SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə79/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   116

 
 
186 
Hansı  fəaliyyət  həyata  keçirilməlidir?  2.  Fəaliyyət  məkanı  haradır?  3. 
Fəaliyyət  hansı  zaman  çərçivəsini  əhatə  edirr?  4.  Hansı  vasitələrdən  istifadə 
ediləcək? 5. Məqsəd nədir? 6. Fəaliyyət subyekti kimdir? 
Planlaşdırmaya  ictimai  sistemin  xarakterindən  asılı  olmayaraq,  qeyri-
siyasi,  əlaqələndirici  mexanizm  kimi  baxılır.  Planlaşdırma  planlı  qərarların 
əsaslandırılması  qanunauyğunluğunu  və  prinsiplərini  açıqlayır.  Təşkilati 
planlaşdırma çox mürəkkəb və çoxtərəfli əqli fəaliyyət forması olub, aşağıdakı 
prinsipial xüsusiyyətlərə malikdir: 
 
1.Planlaşdırma  müəyyən  qərarlar  qəbul  edilməsi  olub,  perspektivdə 
müəyyən nəticələrin əldə edilməsinə yönəlib.  
2. Planlaşdırma sistemi həm idarəetmə obyektinin, həm də xarici mühitin 
çevik  və  daimi  dəyişikliklərinə  uyğunlaşma  bacarıqlı  olmalıdır.  Yəni  plan 
daim  düzəlişlərə  ehtiyac  hiss  edir,  çünki  planlaşdırılmış  nəticənin  olması 
qarşılıqlı  əlaqəli  şərtlərin  və  amillərin  fəaliyyətindən  asılı  olaraq 
müəyyənləşir.  Bu  şərt  və  amillər  həm  obyekt  səviyyəsində,  həm  də  xarici 
mühitdə  dəyişikliklərə  səbəb  olur.  Hər  hansı  bir  obyektin  gələcək  vəziyyəti 
həmişə  qeyri-müəyyən  olur,  belə  ki,  bir  problemin  həll  edilməsi,  digər  bir 
problemin yaranması ehtimalını yaradır. 
3. Planlaşdırma prosesi həmişə arzu edilən vəziyyətin alınmasına yönəlir 
və  səhv  fəaliyyətin  qarşısının  alınması  və  istifadə  edilməmiş  imkanların 
istifadəsinə çalışır.  
4. Planlaşdırmanın məqsədi obyektin gələcək vəziyyətinin söylənməsi və 
tədricən  baş  verən  dəyişikliklərə  uyğunlaşdırılması  deyil.  Planlaşdırma 
obyektinin 
fəaliyyətinin 
xarici 
mühitə 
münasibətdə 
yenidən 
formalaşdırılmasıdr.  
Planlaşdırma  prosesi  –  hər  bir  rasional  fəaliyyətin  ayrılmaz  hissəsi  olub, 
cəmiyyət  həyatının  bütün  sahələrini  əhatə  edir.  Ancaq  insan  öz  gələcək 
fəaliyyətinin  nəticələrini  müəyyənləşdirə  bilər,  yəni  gələcəyə  baxa  bilər. 
Planlaşdırma  daha  vacib,  gərəkli  işləri  müəyyənləşdirməyə,  onları  həyata 
keçirmək  üçün  mövcud  resursların  istifadəsinə,  onların  optimal  təminatına 
imkan  yaradır.  Pis  planlaşdırma  pis  nəticələrə  gətirir.  Səmərəli  planlaşdırma 
nəticələri yaxşılaşdırır. Planlaşdırmada səmərəlilik qoyulmuş məqsədlərin əldə 
edilməsi  ehtimalını  yüksəldir.  Planlaşdırma  sahibkarlıq  fəaliyyətinin  mühüm 
hissəsidir.  Menecment  klassikləri  göstərirlər  ki,  planın  olmaması  mövqenin 
zəifləməsinə,  işlərin  pisləşməsinə  səbəb  olur.  İstehsal  proseslərinin 
əlaqələndirilməsi, bölüşdürülməsi, mübadilə və istifadəsinin yaxşılaşdırılması, 
idarəetmə kadrlarının işinin təşkili və onların hazırlığı, beynəlxalq əlaqələrin 
genişlənməsi    və  mürəkkəbləşməsi,  elmi-texniki  tərəqqinin  inkişafı,  əxlaqi-


 
 
187 
siyasi aspektlər və s. planlaşdırma elminin inkişafını tələb edir. Planlaşdırma 
aşağıdakı məqsədlərə nail olmağa yönəlir:  
1.Müdafiə  məqsədli  gəlirlər  əsasən  qərarlar  qəbul  edilərkən  yaranan 
ixtisarlar nəticəsində təzahür edir.  
2. Müsbət gəlirlər təşkilati məqsədlərə nail olmaq imkanlarını artırır. 
Planlaşdırmanın tətbiqi: 
1.planlaşdırma  obyekti  üçün  gələcək  əlverişli  şəraitin  hazırlanması 
imkanlarını yaradır;  
2. yaranan problemləri aydınlaşdırır;  
3. gələcək işdə menecerlərin qərarlarının reallaşdırılmasını stimullaşdırır;  
4. təşkilatda fəaliyyətlərin əlaqələndirilməsini yaxşılaşdırır;  
5. menecerlərin təhsil hazırlıqlarını yüksəltmək üçün əsaslar yaradır; 
6.  sahibkar  subyektin  vacib  informasiya  ilə  təmin  olunması  imkanlarını 
artırır;  
7. ehtiyatların daha rasional bölüşdürülməsinə imkan yaradır;  
8. təşkilatda nəzarəti yaxşılaşdırır. 
Planlaşdırmanın mahiyyəti:  
1. makro səviyyədə planşadırma obyektiv qanunlar sisteminin, əsas nəzəri 
fərziyyə  və  nəticələrin,  toplanmış  təcrübə  və  təsərrüfat  praktikasının  şüurlu 
istifadəsidir.  
2.  mikro  səviyyədə  planlaşdırma  –  təsərrüfat  subyektinə  daha  çox  gəlir 
gətirmək  üçün  istehsalın  uyğun  növləri,  miqyası,  müddəti  və  digər 
göstəricilərini daha yaxşı əsaslandırmalıdır.   
M.Alekseyevə görə, planlaşdırmanın iki mənası var:  
1. ümumi iqtisadi nöqteyi-nəzərdən planlaşdırma mexanizmdir;  
2.  konkret  idarəetmə  mənasında  planlaşdırma  –  menecment 
funksiyalarından biri olub, müəssisənin gələcəyilə bağlı uzaqgörənlikdir.  
Müəllifə  görə,  planlaşdırma  menecmentin  birinci  və  daha  dəyərli 
mərhələsidir. Planlaşdırmada:  
1. idarəetmə mərhələsi vaxta görə konkretləşdirilir;  
2.  qərarlar  qəbul  etmək  üçün  nə  az,  nə  çox,  lazımi  qədər  vacib  olan 
informasiya olmalıdır;  
3. plan fəaliyyətə təsir göstərir, lakin özü fəaliyyət deyil;  
4.  əgər  planı  tərtib  edən  həmin  planın  reallaşdırılmasında  və  inkişafında 
iştirak edərsə, plan daha çox ehtimalla yerinə yetiriləcək;  
5. plan dəyişən vəziyyətə uyğunlaşdırılmalı, yəni kəskin olmamalıdır;  
6.  plan  yerinə  yetirilərkən  planlaşdırma  obyektinin  monitorinqi 
keçirilməlidir.  
 


 
 
188 
Planlaşdırmanın növləri:  
1.  Təşkilati  səviyyədə  planlaşdırma  –  tətbiq  olunma  sahəsinə,  yəni 
idarəetmənin  makro  və  mikro  sahələrinə,  ərazi,  regional,  firmalararası 
fəaliyyətə  görə  və  planlaşdırma  obyektinə,  yəni  idarəetmə  subyekti  və  onun 
struktur vahidlərinə görə müəyyənləşir;  
2.  İstifadə  edilən  amillərin  xüsusiyyətlərinə  görə  planlaşdırma  –  əhatə 
dairəsinə  (ümumi,  hissəli  planlaşdırma)  görə,  planlaşdırma  göstəricilərinin 
xüsusiyyətlərinə görə (direktiv, yəni hüquqi qüvvəli planlaşdırma), indikativ, 
yəni  dövlətin  sosial  iqtisadi  siyasətinin  reallaşdırılma  vasitəsinə  görə, 
planlaşdırmanın  dərinliyinə  görə  məhdudlaşdırılmış,  hissəli  planlaşdırma, 
göstəricilərin dəyişməsinə görə möhkəm və dəyişə bilən planlaşdırma;  
3.  Cəlb  edilən  vaxta  görə  planlaşdırmada  –  vaxt  həm  məqsəd,  həm  də 
məhdudiyyət  kimi  götürülür  və  vaxta  qənaət  yaxud  vaxtın  itirilməsi  nəzərə 
alınır.  Vaxt  aspekti  aşağıdakı  meyarlara  malikdir:  planın  formalaşdırılması 
texnologiyasına  görə  tətbiq  edilən  planlaşdırma,  keçid  planları  ilə  bağlı  olan 
sürüşkən planlaşdırma,  mərhələli planların hazırlanması ilə bağlı olan ardıcıl 
planlaşdırma,  parametrləri  eyni  vaxtda  müəyyənləşən  eyni  vaxtlı 
planlaşdırma,  10-25  illik  tərtib  edilən  uzun  müddətli  planlaşdırma,  orta 
müddətli  planlaşdırma,  1-2  illik  qısa  müddətli  planlaşdırma  və  əvəzli 
planlaşdırma fərqləndirilir.  
4.  Tətbiq  edilən  fəaliyyətə  görə  planlaşdırmada  –  planların  işlənməsi 
metodologiyasına  görə  -  funksional,  situasion;  funksional  əlaqələrin 
xüsusiyyətlərinə  görə  inteqrativ,  lokal;  ümumi  oriyentasiyaya  görə  -  indiki 
zamana  tənzimlənən  inaktiv,  əvvəlki  təcrübələrə  əsaslanan  reaktiv,  gələcəyə 
tənzimlənən  preaktiv,  qarşılıqlı  təsirə  əsaslanan  interaktiv;  məqsədli 
yönəlməyə  görə  –  normativ,  yəni  vasitə,  məqsəd  və  idealların  seçilməsinə 
yönəlmiş  planlaşdırma,  ayrı-ayrı  əməliyyatların  planlaşdırılması  ilə  bağlı 
taktiki,  vəzifələrin  həlli  vasitələrinin  seçilməsinə  yönəlmiş  əməliyyatlı 
planlaşdırma fərqləndirilir.  
5.  Funksional  sahəyə  görə  planlaşdırma  –  sosial,  iqtisadi,  elmi-texniki, 
ekoloji, mərkəzləşdirilmiş, mərkəzdən qaçma, məqsədli, vasitəli, proqramlı və 
fəaliyyətin xüsusiyyətlərinə uyğun planlaşdırmadan ibarətdir.  
6.  Strateji  planlaşdırma  –  strateji  qərarların  qəbul  edilməsinə  yönəlir. 
Strateji  inkişaf  seçimində  müəyyən  rasionallıq  səviyyəsinin  əldə  edilməsinə 
görə  korporativ;  rəhbər  işçinin  təcrübə  və  intuisiyasına  əsaslanan  intuitiv; 
problemlər,  qərarlar,  iştirakçılar  və  seçimlər  arasında  qəflətən  yaranan 
əlaqələrlə bağlı xaotik  və s. planlaşdırma formaları seçilir. 
Planlaşdırma  mərhələsində  bir  neçə  strategiya  seçilir.  Planlaşdırma 
özündə  proqnozlaşdırma  və  tədqiqat  alternativlərini  birləşdirir.  Planlaşdırma 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə