SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə102/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   116

 
 
241 
Belə  mühiti  təşkilata  bilavasitə  təsir  göstərən  xarici  agent  və  institutlar 
formalaşdırır.  Bu  mühiti  ehtiyat  (maddi,  enerji,  əmək,  maliyyə  və  s.) 
təchizatçıları,  ölkə,  region  və  bələdiyyə  qanunvericilik  orqanları,  məhsul 
istehlakçıları,  rəqiblər,  ərazi  hakimiyyət  orqanları  yaradır.  Regional  və 
bələdiyyə üçün əsas məsələ ərazinin maliyyə vəziyyəti, büdcənin toplanması, 
investisiyanın  iqtisadiyyata  yönəldilməsidir.  Xarici  mühit  amili  olan  kapitalı 
təsərrüfat  təşkilatlarına  banklar,  investisiya  fondları,  dövlət  və  bələdiyyə 
orqanları, firmaları, ayrı-ayrı şəxslər və s. təqdim edir. Firma daha böyük və 
sabit olduqda onun kredit alması daha asan olur. Kiçik bizneslə məşğul olan 
firmalar  iş  yerlərinin  təchizatçıları,  xalq  istehsalı  mallarının  istehlakçısı  və 
vergi  ödəyicisi  kimi  çıxış  edir  və  regional  və  bələdiyyə  orqanları  onların 
inkişafında  maraqlıdırlar.  İri  layihələrin  reallaşması  ilə  bağlı  vəsaitlərin 
qüvvətləndirilməsi  üçün  regional  və  bələdiyyə  orqanları  fərqli  maliyyə 
strukturları,  bələdiyyə  bankları,  ticarət  evləri,  investisiya  fondları  yaratmalı, 
konsorsiumların (inhisar birlikləri) təşkilatçısı kimi çıxış etməlidirlər.   
Əmək  ehtiyatları  xarici  mühitin  əsas  amillərindən  biri  olub,  mövcud 
ərazinin  əhalisi,  təhsil  müəssisələri,  mühacirlər  tərəfindən  təchiz  edilir. 
Bununla  yanaşı  firmalararası  işçi  mübadiləsi  də  əlavə  işçi  təchizatçısı  kimi 
çıxış edir. Əmək ehtiyatlarının inkişafını təmin etmək üçün regional orqanlar 
uzun  müddətli  xüsusi  sosial  layihə  və  poqramlar  həyata  keçirir.  Qeyd 
olunanlarla  yanaşı  regional  təsərrüfat  daxilində  sağlam  rəqabət  mühitinin 
yaradılmasının  layihələşdirilməsi  əsas  məqsəddir.  Beynəlxalq  bazarda  baza 
sahələrə  aid  müəssisələr  (buğda  istehsalı,  günəbaxan  yağı,  meyvə  və 
tərəvəzlər, süd və ət məhsulları, məhsul təchizatı müəssisələri, maşınqayırma, 
kimyəvi,  meşə  və  digər  sənaye  sahələri)  əsas  rəqiblər  kimi  çıxış  edir. 
Regionlararası  bazar  rəqabət  aparan  subyektlər  vasitəsilə  region  daxili 
bazarlara  təsir  edir.  Beləliklə,  həm  regiondaxili,  həm  də  regionlararası  bazar 
regional təşkilatın bilavasitə təsir komponenti hesab edilir.  
Vasitəli təsir mühiti                                         
Regional  təşkilatda  Milli  iqtisadiyyatın  ümumi  vəziyyəti,  sosial  mədəni 
tələbatlar,  firma  və  regional  orqanların  siyasi  institutlar  və  əhali  ilə 
münasibətləri    və  s.  vasitəli  təsir  mühitinin  elementləri  kimi  qəbul  edilir. 
Sosial  layihələşdirmənin  regional  iqtisadi  strategiyasının  seçilməsində  ərazi 
orqanları  ölkənin  iqtisadi  vəziyyətinin  dəyişməsilə  bağlı  proqnozlaşdırmanın 
regional  iqtisadiyyata  təsirini  qiymətləndirməyi  bacarmalıdır.  Məsələn,  əgər 
ölkədə yüksək inflyasiya proqnozlaşdırılırsa, ərazi rəhbərləri qida və yanacaq 
ehtiyatlarını  artırmalı,  işçilərin  tətillərinin  qarşısını  almaq  üçün  həmkarlarla 
danışıqlara  getməli,  bələdiyyə  və  regional  təşkilatların  nümayəndələrilə 
əməkdaşların əmək haqqının ödənilməsini dayandırmaq haqqında razılıq əldə 


 
 
242 
etməlidirlər.  Əgər  Milli  iqtisadiyyatda  ümumi  tənəzzül  proqnozlaşdırılırsa, 
regional  orqanlar  ictimai  işlərin,  əl  əməyinə  əsaslanan  istehsalın 
genişləndirilməsinə, ixracın, fərdi və kooperativ inşaatın tənzimlənməsinə və 
s.  çalışmalıdırlar.  Nəzərə alınmalıdır  ki, istehsal  texnologiyalarının  səviyyəsi 
intellektual  və  texnoloji  sahələr  vasitəsilə  ərazinin  iqtisadi  vəziyyətinə  təsir 
edir. Regionlarda qabaqcıl texnologiyalarla təchiz edilmiş müəssisələrdə yeni 
istehsal sahələrinin yaradılması və kadr təchizatı məsələləri sürətlə və səmərəli 
həll  edilir.  Burada  elmi  tədqiqat  mərkəzləri,  ali  təhsil  müəssisələrinin 
funksiyalaşması  üçün  əlverişli  şərait  yaradılır.  Eyni  zamanda  bu  regionlarda 
əhali  aşağı  səviyyəli  istehsal  sahələrinə  və  bitkiçiliyə  daha  az  maraqlı  olur, 
regional  və  bələdiyyə  idarəçiliyində  yerli  hakimiyyət  orqanlarına  daha 
tələbkar mövqe tuturlar.   
Region  səviyyəsində  dəyərlər  şkalası,  davranış  tərzi,  adətlər,  insanlar 
arasındakı  münasibətlər,  geyim  forması,  dəyərlər,  qida  tələbləri  və  s.  sosial 
layihələşdirmənin  sosial  mədəni  ənənələrinə  aid  edilir.  Məsələn,  dağlıq 
ərazilərdə  yaşlı  adamların  fikri  yüksək  qiymətləndirilir  və  s.  Regional    və 
bələdiyyə  səviyyəli  sosial  layihələşdirmə  ölkədəki  və  ayrı-ayrı  ərazilərdəki 
ümumi  siyasi  vəziyyətlə  yanaşı,  əhalinin  və  ictimai  birliklərin  müəyyən 
istehsal və biznes sahəsinə təsiri nəzərə alınmalıdır.   
Regional layihələşdirmənin daxili mühiti        
Regional  layihələşdirmənin  daxili  mühiti  məqsəd,  struktur,  vəzifələr, 
texnologiyalar,  kadrlar,  qruplar  kimi  dinamik  dəyişənlərdən  ibarətdir. 
Regional  təşkilatın  daxili  mühitini  formalaşdıran  dəyişənlər  ərazi  iqtisadi 
sistemi  daxilində  vəziyyətlə  bağlı  amillərdən  ibarət  olub,  idarəetmə 
qərarlarının  nəticəsi  kimi  çıxış  edir.  Regionun  məqsədləri  ərazi  təşkilatının 
ilkin  əsası  kimi  çıxış  edir.  Regional  təşkilatın  məqsədləri  onun  daxili 
mühitinin elementləridir. Fərqli təsərrüfat formaları və sosial qruplar əsas və 
ikinci  dərəcəli  məqsədlərə  malik  ola  bilər.  Məsələn,  istehsal  müəssisələrinin 
əsas  məqsədi  istehsal  həcmi  və  işçi  heyətin  əmək  haqqının  ödənilməsi, 
maliyyə  təşkilatlarının  əsas  məqsədi  sifarişçilərin  artırılması,  təhsil 
müəssisələrinin  əsas  məqsədi  ixtisaslı  kadrların  yetişdirilməsi,  tibb 
müəssisələrinin  əsas  məqsədi  əhali  arasında  müalicə  profilaktik  tədbirlərin 
keçirilməsi,  həmkarlar  ittifaqlarının  məqsədi  əmək  məşğulluğu  və  əmək 
haqqının  ödənilməsi  və  s.  ilə  bağlıdır.  Bununla  belə  ayrı-ayrı  təşkilatların 
fərqli  məqsədləri  ərazinin  ümumi  məqsədinin  tərkib  hissəsi  kimi  çıxış  edir. 
Regional  təşkilatın  strukturu  idarəetmə  və  funksional  sahələrdə  səmərəli 
funksiyalaşmanı  həyata  keçirən  məntiqi  münasibətlər  sistemidir.  Funksional 
sahə  struktur  alt  sistemlər  vasitəsilə  həyata  keçirilən  funksiyalar  toplusudur. 
Regional layihələşdirmənin əsas xüsusiyyəti şaquli və üfiqi əmək bölgüsünün 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə