SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə74/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   116

 
 
175 
2.Pasport  formasının  işlənib  hazırlanması  (idarə  edilən  alt  sistemin  təsiri 
ilə dəyişən göstəricilərin daxil edilməsi); 
3.Pasport  formasının  doldurulması,  zəruri  göstəricilərin  əldə  edilməsi: 
sənədlərlə iş, anketləşdirmə, intervü.  
 
YOXLAMA SUALLAR 
1.Sosial layihələrdə daha çox istifadə edilən strategiyalar hansılardır? 
2.Sosial layihələrin ümumelmi prinsipləri hanslardır? 
3.Sosial layihələr tətbiq sahələrinə görə necətəsnif edilir? 
4. Təşkilati layihələrin işlənib hazırlanması xüsusiyyətlərini izah edin.   
 
REFERAT MÖVZULARI 
1.Layihə texnoloji strategiyalar 
2. Xətti və şaxəli strategiyalar 
3. Dövrü, uyğunlaşma və çevrilmə strategiyaları  
4.Təşkilati proqram  
5.Sosial layihələşdirmənin alətlər kompleksi  
 
ƏDƏBİYYAT: 
1.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по 
социологии знания. М., 1995. 
2.Карташов А.В. Проектное знание: опыт методологического анализа.// 
Системные исследования. Методологические проблемы. Ежегодник, 1988.  
3. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001.  
4.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М.: 
Изд-во Моск. гуманит ун-та: Флинта, 2006. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
176 
Mövzu 14. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN FORMALARI 
Sosial proyeksiya  
«Projectio»  anlayışı  latın  dilində  «qabağa  atılma,  tullanma»  mənasını 
daşıyır.  Bu  anlayış  əsasən  psixologiyada  şəxsi  psixi  proseslərin 
xüsusiyyətlərinin xarici obyekt kimi dərk edilməsilə əlaqədar istifadə edilirdi. 
Proyeksiya  xüsusilə  də  «Mən»  və  xarici  dünya  arasında  dəqiq  bölgünün 
olmadığı  uşaqlıq  dövründə  psixikanın  formalaşmasında  böyük  rol  oynayır. 
Antropologiyada  proyeksiya  anlayışı  dünya  haqqında  antromorf  baxışların 
izahı üçün istifadə edilir. Bu anlayış patoloji psixologiya və psixiatriyada xarci 
dünyanın  təhrif  edilmiş  şəkildə  dərk  edilməsi  vəziyyətində  öz  davranışlarına 
nəzarətin  saxlanması  haqqında  illüziyanın  saxlanması  xüsusiyyətli  bir  sıra 
psixi  xəstəliklərlə  bağlı  işlədilir.  Proyeksiya  mexanizmi  layihə  mətnlərində 
gizli  motivlərin  və  meyllərin  diaqnozlaşdırılması  məqsədilə  istifadə  edilir. 
Sosial  proyeksiya  gələcəyə  baxış  forması  kimi  obyektiv  predmet  haqqında 
subyektiv baxışlar sistemi kimi çıxış edir. İnsan, sosial qrup və hər cür sosial 
birlik sosial sistemin elementi olub, sosial inamlar, sosial prinsiplər və sosial 
seçimlərlə xarakterizə olunur. Bu sosial keyfiyyətlər mahiyyətinə görə sosial 
reallığın  öncə  görməsi  və  proqnozlaşdırılması,  layihələşdirilməsi  və 
təşkilatlandırılmasından  fərqlənir.  Bu  keyfiyyətlər  çox  zaman  sosial 
emosiyalara əsaslanır, onlar subyektiv xüsusiyyətlər daşıyır. Sosial gözləmələr 
subyektiv sosial duyumla sıx bağlı olur. İnsan müəyyən zaman ölçüsündə necə 
yaşayacağını ehtimal edir. Məhz bu ehtimallar proyeksiya hesab edilir. Şəxsi-
subyektiv  və  sosial  proyeksiya  mahiyyətcə  fərqlənir.  Şəxsi-subyektiv 
proyeksiya şəxsin gələcək haqqında arzuları, fantaziyaları əsasında qurulur və 
şəxsi  psixoloji  meyllərə  əsaslanır.  Sosial  proyeksiya  subyektin  sosial 
keyfiyyətləri  və  sosial  seçimləri,  mövcud  sosial  dəyərlər,  dünyagörüşü  və 
sosial gözləmələr əsasında qurulur. Sosial proyeksiya gələcəyə xüsusi selektiv 
baxışdır. Sosial proyeksiya subyeki cari sosial hisslərini və sosial seçimlərini 
gələcəyə  köçürməklə  sosial  inkişafın  uyğun  variantını  müəyyənləşdirir. 
Gələcəyə  doğru  çoxvariantlı  və  dəyişən  istiqamətlər  sırasında  sosial 
proyeksiya  subyekti  şəxsi  mental  xüsusiyyətlərindən  çıxış  edərək,  öz  sosial 
gözləmələrinə  uyğun  olanı  həyata  keçirir.  Sosial  proyeksiya  subyekti  sosial 
dünyanı  təşkilatlandırmır,  mümükün  dünyalar  cərgəsində  özünün  yaşamaq 
istədiyi  dünyanı  yaradır,  öz  sosial  dünyasını  axtarır.  Bu  mənada  sosial 
proyeksiya  həqiqətən  də  sosial  subyektivliyin  gələcəyə  ötürülməsidir.  Sosial 
proyeksiya gələcəyin layihələşdirilməsi, planlaşdırılması, proqnozlaşdırılması 
və  modelləşdirilməsinin  Prokrust  yatağına  (düz  gəlib  gəlməməsinə 
baxmayaraq  hamının  zorla  bir  əndazəyə  salınması  –  qəbim  yunan  qulduru 
Prokrustun  adından  götürülüb)  sığmır.  Sosial  proyeksiyanın  predmeti  olmur, 


 
 
177 
lakin  bir  sıra  real  xüsusiyyətlərə  malik  olur.  Sosial  proyeksiya  sosial 
layihələşdirmənin  reallaşdırılması  şərtlərini,  ehtiyatlarını  və  texnologiyalarını 
daşımır.  Proyeksiya  planlaşdırmanın  mərhələliyinə  malik  olmur  və 
proqnozlaşdırma  kimi  sosial fəaliyyətin tərkib  hissələrinin  nəzərə alınmasına 
yönəlmir.  Sosial  proyeksiya  gələcəyə  baxış  olub,  varlığın  reallıqları  ilə 
məhdudlaşmır.  Sosial  proyeksiya  sosial  fantaziya  və  sosial  illüziyadan 
fərqlənir. Sosial fantaziya və sosial illüziya sosial proyeksiyanın zəruri, lakin 
natamam  tərkib  hissəsi  kimi  izah  edilə  bilər.  Sosial  proyeksiyanın  əsas 
xüsusiyyəti gələcəyə selektiv baxışla bağlıdır. 
Layihələşdirmə hipotezləri sosial proyeksiyanın formaları kimi 
Layihələşdirmə  hipotezləri  (sosial  proyeksiyalar)  sırasında  aşağıdakılar 
fərqləndirilir: 
1.sosial  gözləmələr,  sosial  seçimlər    əsasında  gələcəyin  virtual 
modelləşdirilməsi; 
2.çoxsaylı variantlar sırasında preferensiyalı (imtiyazlı) seçim; 
3.gələcəyə yönəlmədən çıxış edərək, indiki zamanın korreksiyası; 
4.sosial  proyeksiyanın  xüsusiyyətlərindən  asılı  olaraq,  cari  sosial  varlığın 
parametrlərinin dərk edilməsi;                        
5.sosial  proyeksiyanın  preskriptiv  (sərəncam)  xüsusiyyəti,  onun  tələblərinin 
(imperativlərinin) müasir davranışa uyğunlaşdırılması; 
6.mövcud dəyərlərlə uyğun olan gələcək dəyərlərin qarşılıqlı asılılığı; 
7.cari  dəyərlərin  gələcək  dəyərlər  əsasında  müəyyənlşədirilməsinə  əsaslanan 
qarşılıqlı dövrləşmə asılılığı.  
Qeyd  olunan  layihə  hipotezləri  gələcəyi  və  indiki  zamanı  özündə  əks 
etdirir və varlığın mental çərçivəsində formalaşır.         
Sosial təşkilatlandırma və sosial mühəndislik 
Sosial  mühəndislik  elmi-texniki  fəaliyyətin  sahəsi  kimi  son  illərdə  geniş 
yayılıb. Sosial mühəndislik sosioloji konsepsiya olub, xüsusi sosial proseslər 
çərçivəsində «sosial təşkilatlandırma» mənasını kəsb edir. Sosial mühəndislik 
və  sosial  təşkilatlandırma  sosial  təzahürlərə  rasional  təsir  mərhələlərini, 
qaydalarını  və  vasitələrini  layihələşdirir,  sosioloji  tədqiqatların  ictimai 
təcrübəyə  tətbiq  edilməsi  metodlarını  işləyib  hazırlayır.  Sosial  mühəndislik 
sosiologiyanın  metodlarından  istifadə  edir.  Sosial  mühəndisliyin  əsas 
funksiyaları  müxtəlif  növ  sosial  sistemlərin,  onların  alt  sistemləri  və 
elementlərinin 
şüurlu 
şəkildə 
dəyişdirilməsi 
məqsədli 
layihələrin 
əsaslandırılması,  planlaşdırılması  və  reallaşdırılması  ilə  bağlıdır.  Sosial 
mühəndisliyin  əsas  problemi  dərk  edilmiş  və  planlaşdırılmış  dəyişikliklərin 
sosial sistemə tətbiq edilməsi imkanlarını və səlahiyyətlərini əsaslandırmaqdır. 
Sosial  mühəndis  və  sosial  təşkilatçı  proqnoz  layihənin  mövqelərindən  çıxış 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə