SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə106/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   116

 
 
252 
müəssisələr  tərəfindən  həyata  keçirilir.  Bununla  əlaqədar  olaraq,  hüquqi 
nəzarəti çox zaman «rəsmi» nəzarət adlandırırlar. Cəmiyyətin normativ nizamı 
ümumi və struktur qaydalarla yönəldilmiş və qarşılıqlı fəaliyyətdə olan fərdlər 
və  qrupların  tələblərinin  və  maraqlarının  qaydalar  və  sosial  nəzarət  əsasında 
həyata  keçirilməsilə  müəyyənləşir.  Hüquqi  nizamın  sabitliyi  sosial  nəzarətin 
legitimliyinə  əsaslanır.  Legitimlik  zəif  olduqda  xarici  məcburiyyət  də  güclü 
olur və əksinə. Sosial nizamın legitimliyi vətəndaşların dövlət konstitusiyasına 
tabeçilik səviyyəsindən asılı olub, siyasi konformizmdə öz əksini tapır. Sosial 
nəzarətin sabitliyi yeniləşmə mexanizmlərinin fəaliyyətilə bağlıdır. 
Sosial nizamın layihəli legitimliyi   
Vətəndaş birliyi aşağıdakı hallarda konstitusiyaya diqqəti artırır: 
1.konstitusiya  dəyərlərinin  üstünlüyü,  təhlükə  və  zərərlər  kütləvi  şüurda 
həyəcan doğurduqda; 
2.konstitusiyaya  dəyişikliklər,  yaxud  konstitusiyanın  ümumi  təftişi 
layihəsi əsas siyasi mövzuya çevrildikdə;  
3.düzəliş prosedurları ilə bağlı mümkün pozuntulara diqqət artdıqda; 
4.konstitusiyadan  yayınmaların  məhkəmələrdə  mübahisə  mövzusuna 
çevrilməsinə diqqət artdıqda.  
Beləliklə,    konstitusiyanın  legitimlik  dərəcəsi  normativ,  nominal  və 
semantik ola bilər. İctimai rəyin konstitusiyaya yönəlməsi legitimliyin empirik 
göstəricisi kimi müəyyənləşir.  
Normativ nizamda hüququn rolu  
Sosial  nizamın  institutlaşması  cəmiyyətin  normativ  sisteminin  hüquqi 
status qazanması, hüquq və məsuliyyətlərin ümumiliyi əsasında müəyyənləşir. 
İnstitutlaşma cəmiyyətin fərdi və kollektiv üzvlərinin normativ tənzimlənməsi 
üç  sahəni  əhatə  edir:  ümumi  dəyərlərə  münasibət,  cəmiyyətin  hakimiyyət 
tərəfindən idarə olunmasına münasibət, hüquq qaydalarının təmin olunmasına 
münasibət. Hüquq qaydalarının müdafiəsi xüsusi dövlət orqanlarına tapşırılır 
və  hüquq  mühafizə  institutları  vasitəsilə  tənzimlənir.  Sosial  nizamın 
institutlaşmasının hüquqi əsasları vətəndaş səlahiyyətləri, ictimai münasibətlər 
sahəsində hüquqa malik olmaq və məsuliyyət daşımaq imkanları ilə bağlıdır. 
Hüquqi nizam hüquqi bəyannamələrlə yanaşı əxlaqi məsuliyyətə əsaslandıqda 
leqal  olandan  legitim  olana  çevrilir.  Konstitusiya  qanunları,  konstitusiyaya 
dəyişikliklər,  beynəlxalq  müqavilələr,  parlament  reqlamentləri,  dövlət 
hakimiyyəti  icra  orqanlarının  normativ  aktları  və  s.  konstitusiyalı  nəzarətin 
obyekti kimi çıxış edir.  
 
 
 


 
 
253 
 
YOXLAMA SUALLAR 
1.Normativ sərəncamların mahiyyətini izah edin  
2.Hüquq elmində normaların təsnifatı hansı əsaslara malikdir? 
3.Cəmiyyətin normativ nizamı dedikdə nə nəzərdə tutulur?            
4.Hüquqi nəzarət hansı əsaslarda sosial nəzarət forması kimi çıxış edir? 
5.Sosial nizamın layihəli legitimliyi nədir?   
6. Normativ nizamda hüququn rolunu izah edin.  
 
REFERAT MÖVZULARI 
1.Normativ-hüquqi layihələşdirmə 
2.Hüquq elmində normaların təsnifatı 
3.Hüquqi nəzarət sosial nəzarət forması kimi  
 
 ƏDƏBİYYAT: 
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным 
развитием. Минск: Наука и техника, 1936. 
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совер-
шенствования распределительных отношений /Тематический сборник/. Баку, БФ 
ЛФЭИ, 1988. 
3.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по 
социологии знания. М., 1995.  
4.Блэк С. Введение в паблик рилейшнз. Ростов-на-Дону, 1998.  
5.Гасанов Р.М. Формирование гражданского общества в условиях 
трансформации. Б., Изд-во БСУ «Китаб алями», 2003. 
6. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
7.Попов С. А. Стратегическое управление. М., 1999.  
8.Рагимов А.А., Гасанов Р.М. Трансформационные процессы и проблема 
национальной безопасности в Азербайджане. Б., Нурлан, 2003. 
9.Разу М. Л. Управление программами и проектами. М., 2000.  
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
254 
18.5 MİQRASİYA DAVRANIŞIN LAYİHƏLƏŞDİRİLMƏSİ 
PRİNSİPLƏRİ 
 
Miqrasiya siyasəti: əsas anlayışlar, kateqoriyalar  
Əhali  hərəkətinin  üç  forması  fərqləndirilir:  doğum  və  ölümün  təbii 
dinamikası,  əraziyə  görə  yerdəyişmə  və  sosial  dinamika  (sosial  iqtisadi 
strukturun dəyişməsi), yaxud sosial mobillik. Əhali hərəkətinin hər bir forması 
qarşılıqlı  əlaqəli  və  qarşılıqlı  asılı  fəaliyyətdir.  Əhalinin  məkanda  hərəkəti  – 
yaşayış  və  iş  yerinin  dəyişdirilməsilə  bağlıdır.  Ərazi  yerdəyişməsi  dedikdə, 
ərazilər  arası  və  ərazi  daxilində  yerdəyişmə  nəzərdə  tutulur.  Ərazilər  arası 
yerdəyişmə  bilavasitə  miqrasiyaya  aiddir.  Məhz  miqrasiya  əsasında  dünya 
əhalisinin  məskunlaşması  xəritəsi  yaranır.  Ərazilər  arası  hərəkət  ölkələr, 
rayonlar və digər yaşayış məntəqələri üzrə əhalinin yerdəyişməsi davamiyyət 
dərəcəsindən  asılı  olaraq,  dönməz  və  dönən  formalara  malik  olur.  Dönməz 
formalı  miqrasiya  əhalinin  yerdəyişməsi,  dönən  formalı  miqrasiya  isə 
mövsümi  xüsusiyyət  daşıyır.  Miqrasiyanı  növ,  forma  və  tipinə  görə  də 
fərqləndirirlər.  Əhali  miqrasiyasının iki tipi  –  beynəlxalq (xarici)  və  daxili  – 
fərqləndirilir.  Dövlətlərarası  miqrasiya  ilə  bağlı  immiqrasiya  və  emiqrasiya 
anlayışları  fərqləndirilir.  İmmiqrasiya  dedikdə,  işləmək,  oxumaq,  həmçinin 
vətəndaşlığın  dəyişdirilməsilə  bağlı  yerdəyişmə  nəzərdə  tutulur.  Miqrasiya 
növləri  dedikdə,  dönməz  köçmə,  mütərəddid  (davamsız),  mövsümi 
yerdəyişmə nəzərdə tutulur və aşağıdakı miqrasiya növləri fərqləndirilir: 
I. Dönən miqrasiya. 
1.Təsadüfi  miqrasiya  –  işgüzar,  istirahət  məqsədli  və  eyni  istiqamətli  və 
müntəzəm  olmayan  səyahətlərlə  bağlıdır  və  ən  çox  təsadüf  edilən  miqrasiya 
növüdür. 
2.Mütərəddid  (dəyişkən)  miqrasiya  dedikdə,  insanların  gündəlik  olaraq, 
evlə  iş  yeri  arasındakı  yerdəyişmələri  nəzərdə  tutulur.  Bu  zaman  əhali  öz 
rahatlığı ilə bağlı bəzi şərtləri nəzərə almalı olur.  
3.Mövsümi  miqrasiya  əmək  qabiliyyətli  əhalinin  müvəqqəti  iş  yeri  ilə 
əlaqədar olaraq, müəyyən müddətdə öz daimi yaşayış yerini dəyişməsilə bağlı 
olur. 
II. Dönməz miqrasiya. 
Dönməz  miqrayia növü miqrasiyanın əsl mahiyyətini əks etdirir. Bir çox 
tədqiqatçılar  bu  növ  miqrasiyanı  tam  miqrasiya  kimi  müəyyənləşdirirlər. 
Dönməz miqrasiya iki şəraitlə bağlı olur: 1) əhali bir yaşayış yerindən digərinə 
köçür; 2) yerdəyişmə yaşayış yerinin daimi dəyişdirilməsilə müşayiət olunur. 
BMT ekspertləri mühacirlərin beş qrupunu fərqləndirilər: 
1.təlim və təhsil almaq üçün ölkəyə daxil olan əcnəbilər


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə