SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə72/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   116

 
 
169 
fəaliyyətlə  əks  olunmasına  və  yeni  keyfiyyətlərinin  müəyyənləşdirilməsinə 
şərait yaradır.                   
Sosial layihələşdirmənin ümumelmi prinsipləri. Sosial layihələşdirmədə 
istifadə  edilən  bir  sıra  ümumelmi  prinsiplər,  xüsusi  tədqiqat  sahələrində 
özünəməxsus  mahiyyət  kəsb  edir.  İdraki  fəaliyyətin  tənzimləyici  prinsiplər 
sistemi kimi çıxış edən metodlar aşağıdakı xüsusiyyətlərə malik olur: 
1.səlislik – metodun birmənalılığı, ümumi dərk edilən olması; 
2.səbəb-nəticə  əlaqəli  –  prinsiplərin  tətbiq  edilməsində  təsadüfün 
yolverilməzliyi; 
3.istiqamətləndirilmiş – müəyyənləşdirilmiş məqsəd və vəzifələrə tabeliliyi
4.səmərəlilik  –  planlaşdırılmış  nəticələrlə  yanaşı,  o  qədər  də  vacib  olmayan 
nəticələrin təmin edilməsi
5.etibarlılıq – böyük ehtimalla əsas nəticənin əldə edilməsini təmin etmək
6.qənaətcillik – ən az zaman və vasitələr itkisi ilə nəticələr əldə etmək.  
Təcrübi  fəaliyyətdə  və  nəzəri  dərketmədə  əks  olunan  prinsip  sosial 
layihələşdirmənin metoduna çevrilir. Sosial layihələşdirmədə daha çox istifadə 
edilən metodlar aşağıdakılardır: 
1.problem – struktur metod mümkün problem vəziyyətin problemləşdirilməsi, 
strukturlaşdırılması  və  divergensiyası  (inkişaf  əlamətlərinin  fərqlənməsi) 
prinsipinə, yəni hüdudlarının genişlənməsinə əsaslanır.  
2.struktur analiz metodu strukturlaşdırma, analiz və transformasiya prinsipləri 
əsasında layihə göstəricilərinin dəyişdirilməsinə yönəlir. 
3.proqram  –  struktur  metod  layihə  göstəricilərinin  proqramlaşdırılması, 
strukturlaşdırılması  və  konvergensiyası  (uyğunlaşma)  prinsipləri  əsasında 
layihə probleminin hüdudlarını məhdudlaşdırır. 
4.struktur  metod  layihə  göstəricilərinin  nizamlanması  və  qarşılıqlı 
əlaqələndirilməsinə yönəlir. 
5.struktur  –  texnoloji  metod  layihə  göstəricilərinin  texnologiyalaşması, 
təşkilatlanması və strukturlaşdırılması prinsiplərinə əsaslanır. 
6.problem  –  sistemli  yanaşma  metodu  problemləşdirmə,  sistemləşdirmə  və 
divergensiya prinsiplərinə əsaslanır. 
7.sistemli  analiz  metodu  sistemləşdirmə,  analiz  və  transformasiya 
prinsiplərinə əsaslanır. 
8.proqram  –  sistemli  yanaşma  metodu  proqramlaşdırma,  sistemləşdirmə  və 
konvergensiya prinsiplərinə əsaslanır. 
9.sistem metodu obyektin tamlığı və təşkilatlanması prinsipinə əsaslanır. 
10.sistemli  –  texnoloji  metod  layihə  göstəricilərinin  texnologiyalaşması, 
sistemləşdirilməsi və təşkilatlandırılması prinsiplərinə əsaslanır.  


 
 
170 
11.problem  –  dairələşdirmə  metodu  problemləşdirmə,  mühitləşdirmə  və 
konvergensiya prinsiplərinə əsaslanır. 
12.  dairənin  analizi  metodu  dairələşdirmə,  analiz  və  transformasiya 
prinsiplərinə əsaslanır. 
13.proqram  –  dairələşdirmə  metodu  tamlıq,  qoşulma  və  təşkilatlandırma 
prinsiplərinə əsaslanır. 
14.dairə – texnologiyalaşdırma metodu texnologiyalaşdırma, dairələşdirmə və 
təşkilatlandırma prinsiplərinə əsaslanır.  
Sosial  layihələşdirmə  metodikasının  hazırlanması  layihələşdirmə 
prosesinin  və  strategiyasının  sistemləşdirilməsini,  strategiyadakı  dövrülüyün 
azaldılmasını  və  layihələşdirmə  prosesinin  idarə  edilməsini  asanlaşdırmaq, 
layihəçinin  özünənəzarətini  optimallaşdırmaq  və  peşəkarlıq  bacarıqlarını 
təkmilləşdirmək üçün imkan yaradır. Metodika ilə iş problem məsələlərə dair 
qərarların formalaşdırılması, sosial layihələşdirmə prosesinin sürətləndirilməsi 
və layihə nəticələrinin keyfiyyətinin yüksəldilməsinə kömək edir. 
Sosial  layihələşdirmənin  metodik  problemlərilə  bağlı  layihələşdirmənin 
alətlər  kompleksinə  və  mahiyyətinə  xüsusi  diqqət  ayrılır.  Layihələşdirmənin 
alətlər  kompleksi  nəzərdə  tutulan  fəaliyyət  sistemindən,  qərar  qəbulu  üçün 
vacib  ehtiyatların  aşkar  edilməsi,  məqsədlərə  nail  olmaq  üçün  metodların 
müəyyənləşməsi,  həmçinin  subyektlərin  səylərinin  təşkilatlandırılması 
formalarından ibarətdir.  
Sosial  layihələşdirmənin  metodları  –  məsələlərin  həlli  və  məqsədlərə 
nail olma yolları və üsullarıdır. Layihələşdirmədə daha çox ideyalar matritsası, 
analogiya, assosiasiya, zehni həmlə, sinektika metodları istifadə edilir.  
Sosial  layihələşdirmənin  vasitələri  –  məqsədə  nail  olma  üsulları  və 
əməliyyatları 
toplusudur. 
Layihələşdirmənin 
metod 
və 
vasitələri 
planlaşdırılmış tədbirlərdə konkretləşir.  
Sosial 
layihələşdirmənin 
forması 
– 
layihənin 
məzmununun 
təşkilatlandırılması üsulları, metodları, vasitələri, icraçıları və auditoriyasının 
müəyyənləşdirilməsi  ilə  bağlı  nizamlanmış  fəaliyyətdir.  Layihənin  təcrübi 
tədbirləri layihənin başlanğıcını və reallaşdırma mərhələlərini qeydiyyata alır, 
fəaliyyətin  istiqamətini,  növünü,  forma  və  mahiyyətini  müəyyənləşdirir,  hər 
bir  mərhələdə  məqsədlərin  reallaşdırılması  üçün  vacib  olan  əlavə  ehtiyatlar 
cəlb edir. 
Sosial  layihələrin  təsnifatı.  Sosial  layihələrin  bu  və  ya  digər  növə  aid 
edilməsi 
onların 
strategiyalarının 
mahiyyətindən 
asılıdır. 
Layihə 
strategiyasının  ilk  növü  layihələşdirmə  obyekti  olan  mədəniyyətin 
özünəməxsus xüsusiyyətlərinin maksimum səviyyədə dərk edilməsi və nəzərə 
alınmasına  yönəlir.  Bu  zaman  layihənin  məqsədi  regionun  mədəni  arealının 


 
 
171 
qorunub  saxlanmasını  təmin  edəcək  şəraitin  yaradılmasından  və  mədəniyyət 
subyektinin özünüinkişafından ibarət olur. İkinci növ layihələrdə əsas məsələ 
şəxsi  mədəni  nümunələrin  (dəyərlər,  normalar,  texnologiyalar)  başqa 
regionlarda,  fərqli  sosial  mədəni  şəraitdə  yerli  mədəniyyətə  ixracı  ilə  bağlı 
olub,  onun  süni  şəkildə  dəyişdirilməsinə  yönəlir.  Bu  zaman  layihə  obyekti 
olan  mədəniyyət  dəyişikliklərə  ya  qarşı  durur,  ya  da  müqavimətsiz  yeni 
mədəni  nümunələri  mənimsəyir.  Buna  görə  də  bu  növ  layihələr  tətbiq  etmə 
üsulları  ilə  yanaşı,  mümkün  müqavimətin  təcrid  edilməsi  mexanizmlərini  də 
nəzərə  alır.  Sosial  layihələrin  növləri  həm  də  mədəniyyətin  bu  və  ya  digər 
sahəsinin  tədqiqi  ilə  bağlı  müəyyənləşə  bilər.  Sosial  layihələri  bədii,  tarixi, 
sosial  psixoloji  və  mənəvi  mədəni,  ekoloji,  siyasi,  fiziki  və  psixi,  peşə 
mədəniyyəti  sahələrinə  dair  problemlərə  görə  təsnif  etmək  olar.  Bu  zaman 
layihələşdirilən  mədəni  sahənin  predmet,  prosessual,  dəyər  yönümü, 
institusional əsasları tədqiq edilir. Eyni zamanda qeyd edilən əsasların hər biri 
ayrılıqda  layihələşdirmə  obyekti  ola  bilər,  çünki  onların  (mədəni  sahənin 
predmet,  prosessual,  dəyər  yönümü,  institusional  əsaslarının)  hər  biri  inkişaf 
xüsusiyyətlərilə fərqlənir, layihənin reallaşması üçün zəruri ehtiyatlara malik 
olur  və  mədəni  inkişafın  müəyyən  normativ  səviyyəsinə  (insan,  qrup, 
cəmiyyət)  malik  olur.  Sosial  mədəni  problemlərin  aşkar  edilməsi  və 
müəyyənləşdirilməsi,  həmçinin  onların  layihə  qərarları  variantlarının  axtarışı 
müəyyən çətinliklər yaradır və kulturologiya, sosiologiya, sosial psixologiya, 
pedaqogika və digər sahələrə dair biliklərin olmasını tələb edir.  
İctimai  birliklər  formasında  həyata  keçirilən  tarixi-mədəni  istiqamətli 
sosial  layihə  və  proqramlar  bir  sıra  sosial  mədəni  problemləri  və  pedoqoji 
məsələlər  –  məskunlaşma  mühitinin,  dəyərlər  və  ənənələrin  bərpası  və 
inkişafı,  mədəniyyət  və  tarixi  biliklər  əsasında  gənclərin  tərbiyə  edilməsi, 
şəxsiyyətin  sosial  və  vətəndaşlıq  fəaliyyətinin  formalaşdırılması,  tarixi  və 
mədəni təcrübənin yaradıcı mənimsənilməsi – uğurla həll ediə bilər. Layihənin 
ideyasından  asılı  olaraq,  auditoriya  özünəməxsus  sosial  mədəni  problemləri 
olan fərqli etnik qruplardan ibarət ola bilər. 
Asudə  vaxtın  mədəni  təşkili  müəssisələri  tərəfindən  həyata  keçirilən 
səhiyyə  layihələrinin  mahiyyəti  insanların  fiziki  və  psixi  rifahının  təmin 
edilməsi  şəraitinin  yaradılması,  bədən  tərbiyəsi  –  sağlamlaşdırma 
proqramlarının 
seçilməsi, 
orqanizmin 
sərbəst 
həyat 
fəaliyətinin 
formalaşdırılması ilə bağlıdır.  
Sosial  pedoqoji  layihələr  şəxsiyyətin  mənəvi  təkmilləşdirilməsinə, 
cəmiyyətdə  pozitiv  sosial  münasibətlərin  geniş  yayılmasına,  sosial  və 
şəxsiyyət  səviyyəsində  olan  problemlərin  zorakılıq  olmadan  və  münaqişəsiz 
həll edilməsinə yönəlir.  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə