276
- müddətinə görə (uzun
müddətli, orta müddətli, qısa müddətli və s.);
- strategiyasına görə (inkişaf, fəaliyyət proqramları və s.).
Proqram strateji sənəd kimi, maliyyələşdirmə üçün əsas ola bilməz, çünki
nəzərə çarpacaq qədər sosial əhəmiyyətə malik olmur. Adətən proqram bu və
ya digər layihənin işlənib hazırlanması və həyata keçirilməsi üçün əsas olur.
Layihə – dəyişdirilməli olan vəziyyətin təsviri və təkmilləşdirilməsi
məqsədilə tətbiq edilməli olan metod və mərhələlərin müəyyənləşdirilməsinə
yönəlir. Layihədə «Hədəfə dəymiş ox» bədii təsvir forması istifadə edilir.
Layihə aşağıdakılardan ibarətdir:
1.Giriş (analiz, aktuallığın və yeniliklərin izah edilməsi, tətbiq etmə,
funksiyalaşma sahələrinin müəyyənləşdirilməsi, konkret, lokal, həll edilməli
olan problemin aşkar edilməsi).
2.Fəaliyyət məqsədinin və konkret, ölçülə bilən və əldə edilən məsələlərin
qoyuluşu.
3.Kadr – idarəetmə aspekti (idarəetmə mexanizmi, personalın təsnif
edilməsi).
4.Reallaşdırmanın mahiyyəti və mexanizmləri (modulları, mərhələləri,
forma və metodları, təşkilati strukturu, konkret fəaliyyət planı).
5.Planlaşdırılan nəticələrin xüsusiyyətləri və qiymətləndirmə vasitələri.
6.Büdcə. Maddi-texniki təminat.
Sosial layihələşdirmə ətraf mühitin təkmilləşdirilməsilə bağlı müəyyən
ideyalar, məqsədlər, ölçülər və onların reallaşdırılması fəaliyyətinə, bu
fəaliyyət üçün zəruri ehtiyatların təsviri və müəyyən müddət ərzində təsvir
edilən məqsədlərin həyata keçirilməsinə yönəlir.
Sosial layihə – yaxın sosial mühitdə nəzərdə tutulan dəyişikliklər modeli
kimi aşağıdakıları nəzərdə tutur:
1.nəzərdə tutulan dəyişikliklərin reallaşdırılması istiqamətində həyata
keçiriləcək fəaliyyətin
sözlərlə təsviri;
2.qrafik təsvirlər (çertyoj, cədvəl və s.);
3.planlaşdırılan fəaliyyətin həyata keçirilməsi üçün zəruri olan rəqəmli
göstəricilər və hesablar.
Hər hansı bil layihə reallaşdırılarkən tədqiq olunan problemli vəziyyətlə
bağlı bir sıra mərhələli fəaliyyət yerinə yetirilməlidir:
1.İctimai rəyin öyrənilməsi;
2. Aktual sosial problemin qısa xülasəsi;
3. Layihələşdirilən lokal birliyin imkanlarının tədqiqi;
4. Sosial layihənin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi;
5. İş planının hazırlanması;
277
6. İş cədvəlinin hazırlanması;
7. Vəzifələrin müəyyənləşdirilməsi və
komandada bölüşdürülməsi;
8. Ehtiyatların və onların əldə olunması mənbələrinin
müəyyənləşdirilməsi;
9. Büdcənin tərtib
edilməsi;
10. Layihənin qiymətləndirilməsi sisteminin hazırlanması;
11. Komanda üzvlərinin təlimləndirilməsi;
12. İctimai rəyin formalaşdırılması;
13. Layihə təkliflərinin tərtib edilməsi;
14. İşgüzar ortaqların axtarışı;
15. Rəsmi danışıqların aparılması;
16. Zəruri ehtiyatların əldə edilməsi;
17. Planlı tədbirlərin həyata keçirilməsi;
18. Planın yerinə yetirilməsinin qiymətləndirilməsi və nəzarət edilməsi;
19. Layihənin reallaşdırılması gedişinin islah edilməsi;
20. Layihə üzərində işin
nəticələrinin analizi;
21. İşin nəticələri haqqında ictimaiyyətə məlumat vermək.
Aşağıdakı cədvəllərdə göstərildiyi kimi, bu mərhələlər yerinə yetirilərkən
hər bir mərhələyə dair xüsusi məqsəd və vəzifələr, gözlənilən nəticələr
müəyyənləşdirilir.
I.BÖLMƏ
Addım № 1. İctimai rəyin öyrənilməsi
№
Əsas vəzifələr
Gözlənilən nəticələr
1.
Yerli icma daxilində sosial
vəziyyətin
öyrənilməsi
Yerli icmada mövcud sosial
vəziyyət
haqqında
obyektiv
təsəvvürlər
2.
Keçirilən tədqiqat haqqında
əhatəli
hesabatın
hazırlanması
Hesabat
materiallarının
sistemləşdirilməsi
3.
Əldə
edilən
materialın
tədqiqi əsasında nəticələrin
ümumiləşdirilməsi
Vəziyyətin dəyişməsilə bağlı
konkret nəticələr
Addım № 2. Aktual sosial problemin qısa xülasəsi
№
Əsas vəzifələr
Gözlənilən nəticələr
1.
Sosial
problemin
(yaxud
problemlərin) qısa ifadəsi
Problemin (yaxud problemlərin)
dəqiq ifadəsi
2.
Sosial problemin mövcud Problemin
meydana
çıxma