SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə100/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   116

 
 
236 
sahələrində  obyektiv  şəraiti  və  subyektiv  keyfiyyətləri  özündə  birləşdirən 
insan  davranışının  mahiyyətini  əks  etdirir.  Sosial  mədəni  layihələşdirmə 
çərçivəsində bu anlayış dəyərlər və uyğun fəaliyyət formaları ilə məhdudlaşır 
və  şəxsiyyət  və  sosial  qrupun  bədii,  tarixi,  sosial  psixoloji,  mənəvi,  siyasi, 
ekoloji, peşə, asudə vaxt, psixofizioloji mədəniyyət səviyyəsi kimi çıxış edir. 
Layihələşdirmə  prosesində  həyat  tərzinin  analizi  zamanı  insanın  inkişaf 
problemləri  sosial  mədəni  fəaliyyətin  subyekti  kimi  müəyyənləşdirilir,  yəni 
insanın  dünya  mədəniyyətini  mənimsəməsi  meyarları  aşkar  olunur, 
şəxsiyyətin, sosial qrupun bədii, sosial psixoloji səviyyəsi müəyyənləşdirilir.     
 
YOXLAMA SUALLAR 
1.Sosial mədəni layihələşdirmə hansı məqsədləri daşıyır? 
2.Layihə sosiumu dedikdə nə nəzərdə tutulur? 
3.Mədəni sahənin layihələşdirilməsi xüsusiyyətlərini izah edin. 
4.Sosial mədəni layihələşdirmənin əsas prinsipləri hansılardır? 
5.Sosial mədəni layihələşdirmənin texnoloji əsaslarını izah edin.  
 
REFERAT MÖVZULARI 
1.»Sosial mədəni layihələşdirmənin» mahiyyəti 
2.Sosial mədəni fəaliyyətin məqsəd yönümləri və vəzifələri 
3.Sosial mədəni layihələşdirmədə sosial proqram və sosial layihə 
4.Sosial mədəni layihələşdirmədə məqsədyönümlük 
5.Layihələşdirmə prosesinin subyektləri və iştirakçıları 
6.Sosial mədəni layihələşdirmənin texnologiyası 
7.İctimai ikişafın analizinə sosial mədəni yanaşma.  
 
ƏDƏBİYYAT:   
1.Бергер П., Лукман Т. Социальное конструирование реальности : Трактат по социологии 
знания. М., 1995.  
2.Дридзе Т. М., Орлова Э. А. Основы социокультурного проектирования. М., 1995.  
3.Жежко И.В. Игровые методы проектирования в сфере культуры // Прорыв в реальность. 
М., 1993. 
4.Ковалева А. И., Луков В. А. Социология молодежи : Теоретические вопросы. М. : 
Социум, 1999.  
5.Крючков Ю.А. Проектная  культура. М., 1989. 
6.Марков  А.П.,  Бирженюк  П.И.  Основы  социокультурного  проектирования:  Учебное 
пособие. СПб., 1997. 
7.Петров  В.М.  Прогнозирование  художественной  культуры:  вопросы  методологии  и 
методики. М., 1991. 
8.Социальное проектирование в сфере культуры. М., 1990. 
9.Тощенко Ж. Т., Аитов Н. А., Лапин Н. И. Социальное проектирование. М., 1982.
  
 
 
 


 
 
237 
18.3  SOSİAL  MÜNASİBƏTLƏR  VƏ  SOSİAL  DAVRANIŞIN 
LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
Regional layihələşdirmə  
Regionun  təsərrüfat  kompleksi  fərqli  mülki  xüsusiyyət,  təsərrüfat 
təşkilatlarının  forma  və  mahiyyətindən  ibarətdir.  Onların  sahə  yönümü  və 
ölçüləri  ərazinin  əsas  təsərrüfat  istiqamətini  və  regional  layihələşdirmənin 
xüsusiyyətlərini  müəyyənləşdirir.  Regional  səviyyəli  sosial  layihənin 
əsaslandırılması  üçün  regional  təsərrüfat  subyektinin  xüsusiyyətləri  nəzərə 
alınmalıdır. Təsərrüfat subyekti dedikdə, region ərazisində fəaliyyət göstərən 
firma,  müəssisə,  təşkilatlar,  banklar,  sığorta  kampaniyaları,  investisiya 
fondları,  dövlət  və  bələdiyyə  təşkilatları  və  s.  nəzərdə  tutulur.  Region 
səviyyəli  sosial  layihələrin  formalaşdırılması  müəssisələrin  maddi  imkan  və 
tələbatlarını nəzərə almalıdır. Regional layihələşdirmədə şəxsi firmalar, dövlət 
və  bələdiyyə  firmaları  və  müəssisələrilə  yanaşı  fərqli  kooperativ,  ictimai  və 
digər  təşkilatlar  da  nəzərə  alınmalıdır.  Öz  fəaliyyət  xüsusiyyətlərinə  görə 
firmalar aşağıdakı kimi təsnif edilir: 
1.istehsal (burada mübadilənin yarıdan çoxu sənaye istehsal məhsullarına 
əsaslanır); 
2.ticarət (bu firmalar əsasən malların alqı-satqısı ilə məşğul olur); 
3.nəqliyyat (daşınma ilə məşğul olanlar); 
4.nəqliyyat ekspedisiya (yüklərin çatdırılmasını təmin edənlər); 
5.sığorta (beynəlxalq daşınmada yuklərin sığortasını təmin edənlər). 
Firmalar  fərdi,  sahibkarlar  birliyi  (korporasiyalar),  yoldaşlıq  (ortaq) 
şirkətləri, paylı firmalar.  
Mülkiyyət formasına görə firmalar aşağıdakı kimi təsnif edilir: 
1.Dövlət  (o  cümlədən)  regional  firmalar  dedikdə,  əsasən  mülkiyyətinin 
50%-i  dövlətə  məxsus  olan  müəssisələr  nəzərdə  tutulur.  Dövlət  firmalarının 
əsas  hissəsi  sənaye  və  nəqliyyat  sahəsinə  aiddir.  Ticarət  sahəsinə  aid  olan 
dövlət firmaları əsasən beynəlxalq mal mübadiləsilə məşğul olur.  
2.  Bələdiyyə  firmaları  əsasən  mənzil  komunal  təsərrüfatı,  su  kəməri  və 
kanalizasiya,  enerji,  nəqliyyat  və  digər  sahələrlə  bağlı  müəssisələrdən 
ibarətdir. Ticarət, məişət xidməti, təhsil, mədəniyyət sahələri, otel biznesi və s. 
bələdiyyə firmaları mövcuddur. 
3.Kooperativ  firmalar  (ittifaqlar)  əsasən  istehlakçılar,  xırda  istehsalçılar, 
fermerlər  və  digər  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsilə  məşğul 
olurlar.  Onların  əsas  məqsədi  mal  mübadiləsi  əməliyyatlarında  xarici 
vasitəçilərin kənarlaşdırılmasıdır. 


 
 
238 
4.Şəxsi  firmalar  ərazinin  iqtisadi  həyatının  regional  tənzimlənməsi 
məsələlərilə  məşğul  olur  və  regional  və  bələdiyyə  təşkilatlarının  digər  şəxsi 
firmalarla  qarşılıqlı  təsirini  təmin  edir.  Bu  qarşılıqlı  təsir  metodları  belə 
firmaların təşkilati-hüquqi formalarına görə fərqləndirilir.   
Firmaların  birləşdirilməsi  firmalararası  münasibətlərin  məqsəd  və 
xüsusiyyətlərindən asılı olaraq, aşağıdakı formalara malik ola bilər: 
1.Kartel  –  firmaların  birləşmiş  forması  kimi  əsasən  qiymətlərin 
tənzimlənməsinə  yönəlmiş  satış-təchizat  fəaliyyətilə  məşğul  olur.  Kartelin 
əsas əlamətləri iştirakçılarının tam əmlak və təsərrüfat müstəqilliyi və birliyin 
ayrılıqda 
satış-təchizat 
strukturu 
yaradılmadan 
saziş 
yaradılması 
xüsusiyyətlərilə  bağlıdır.  Kartellər  əhalinin  həyat  tələbatı  ilə  bağlı  zəruri 
məhsulların  qiymətlərinin  tənzimlənməsi  məqsədilə  regional  orqanların 
imkanlarını  məhdudlaşdırır.  Bu  zaman  kartellər  açıq  və  gizli  kartel 
müqavilələrinin  dərk  edilməsi  və  rəqabət  azadlığının  genişləndirilməsi  üçün 
ölçülər götürülməsinə yönəlir. 
2. Sindikat – səhmdar cəmiyyətlər və yoldaşlıqlar formasında vahid satış-
təchizat  orqanlarının  yaradılmasına  istiqamətlənmiş  firmaların  müqaviləli 
təşkilatıdır. Belə birliklər aqrar rayon miqyasında kənd təsərrüfatı müəssisələri 
üçün  əhəmiyyətli  ola  bilər.  Onların  fəaliyyətinin  nəzarəti  üçün  burada  rayon 
inzibati  idarələrinin  səlahiyyətli  nümayəndələri  iştirak  edə  bilərlər.  Şəhər 
bələdiyyələrilə müqavilə münasibətlərinə malik olan şəhər istehsal sindikatları 
da səmərəli ola bilər.  
3.Pul  –  kartel  tipli  müqavilə  əsasında  birləşmiş  təşkilatlardır.  Onların 
üzvlərinin  gəlirləri  ümumi  hesaba  daxil  olur  və  əvvəlcədən  müəyyənləşmiş 
nisbətdə bölüşdürülür. 
4.Trest  –  əvvəllər  tam  müstəqil  olan  firmaların  birləşdirilməsi  əsasında 
yaradılan təşkilatdır. Belə birlik forması regionlar və şəhərlərdə birləşdirilmiş 
istehsal təşkil etmək və sahələr arası və firmalar arası maneələrin dəf edilməsi 
üçün daha əlverişlidir. 
4.Holdinq – trestin dəyişmiş forması olub, vahid sahibkar tərəfindən idarə 
edilən  filialların  birləşdirilməsilə  bağıdır.  Regional  idarəetmənin  vəkil  təyin 
etdiyi  təşkilat  holdinqin  sahibi  rolunda  çıxış  edə  bilər.  Regional  maraqlar 
baxımından  belə  birliklər  yerli  qurucu  materialların  istehsalını,  oduncaqların 
emalını, bələdiyyə idarəçiliyini əlaqələndirmək üçün əhəmiyyətli ola bilər. 
5.Konsern  –  hüquqi  müstəqil  firmaların  iri  birliyidir.  Konsern  inhisarçı 
direktorlar  şurası  tərəfindən  və  səhmlər  paketi  vasitəsilə  ona  daxil  olan 
cəmiyyətlərə nəzarət edir. Konsern əsasən istehsal funksiyasını yerinə yetirir 
iqtisadi rayonlar, yaxud bütün ölkədə istifadə edilir. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə