SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə75/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   116

 
 
178 
edərək,  sosial  yeniliklərin  həyata  keçirilməsi  üsulları  sistemini  işləyib 
hazırlayır,  yeni  reallığı  təşkilatlandırmağa  yönəlir.  Sosial  mühəndislik  və 
sosial  təşkilatlandırmanın  metodologiyası  mütəxəssisin  dəyişikliklərin  nəzəri 
modelini,  məntiqini,  xüsusiyyət  və  miqyasını,  alətlər  kompleksini  və  s. 
seçməsini  əsaslandırır.  K.Popperin  fikrincə,  «sosial  mühəndislik»  ilk  dəfə 
1922-ci ildə R.Paund tərəfindən «Hüququn fəlsəfəsinə giriş» əsərində istifadə 
edilmişdir.  «Sosial  mühəndislik»  ayrı-ayrı  sosial  institutların,  rəsmi 
təşkilatların  və  s.  məqsədyönlü  dəyişdirilməsi  və  tənzimlənməsinə  yönəlmiş 
fəaliyyət  formasıdır.  K.Popperə  görə,  sosial  mühəndislik  mövcud  və  yeni 
yaranmaqda olan sosial institutların tədrici islahatlar və dəyişikliklər vasitəsilə 
yenidən qurulması və idarə edilməsinin layihələşdirilməsilə bağlı fəaliyyətdir. 
Sosial mühəndislik iki əsas əlamətə görə fərqləndirilir:   
1.Sosial  mühəndislik  fəaliyyəti  prosesində  yaranan  təşkilati  strukturlar 
insan  davranışının  tənzimlənməsi  və  həmin  davranışa  nəzarəti  həyata 
keçirmək  məqsədi  daşıyır.  Bir  çox  müəlliflər  sosial  mühəndisliyi  müəssisə, 
təşkilat,  inzibati  struktur  rəhbərlərilə  sosioloqlar,  psixoloqlar  və  digər 
mütəxəssislərin  birgə  həyata  keçirdikləri  idarəetmə  fəaliyyəti  kimi 
müəyyənləşdirirlər. 
2.Sosial  problemlərin  həlli,  sosial  qrup  və  institutların  dəyişən  şəraitə 
uyğunlaşdırılması  və  sosial  yeniliklərin  tətbiq  edilməsi  məqsədini  daşıyan  
sosial  mühəndislik  fəaliyyəti  xüsusi  vasitələr,  metodlar  və  texnologiyaların 
köməyilə reallaşdırılır.  
Bir çox müəlliflər «sosial mühəndislik» anlayışını qəbul etmirlər. F.A. fon 
Xayek bu anlayışın istifadə edilməsinə qarşı çıxaraq, qeyd edir ki, bu anlayış 
sosial  proseslərin  dövlət  tərəfindən  mərkəzləşdirilmiş  planlaşdırılması 
mahiyyətini  daşıyır.  N.Stefanov  və  K.Rixtarjik  də  bu  anlayışdan  imtina 
edirlər.  Onların  fikrincə,  «sosial  mühəndislik»  anlayışı  insan  davranışının 
manipulyasiyası  imkanlarına  bəraət  qazandırır.  «Sosial  mühəndislik» 
anlayışının  ideoloji  şərhini  aradan  qaldırmaq  üçün  bu  anlayışı  «sosial 
texnologiya»,  yaxud  «sosiotexnika»  anlayışları  ilə  əvəz  etməyi  təklif  edirlər. 
Q.A.Antonyuk qeyd edir ki, «sosial mühəndislik yalnız anlayış deyil, texniki 
sahədə  istifadə  edilən  mühəndislik  terminlərinin  sosial  sahəyə  ötürülməsi  və 
istifadə  edilməsinə  əsaslanan  nəzəriyyələr  kompleksinin  adıdır».  «Sosial 
texnologiya»  və  «sosiotexnika»  anlayışları  mahiyyətcə  «sosial  mühəndislik» 
anlayışından  fərqlənir.  Məlum  olduğu  kimi,  «texnologiya»  anlayışı  müəyyən 
fəaliyyətin  predmetinə  təsir  etmə  vasitələrini  xarakterizə  edir  və  fəaliyyətin 
alqoritmləşdirilməsi,  onun  ayrı-ayrı  əməliyyatlara  bölünməsinə  əsaslanır. 
Əsasən 
mühafizəkar, 
zehni 
əmək 
tələb 
etməyən 
əməliyyatlar 
texnologiyalaşmaya  məruz  qalır.  «Texnika»  anlayışı  fəaliyyət  vasitələri  və 


 
 
179 
alətləri  sistemini  və  bu  sistemin  istifadəsi  üçün  zəruri  olan  üsullar  və 
bacarıqlar  toplusunu  ifadə  edir.  «Mühəndislik»,  «mühəndislik  fəaliyyəti» 
anlayışları insanların təcrübi fəaliyyətində mühəndis bilikləri və metodlarının 
istifadəsini  nəzərdə  tutur.  «Sosial  mühəndislik»  anlayışı  sosial  sahədə 
mühəndis  yanaşmanın  simvolik  ifadə  forması  kimi  çıxış  edir.  Mühəndislik 
fəaliyyəti  yalnız  təşkilatlandırma  və  layihələşdirmə  ilə  məhdudlaşmır, 
həmçinin  layihələşdirilən  sistemlərin  təhlil  elementlərini,  qurulmuş 
obyektlərin  istismarı,  layihələrin  reallaşdırılması  texnologiyalarını  və  s. 
özündə  birləşdirir.  Təşkilatçı  mühəndislər,  analitik  mühəndislər,  texnoloq 
mühəndislər  və  s.  fərqlənirlər.  Layihələşdirmə  universal  fəaliyyət  forması 
olub,  insan  həyatının  müxtəlif  sahələrində  istifadə  edilir.  Mühəndis 
layihələşdirmə  mühəndislik  təcrübəsinin  bir  forması  kimi  çıxış  edir.  Sosial 
mühəndislik  süni  sosial  sistemlərin  yaradılmasına  yönəlmiş  biliklər,  təcrübi 
fəaliyyət  sahəsidir.  Sosial sahədə  süni  sahə  geniş təzahür  və  prosesləri əhatə 
edir. Geniş mənada sosial həyat süni təbiətə malikdir və bəşəriyyətin ən böyük 
kəşfi  hesab  edilir.  Qan  qohumluğu  olan  insan  birlikləri,  etnik  birliklər  və 
ittifaqlar,  insan  kütləsi,  dostlar  qrupu  süni  sistemlər  nümunəsi  hesab  edilir. 
Süni  sosial  sistemlər  ümumi  məqsəd  və  maraqları  olan  insanların  birgə 
fəaliyyəti əsasında əmələ gələn və funksiyalaşan məqsədyönlü sistemlər olub, 
həm  daxili,  həm  də  xarici  əlaqələrin  normativ  əsaslarda  tənzimlənməsinə 
əsaslanır.  Sistem  daxili  və  sistmelərarası  münasibətlər  institusional 
möhkəmlənmiş  olub,  hüquqi  və  digər  norma,  qayda,  razılaşmalar  əsasında 
müəyyənləşir. Süni sistemlər müəyyən təşkilati imkanlara və hüdudlara malik 
olur. Süni sistemlərin yenidən qurulması zamanı elmi əsaslandırılmış layihədə 
sistemin  inkişaf  məntiqi  nəzərə  alınmalıdır.  Bununla  əlaqədar  olaraq,  sosial 
layihələşdirmə  obyekti  sistem  əlaqələrinin  təşkilatlanma  səviyyəsi  və 
formalaşma dərəcəsinə görə fərqləndirilir. Süni tipli sosial sistemlər dedikdə, 
əsasən  sosial  institutlar,  sosial  təşkilatlar,  təşkilati  qruplar  nəzərdə  tutulur. 
Sosial  institutlar  sosial  mühəndislik  fəaliyyətinin  ən  çox  tətbiq  edildiyi 
sahədir. Sosial sahədə mühəndislik fəaliyyəti süni sistemlərin – özünəməxsus 
əlamətlərinə  görə  fərqlənən  institutlar,  təşkilatlar  və  qrupların  yaradılması, 
dəyişdirilməsi və inkişafına yönəlir. Sosial mühəndisliyin predmet sahəsi onun 
idarəetmə  statusu  ilə  müəyyənləşir  və  sosial  idarəetmənin  elmi 
əsaslandırılmasına yönəlir. Sosial mühəndisliyin əsas xüsusiyyəti idarəetmədə 
əmək  bölgüsünün  təmin  edilməsilə  bağlıdır.  Sosial  mühəndislik  fəaliyyəti 
sosial  idarəetmənin  bütün  funksiyalarının  –  planlaşdırma,  layihələşdirmə, 
proqramlaşdırma, təşkilatlandırma, əlaqələndirmə və nəzarət – reallaşdırılması 
ilə  əlaqəlidir.  Sosial  mühəndislik  fəaliyyəti  idarəetmə  qərarlarının 
hazırlanması  ilə  məhdudlaşmır,  alternativlərin  seçilməsi,  qərarların  ekspert 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə