SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə77/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   116

 
 
182 
təşkilatların  tədrici  islahatlar  vasitəsilə  yenidən  qurulmasına  yönəlir.  Sosial 
mühəndisliyin  elmi  əsasları, K.Popperin  qeyd  etdiyi kimi,  insanların  məqsəd 
və arzularına uyğun olaraq, sosial institutların qurulması yaxud dəyişdirilməsi 
üçün  zəruri  olan  həqiqi  informasiyanın  toplanması  prinsipi  əsasında  qurulur. 
Sosial  mühəndisliyin  elmi  metodu  səhvlər  üzərində  öyrənməyə  hazırlıq 
əsasında  müəyyənləşir,  yəni  sosial  mühəndislik  metodu  sınaq  və  səhvlər 
metodudur. Sosial mühəndis öz nəticələrini peyğəmbərlik, yaxud qabaqcadan 
xəbərvermə  formasında  deyil,  hipotez  şəklində  ifadə  edir  və  onu  empirik 
yoxlamağa  yönəlir.  Sosial  mühəndisin  əsas  vəzifəsi  «əldə  edilməsi  qeyri-
mümkün  olanı  müəyyən  etməkdir».  Bu  onu  düşünülməmiş  və  tələsik 
qərarlardan çəkindirir. Sosial institutların qurulması və dəyişdirilməsi ilə bağlı 
sosial  mühəndis  kiçik  addımlar  taktikasından  istifadə  etməli,  həddən  artıq 
radikal  və  qlobal  dəyişikliklərdən  imtina  etməlidir.  K.Popperə  görə,  sosial 
mühəndislik  sosial  sistemlərin  hissəli,  tədrici  və  mərhələli  dəyişdirilməsi 
metodu  kimi  zəruridir.  Elmi  sosial  mühəndislik  informasiyanın  ilkin  tədqiqi, 
hipotezin  irəli  sürülməsi  və  yoxlanılması,  elmi  standartlara  (aydınlıq, 
səmərəlilik)  əməl  edilməsi  əsasında  qurulur.  Hüquq,  dil,  bazar,  xüsusi 
mülkiyyət  kimi  institutlar  dövlət  təşkilatlandırmasının  obyekti  ola  bilməz, 
çünki  onlar  mədəni  təkamül,  mədəni  dəyərlərin  seçilməsi  prosesində  əmələ 
gəlir  və  özünü  inkişaf  etdirən  strukturlar  kimi  mövcud  olur.  Buna  görə  də 
sosial  institutların  dəyişilməsi  kortəbii  baş  verir.    Vətəndaş  cəmiyyətinin 
inkişafı  şəraitində  azad  ictimai  təşkilatlar,  KİV,  sosial  yardım  fondları  və 
əhalinin digər nümayəndələri sosial mühəndislərə sifarişlər verirlər.  
YOXLAMA SUALLAR 
1.Sosial proyeksiya nədir? 
2.Hansı layihələşdirmə hipotezlərini fərləndirmək olar? 
3.Sosial mühəndisliyin əsas prinsipləri hansılardır? 
4. Sosial mühəndisliyin predmet sahəsini izah edin. 
REFERAT MÖVZULARI 
1. Sosial layihələşdirmənin formaları 
2.Sosial proyeksiya  
3.Layihələşdirmə hipotezləri sosial proyeksiyanın formaları kimi 
4.Sosial təşkilatlandırma və sosial mühəndislik 
ƏDƏBİYYAT: 
1.Джонс Дж. К. Инженерное и художественное конструирование. М.: Мир, 1976. 
2.Карташов А.В. Проектное знание: опыт методологического анализа.// Системные исследования. 
Методологические проблемы. Ежегодник, 1988. 
3.Крик Э. Введение в инженерное дело. М: Наука, 1970. 
4.Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. Ростов н/Д: 
«Феникс», 2001. 
 
 


 
 
183 
Mövzu 15. PLANLAŞDIRMA SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN 
FORMALARINDAN BİRİ KİMİ 
 
Planlaşdırma  konsepsiyası  2500  il  bundan  əvvəl  yaranıb.  İlk  dəfə  Sun 
Tzun  «Müharibə  sənəti»  əsərində  «strateji  planlaşdırma  rəisi»  ifadəsini 
işlətmişdi.  XIX  əsrdə  Anri  Fayol  Fransada  şaxta  nəzarətçisi  vəzifəsində 
qazandığı  təcrübəni  təsvir  edərkən  10  illik  plan-proqnozların  mövcudluğunu 
və hər 5 ildən bir onların yenidən təkmilləşdirildiyi haqqında məlumat verirdi. 
Planlaşdırmanın  geniş  istifadəsi  1950-ci  ildə  Amerikada  başladı  və  1960-cı 
illərdə bir çox korporasiyalarda tətbiq edilməyə başlandı. Bu haqda əsərlərin 
olmasına  baxmayaraq,    «Planlaşdırma  nədir?»  -  sualına  dəqiq  cavab 
verilməmişdir. Bəzi müəlliflər üçün planlaşdırma gələcək haqqında düşüncələr 
və  ya  əvvəlcədən  təqdim  edilmiş  fəaliyyətdir.  Minsverqin  fikrincə 
planlaşdırma  anlayışı  çox  geniş  məna  kəsb  edir.  Diror  planlaşdırmanı 
menecment  kimi  izah  edir.  Digər  müəlliflər  üçün  gələcəyin  nəzarət  altına 
alınması və onun təsviridir və ya planlaşdırma – arzu edilən gələcəyin layihəsi 
və  onun  səmərəli  tətbiqi  üsullarıdır.  Planlaşdırma  ətraf  mühitdə  nəzarətli 
dəyişikliklərin  yaradılmasıdır.  Bəzi  müəlliflərə  görə,  planlaşdırma  – 
məqsədlərə  nail  olmaq  üçün  şüurlu  fəaliyyət  istiqamətidir,  yəni  qərarlar 
qəbulu  prosesidir.  Planlaşdırma  məqsədə  nail  olmaq  üçün  fəaliyyətdir,  insan 
və  fiziki  ehtiyatların  əvvəlcədən  müəyyənləşdirilməsi  ilə  bağlı  fəaliyyət 
növüdür.  Planlaşdırma  indiki  zamanda  qəbul  edilmiş  gələcək  qərarlar  və 
həmin  qərarların  qəbulu  prosesidir.  Planlaşdırma  –  dövlətin,  idarəetmə 
orqanlarının,  təsərrüfat  subyektlərinin,  ölkənin,  regionların,  sahələrin  sosial-
iqtisadi inkişaf perspektivlərinin əldə edilməsilə bağlı fəaliyyətidir.     
Sosial 
planlaşdırma 
sosial 
proseslərin 
inkişaf 
məqsədlərinin, 
göstəricilərinin  və  məsələlərinin  (müddət,  sürət,  nisbətlərin)  elmi  əsaslarda 
müəyyənləşdirilməsi  və  əhalinin  maraqları  çərçivəsində  həyata  keçirilməsi 
vasitələridir.  Sosial  idarəetmənin  hansı  səviyyəsində  dəyişikliklər 
keçirilməsindən  asılı  olaraq,  sosial  planlaşdırmanın  səviyyələri  fərqləndirilir. 
Planlaşdırmanın  birinci  mərhələsi  –  əmək  kollektivlərinin  sosial  inkişafının 
planlaşdırılmasıdır. 
İstehsal 
kollektivlərinin 
fərqli 
formalarının 
planlaşdırılması  fərqli  metodikaların  istifadəsini  tələb  edir.  Planlaşdırma 
aşağıdakı prinsiplərə əsaslanır: 
I Prinsip – İstehsalın inkişafı üçün işçi nə və hansı səviyyədə edə bilər və 
işçi özü elmi-texniki və sosial tərəqqinin təsirilə necə dəyişəcək.  
II  Prinsip  –  Sosial  planın  təsirliliyi  kollektivin  insan  üçün  yaratdığı 
şəraitdən  asılı  olur.  Məsələnin  mahiyyəti  dövlətin  və  istehsal  sahəsi,  yaxud 
regionun    işçilərin  həyat  şəraiti  və  imkanlarını  yüksəltmək  məqsədilə  birgə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə