SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə104/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   116

 
 
246 
tənzimlənməsinin fəallaşdırılması, dövlətin, kollektivin və fərdlərin maraq və 
münasibətlərinin  inteqrasiyası,  dövlətin  regional  siyasətinə  dair  xalq 
təsərrüfatı  layihələrinin  sürətləndirilməsinə  yönəlir.  Məqsədli  regional 
layihələşdirmə  dövlətin  bu  və  ya  digər  ərazidə  bazar  iqtisadiyyatına  birbaşa 
təsirilə  bağlı  olub,  ərazinin  özünütənzimləməsi  və  məqsədyönlü  inkişafı 
funksiyalarının uyğunluğunu təmin edir. Ümumdövlət məqsədli  planlaşdırma 
müxtəlif  regionların  iqtisadi  inkişafının  tənzimlənməsi  aləti  kimi  çıxış  edir. 
Tarix göstəirir ki, bir çox məqsədli proqramlar tam həyata keçirilmədən qalır. 
Bu  regional  planlaşdırma  orqanlarından  kəsirləri  nəzərə  ala  bilən  plan 
variantların hazırlanmasını tələb edir.   
Regional strateji layihələşdirmə və planlaşdırmanın ehtiyat təminatı        
Regional  strateji  layihələşdirmə  və  planlaşdırmanın  ehtiyat  təminatı 
qoyulan  məqsədlərə  nail  olma  qüvvə  və  məqsədlərinin  mənbələrinin 
formalaşdırılmasına  yönəlir.  Regional  layihələşdirmənin  və  planlaşdırmanın 
əsas ehtiyatları aşağıdakılar hesab olunur:  
1.əmək; 
2.əsas fondlar; 
3.maddi; 
4.maliyyə. 
Ehtiyatların istifadə edilməsi prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 
1.formalaşdırma;   
2.istifadə etmə; 
3.bərpa; 
4.istifadə etmə və hesabdan silmə. 
Ehtiyatlarla təmin etmə formaları aşağıdakı kimi müəyyənləşdirilir: 
1.regionun şəxsi istehsalı; 
2.istehsal əlaqələri vasitəsilə regiona daxil olan gəlirlər
3.kommersiya təşkilatları ilə müqavilələr
4.dövlət  büdcəsindən  ayrılan  subvensiya  (dövlət  maliyyə  yardımı)  və 
dotasiyalar (dövlət maliyyə yardımı);  
5.kredit vermə və sponsorluq. 
Regional layihələşdirmənin informasiya təminatı  
İnformasiya  təminatı  sifarişçilər  və  icraçılar  arasında  əlaqələndirmə 
prosesi ilə bağlı olub, dörd əsas agentdən ibarət olur: 
1.göndərən; 
2.məlumat; 
3.kanal; 
4.alan.  


 
 
247 
Strateji  planların  hazırlanmasında  informasiyanın  həqiqiliyi  və  dəqiqliyi, 
müasirliyi  və  ünvanlılığı  əsas  tələbdir.  Əks  təqdirdə  strateji  plan 
göstəricilərinin  uyğunlaşdırılması  bir  sıra  tanış  olmayan  şəxslərlə  oyuna 
çevrilə bilər.  
Regional layihələşdirmənin hüquqi təminatı   
Regional  layihələşdirmənin  hüquqi  təminatı  dövlətin,  regionların  və 
bələdiyyələrin  qanunvericilik  və  normativ  aktlarına  əsaslanır.  Regional 
proqramlarda hakimiyyətin qeyd olunan üç səviyyəsi nəzərə alınmalı və tələb 
olunan məqsədə nail olmanın optimal xərcləri müəyyənləşdirilməlidir. 
Regional layihələşdirmə texnologiyaları     
Regional layihələşdirmə və planlaşdırma texnologiyaları aşağıdakı sualları 
məkan, kəmiyyət, ehtiyat və zamanca əlaqələndirir: 
1.Nə sərf edilir (əhali və istehsalçılar tərəfindən) və hansı miqdarda?  
2.Regionun sərf etdiyi ehtiyatlar haradan əldə edilir? 
3.Regional istehsal və istehlak hansı şəkildə və həcmdə təşkil olunmaldır? 
4.Bu regional təsərrüfatın genişləndirilmiş təkrar istehsal prosesində necə 
əks olunur? 
Regional  təsərrüfatın  strateji  planlaşdırılmasının  ən  ümumi  əməliyyatları 
aşağıdakı kimi sıralana bilər: 
1.işə  hazırlıq  (problemlərin  aşkar  edilməsi,  məsələlərin  qısa  xülasəsi  və 
təkmilləşdiricilərin seçilməsi); 
2.əsas  problemin  müəyyənləşdirilməsi  və  məqsədlərin  formalaşdırılması 
(mühitin  analizi,  amillərin  aşkar  edilməsi,  ehtiyatların  hesablanması,  açar 
problemlərin  izah  edilməsi  və  buna  uyğun  olan  məqsədlər  qrupunun 
müəyyənləşdirilməsi); 
3.informasiya  toplanması  (mənbələrin,  kanalların,  qəbul  edicilərin 
müəyyənləşdirilməsi); 
4.informasiyanın emalı (yoxlanması, qruplaşdırılması, analizi, seçilməsi); 
5.məqsədlərə nail olmaq üçün regional təsərrüfatın imkanlarının analizi;  
6.məqsədlərin  sıralanması  (son  məqsədlər  «ağacının»  qurulması, 
məqsədlərin 
üstünlüklərinin 
və 
reallaşdırılma 
ardıcıllığının 
müəyyənləşdirilməsi,  məqsədlər  ağacının  təşkilati  təminat  layihəsinin 
hazırlanması); 
7.plan  məqsədlərin  formalaşdırılması  (yerinə  yetirilmə  miqyasının  və 
müddətinin, icraçıların tərkibinin təyin edilməsi);  
8.plan  sənədlərin  rəsmiləşdirilməsi  (strateji  plan  formalarının 
müəyyənləşdirilməsi,  rəsmiləşdirilməsi,  icraçılar  arasında  razılaşdırılması  və 
yayılması); 


 
 
248 
9.strateji  planlı  qərarların  reallaşdırılması  (regional  qanunların,  qərarların 
və inzibati idarəetmə sərəncamlarının nəşri və s., inzibati-idarəetmə aparatının 
operativ təşkilati fəaliyyəti). 
Regional təşkilati strukturun layihələşdirilməsi idarəetmə funksiyalarından 
biri  kimi  çıxış  edir.  Strategiya  dəyişdikdə  regional  təşkilatın  strukturu  da 
dəyişir.  Təşkilati  strukturun  işlənib  hazırlanması  ardıcıllığı  regional 
planlaşdırma prosesi elementlərinin ardıcıllığı ilə uyğundur: 
1.ümumregional  iqtisadi  strategiyanın  reallaşdırılması  fəaliyyətinin  əsas 
istiqamətlərinə  uyğun  olaraq,  regional  təşkilatlandırmanın  üfiqi  şəkildə  iri 
sahələrə bölünməsi;  
2.hər  bir  sahə  (sahə,  qrup  sahələr,  mikroregionlar  və  s.)  qarşısında 
müəyyənləşmiş məsələlərin qoyulması;  
3.regional  təşkilatın  idarə  edilməsində  səlahiyyətlərin  və  vəzifələrin 
müəyyənləşdirilməsi; 
4.səviyyələr (dərəcələr, rütbələr və s.); 
5.əlaqələr (şaquli və üfiqi qarşılıqlı təsir).  
Regional  məqsədli  kompleks  proqram  və  layihələrin  sahə  və  ərazi 
xüsusiyyətləri  əsasında  yaradılan layihə idarəetmə  sturukturları  üç  səviyyədə 
ola bilər: a) avtonom; b) matritsa; c) innovasion. 
a)  Avtonom  layihə  strukturları  tərkibindəki  alt  bölmələr  və  menecerlər 
yalnız  daxili  idarəçiliyə  tabe  olurlar.  Belə  idarəetmə  formaları  konkret 
regional məqsədli proqramların hazırlanması və tətbiqi müddətində yaradılır. 
b) Matritsa layihə strukturları tərkibində yaradılan alt bölmələr – üfiqi və 
şaquli istiqamətli ikili tabeçiliyə malik olur. Matritsa strukturlar hər hansı bir 
layihənin  reallaşdırılması  ilə  əlaqədar  fərqli  departament  və  şöbələrdən 
işçilərin  cəlb  edilməsi  əsasında  yaradıla  bilər.  Belə  işçilər  həm  layihə 
rəhbərinə,  həm  də  daimi  tərkibində  olduqları  şöbənin  rəhbərlərinə  tabe 
olduqlarından  ikili  tabeçiliyə  malik  olurlar.  Bu  təşkilatlandırma  forması 
sahələrarası  kompleks  proqram  və  layihələrinin  hazırlanması  və 
reallaşdırılması  baxımından  əlverişli  olub,  bölmələrin  daimi  işçilərinin 
matritsa  strukturunda  iştirakını  təmin  edir.  Matritsa  strukturunun  çatışmayan 
tərəfi işçilərin layihə ilə bağlı maddi maraqlarının olmamasıdır, belə ki, onlar 
əmək haqqını daimi iş yerindən alırlar. Buna görə də matritsa strukturunda işçi 
heyətin maddi stimullaşdırılması əsas şərtdir. 
c) İnnovasion strukturlar müstəqil təşkilati formalar kimi, yeni layihələrin 
reallaşdırılması ilə məşğul olurlar. Onların fəaliyyəti riskli bizneslə bağlı olub, 
layihə  gedişində  itkilərə  məruz  qala  bilər.  Regional  inzibati  idarəetmə 
kreditləri,  borc  və  vergi  imtiyazları  təklif  etməklə  innovasion  firmaların 
fəaliyyətinə təsir edir. Bu əsasda regional idarəetmə innovasion firmalarda öz 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə