SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə76/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   116

 
 
180 
qiymətləndirilməsi, sosial yenilikərin tətbiq edilməsinə nəzarət və s. idarəetmə 
məsələlərini  özündə  birləşdirir.  Sosial  idarəetmədə  sosial  mühəndislik 
nəzəriyyə  və  təcrübənin  birləşdirilməsi  vasitəsi  kimi  çıxış  edir.  Sosial 
mühəndisliyin predmeti süni sosial sistemlərin elmi idarə edilməsinin təşkili, 
yəni  onların  obyektiv  sosial  qanunların  fəaliyyətinə  uyğunlaşdırılması  ilə 
bağlıdır.  Sosial  mühəndislik  mövcud  keyfiyyət  vəziyyətinin,  yaxud  qoyulan 
parametrlər  əsasında  sistemin  yeni  vəziyyətə  keçidinin  mühafizə  edilməsinə 
yönəlir.  Sosial  mühəndislik  sosial  sistemlərin  təşkilati  xüsusiyyətlərinin 
tədqiqi  və  layihələşdirilməsi  prosesində  onların  optimallaşdırılması  və 
dəyişdirilməsi məqsədilə elmi bilik və metodların tətbiq edilməsinə yönəlmiş 
konkret-təcrübi  və  metodoloji  təmayül  olub,  sosial  idarəetmənin  aləti  kimi 
çıxış  edir.  Sosial  mühəndislik  iqtisadi  fəaliyyət,  təhsil,  dini  fəaliyyət, 
təşkilatlandırma və modelləşdirmə və s. sahələrlə bağlı sosial təcrübə forması 
kimi  çıxış  edə  bilər.  İdarəetmə  fəaliyyətinin  tərkib  hissəsi  olan  sosial 
mühəndislik bir sıra prinsiplərə malikdir: 
1.Sosial  mühəndisin  sosial  idarəetmə  məsələlərində  bilavasitə  iştirakı 
prinsipi;    2.İdarəetmənin  sosial  mühəndisliklə  fasiləsiz  təminatı  (problem 
vəziyyətin  diaqnostikası,  onun  reallaşdırılması  proqram  və  layihələrinin 
hazırlanması,  qərarların  ekspert  qiymətləndirilməsi,  uyğun  texnologiyanın 
hazırlanması) prinsipi; 
3.Texnologiyalaşma prinsipi. 
Tədqiqat obyektinin xüsusiyyətindən asılı olaraq, sosial mühəndisliyin bir 
sıra  səviyyələri  fərqləndirilir:  institutlaşma  (sosial  institutların  təqdiqi, 
layihələşdirilməsi  və  inkişafı),  təşkilati  (rəsmi  təşkilatların  elmi  idarə 
edilməsi),  qruplu  (qrup  münasibətlərinin  tədqiqi  və  layihələşdirilməsi)  və 
şəxsiyyət  (şəxsiyyətin  sosial  davranışının  tənzimlənməsi).  Tədqiqat 
vasitələrindən  asılı  olaraq,  sosial  mühəndislik  fəaliyyətinin  bir  sıra 
istiqamətləri  fərqləndirilir:  sosial  mühəndislik  tədqiqatları  (sosial  sistemlərin 
təşkilati  imkan  və  xüsusiyyətlərinin  analizi  və  diaqnostikası),  sosial 
sistemlərin  mühəndis  təşkilatlandırılması  (onların  layihələşdirilməsi, 
proqramlaşdırılması və planlaşdırılması), sosial sistemlərin mühəndis xidməti 
(sistemlərin  istismarı  məsələlərilə  bağlı  məsləhətlər  və  ekspert 
qiymətləndirilməsi).  Sosial  layihələşdirmənin  predmet  sahəsi  sosial 
sistemlərin  zəruri  vəziyyəti  və  inkişafı  ilə  bağlıdır.  Zəruri  vəziyyət  sosial 
sistemlərin  inkişaf  məntiqi,  keyfiyyət  xüsusiyyətləri  və  funksiyalaşmasını 
nəzərə  alan  normativ  modellər  və  göstəricilər  əsasında  qurulur.  Sosial 
mühəndisin  fəaliyyəti  sosial  sistemlərin  mahiyyət  xüsusiyyətlərinin 
öyrənilməsinə, inkişafına təsir etməyə və normativ tənzimlənməsi vasitələrinin 


 
 
181 
hazırlanması  və  istifadəsinə  yönəlir.  Sosial  mühəndisliyin  predmet  sahəsi 
aşağıdakı xüsusiyyətlər əsasında müəyyənləşir:                                              
a)  xüsusi  sinif  obyektlərin  tədqiqi  və  dəyişdirilməsinə  yönəlmə  (süni  sosial 
sistemlər); 
b) sosial idarəetmədə elmi metod və vasitələrin tətbiq edilməsi;  
c)  sosial  sistemlərdə  xüsusi  idarəetmə  təsiri  vasitələrinin  (normativ  və 
tənzimləyici) istifadəsi; 
ç)  obyektin  tipinin  istifadə  edilən  metodlara  uyğun  olaraq  daxili 
diferensiasiyası (sosial mühəndislik fəaliyyətinin dərəcə və istiqamətlərə görə 
təsnifi). 
Sosial  mühəndisliyin  əsas  məsələsi  sosial  sistem  və  institutların 
məqsədyönlü  dəyişdirilmə  imkanlarının  müəyyənləşdirilməsilə  bağıdır. 
Utopik mühəndislik istorizm fəlsəfəsinə və tarixi peyğəmbərliyə söykənir və 
onun  əsasında  ideal  cəmiyyət  və  dövlət  layihəsi  durur.  K.Popper  məhz  bu 
əsaslarda sosial mühəndisliyin  metodoloji əsaslarını işləmişdir, lakin o, qeyd 
edir  ki,  ideal  təşkilatlanmış  tənqidin  obyekti  ola  bilməz,  çünki  ideal  utopiya 
olaraq  qalır.  Cəmiyyətin  və  onun  institutlarının  yenidən  qurulması  layihələri 
tənqid  edilməlidir.  Popper  qeyd  edir  ki,  geniş  miqyaslı  sosial  mühəndislik 
üçün lazımi qədər bilik və təcrübə, həmçinin bu tip dəyişiklikləri əsaslandıra 
biləcək  sosioloji  nəzəriyyələr  yoxdur.  Buna  görə  də  utopik  mühəndisliyin 
bütün cəmiyyətin rasional planlaşdırılması ilə bağlı iddiaları əsassızdır. Utopik 
mühəndislik  mümkün  təhlükələrin  nəzərə  alınması  məqsədilə  nəzərdə 
saxlanılır.  K.Popperin  qeyd  etdiyi  kimi,  «Cəmiyyətin  layihələşdirilməsi  və 
ideal  dövlətə  nail  olma  cəhdləri  güclü  mərkəzləşdirilmiş  dövlətin  olmasını 
tələb  edir  və  diktaturaya  aparır».  Sosial  mühəndisliyə  utopik  yanaşmanın 
çatışmazlığı  bununla  bağlıdır.  Utopik  mühəndislik  tərəfdarları  əmindirlər  ki, 
bu yanaşma cəmiyyətin inkişafına eksperimental metodun tətbiqi ilə bağlıdır 
və  ictimai  həyatın  bütün  tərəflərini  əhatə  etməlidir.  K.Popperin  fikrincə, 
utopik  metodun  reallaşdırılması  çoxsaylı  qurbanlar  tələb  edən  ideal  sxemlə 
bağlıdır. Bu tezis XX əsrin əvvəllərində SSRİ məkanı ölkələrində iri miqyaslı 
sosial  dəyişikliklər  edilməsi  və  sonradan  bu  dəyişikliklərin  cəmiyyəti 
özünüməhvə aparması fəaliyyəti ilə təsdiq edilmişdir. K.Popperin qeyd etdiyi 
kimi,  sosial  mühəndislik  xüsusiyyətli  marksizm  iri  dəyişikliklərin  həyata 
keçirilməsinə  qabil  deyildi.  Marksizmə  xas  olan  determinizm  və  tarixi 
peyğəmbərliyə  cəhd  sosial  mühəndisliyin  elmi  imkanlarını  təcrid  edirdi. 
Cəmiyyətin rasional idarə edilməsi, iqtisadiyyatın və həyatın bütün tərəflərinin 
dövlət  tərəfindən  tənzimlənməsi  iri  miqyaslı  sosial  mühəndislik  nümunəsidir 
və xüsusilə birinci beşilliklərdə daha parlaq əks olunmuşdu. Beləliklə, sosial 
mühəndislik  metodu  rasional  təşkilati  formada  yalnız  sosial  institutların, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə