  iştirakı  olmadan 
planın alt bölməsinin işçiləri tərəfindən planın formalaşdırılması; tələb olunan 
səviyyəli əməkdaşların tapılması çətinlikləri. 
Yuxarıda  sadalanan  amillər  planlaşdırmanın  metod  və  təşkilinə  təsir 
göstərir və bu aşağıdakı kimi təzahür edir: 
1.İdarəetmə  subyektinin  funksiyalarının  bölüşdürülməsi  və  onun 
fəaliyyətinin  planlaşdırılması  ehtiyacı  yaranır.  Bu  strateji  planlaşdırmanın 
funksiyalarının operativ plan işindən ayrılması istiqamətində həyata keçirilir. 
2.Planın həyata keçirilməsinə nəzarətə və planlaşdırmanın təşkilinə əmək 
bölgüsü  və  idarəetmə  şəcərəsi  prinsipləri  böyük  təsir  göstərir.  Bu  təsirin 
səviyyəsi idarəetmə obyektinin təşkilati strukturu ilə müəyyənləşir. 
3.Bununla  əlaqədar  olaraq,  uzun  müddətli  planların  rolu  və  onların  orta 
müddətli və mövcud planlarla əlaqəsinin vacibliyi yüksəlir.  
Planlaşdırma formasının seçilməsinə təsir edən amillər 
Praktiki  fəaliyyətdə  menecerlər  bir  neçə  müxtəlif  planlaşdırma 
növlərindən,  çox  vaxt  isə  planlar  kombinasiyasından  istifadə  edirlər. 
İdarəetmə  subyektinə  eyni  vaxtda  tətbiq  edilən  müxtəlif  planlaşdırma 
formalarının toplusu planlaşdırma  forması adlanır. Planlaşdırma formalarının 
seçilməsi bir çox amillərdən asılıdır:  
1)İdarəetmə  subyektinin  xüsusiyyətləri  ilə  bağlı  olan  amillər  planlaşdırma 
növünü seçərkən müəyyənləşdirici rol oynayır. İdarəetmə subyektinin coğrafi 
mövqeyi,  onun  funksiyalaşması  vəziyyəti  və  şəraiti,  idarəetmə  strukturunun 
xüsusiyyətlərindən  asılı  olaraq,  planın  sosial  və  iqtisadi  mahiyyəti  müxtəlif 
formalar alır. Planlaşdırma formasının seçilməsinə təsir edən vacib amillərdən 
biri 
də 
idarəetmə 
subyektinin 
avtomatlaşdırılması 
səviyyəsidir. 


 
 
196 
Avtomatlaşdırma plan qərarlarının keyfiyyətinin artırılmasına və informasiya 
toplamaq üçün vaxt itkisinin qarşısının alınmasına şərait yaradır. 
2)  Xarici  mühit  amilləri  planlaşdırmaya  birbaşa  və  dolayı  təsir  göstərə  bilir. 
Birbaşa təsir amilləri qəbul edilən planlaşdırma qərarlarına müxtəlif şərtlər və 
məhdudiyyətlər  çərçivəsində  təsir  göstərir.  Bu  təsirin  subyektləri  – 
istifadəçilər,  rəqiblər,  ictimai  təşkilatlar,  federal  və  regional  hakimiyyət 
orqanları və s. ola bilər. Dolayı təsiredici faktorlar planlaşdırma qərarlarına bir 
mənalı  təsir  etmir,  lakin  dolayı  vasitələrlə  qərarların  həyata  keçirilməsinə, 
iştirakçıların maraqlarının reallaşdırılmasına və şərtlərin dəyişdirilməsinə təsir 
edir.  Məsələn,  firma  üçün  belə  təsir  ölkənin  iqtisadi  vəziyyəti,  beynəlxalq 
hadisələr, siyasi amillər və s. ola bilər. Planlaşdırma formasına təsir edən əsas 
amil dövlətin iqtisadi siyasətidir. Dövlətin təsiredici obyekləri aşağıdakılardır:  
1) mülkiyyət hüququ;  
2)  istehsalçılar  və  istifadəçilər,  muzdurlar  və  muzdlu  işçilər  arasındakı 
qarşılıqlı münasibətlər;  
3) rəqabətin müdafiəsi və inhisarçılıqla mübarizə;  
4) maliyyə, icarə, vergilər;  
5) qiymətlərin formalaşması;  
6) iqtisadi ehtiyatların istifadəsi;  
7) xarici iqtisadi fəaliyyət;  
8) elmi-texniki siyasət. 
Planlaşdırma  prosesi  həmişə  eyni  struktura  malik  olub,  tələblərə  cavab 
verməlidir.  Məsələn,  planlaşdırma  formasının  seçilməsində  aşağıdakı 
göstəricilər vacib rol oynaya bilər:  
1) planlaşdırma zamanı qərar qəbul etmək üçün bütün hadisə və amillər nəzərə 
alınmalıdır;  
2) planlaşdırma təsnif edilməlidir;  
3) planlaşdırma dəqiq olmalıdır;  
4) planlaşdırma elastik olmalıdır;  
5) planlaşdırma qənaətcil olmalıdır;  
6) planlaşdırmanın əhəmiyyəti nəzərə alınmalıdır.  
Planlaşdırma prosesində plan sənədlərinin işlənməsi ilə bağlı olan müxtəlif 
metodların  uyğunlaşdırılması  vacibdir.  Perspektivli  planlaşdırmada  proqram-
məqsədli  yanaşma  və  riyazi  metodlar,  tarazlaşdırma  və  normativ  metodlar 
böyük rol oynayır. Müxtəlif metodlar arasındakı münasibətlər plan müddətinin 
davamiyyəti, məqsəd və vəzifələri, işçilərin təcrübə və dərəcəsi, iqtisadi-riyazi 
modellərin istifadəsindən asılıdır.  
 
 


 
 
197 
YOXLAMA SUALLAR 
1.Planlaşdırma hansı mərhələlərdə həyata keçirilir? 
2. Planlaşdırmanın əsas prinsipləri hansılardır? 
3.Planlaşdırmanın hansı növləri fərqləndirilir? 
4.Ənənəvi planlaşdırma metodları hansılardır? 
5.Planlaşdırmanın əsas metodooji prinsipləri hansılardır? 
6.Planlaşdırma texnologiyalarını izah edin. 
 
REFERAT MÖVZULARI 
1.Planlaşdırma prinsipləri 
2.Regional sosial planlaşdırma 
3.Sosial proseslərin planlaşdırılması 
4. Konkret, yaxud ünvanlı planlaşdırma  
5.Sosial planlaşdırmanın metodları 
6.Planlaşdırmanın əsas metodoloji prinsipləri  
7.Planlaşdırmanın  məntiqi və texnologiyaları  
 
ƏDƏBİYYAT: 
1.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по 
социологии знания. М., 1995.  
2.Гусейнов З.Р., Ибрагимов Э.Р. Планирование инвестиционного процесса на 
основе новой имформационной технологии. Баку, «Элм», 1990. 
3.Карташов А.В. Проектное знание: опыт методологического анализа.// 
Системные исследования. Методологические проблемы. Ежегодник, 1988.   
4.Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
5.Лаушинская Г.К. Планирование в условиях рынка: учебное пособие. М.: 
Издательско-торговая корпарация «Дашков и К», 2003. 
6.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М.: 
Изд-во Моск. гуманит ун-та: Флинта, 2006. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə