SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə78/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   116

 
 
184 
səyinə  əsaslanır.  Bu  prinsipin  reallaşdırılmasının  əsas  aspektləri  maddi  və 
mənəvi  stimullaşdırmanın  təkmilləşdirilməsilə  bağlıdır.  Son  illərdə  əməyin 
son  nəticələrinə  marağın  gücləndirilməsi  ilə  bağlı  bir  sıra  təkliflər  irəli 
sürülmüş və eksperimentlər aparılmışdır.  
III  Prinsip  –  İnsanın  istehsal  müəssisəsi,  şəhər,  yaxud  rayonla  qarşılıqlı 
fəaliyyət  prosesi  təsadüfi  və  qeyri-mütəşəkkil  deyil,  əmək  kollektivlərinin 
üzvlərinin  bu  proseslərin  idarə  edilməsində  dərk  edilmiş  fəaliyyətinin  və 
iştirakının ifadəsi olmalıdır.  
Regional  səviyyədə  sosial  planlaşdırma  respublika,  əyalət,  iqtisadi  rayon 
və  digər  inzibati  vahidlər  səviyyəsindəki  sosial  proseslərin  məqsədyönlü 
tənzimlənməsi  forması  kimi  çıxış  edir.  Bütün  ictimai  orqanizmin  səmərəli 
funksiyalaşmasını  təmin  etmək  üçün  ərazinin  sosial  inkişafı  və  xüsusilə  də 
miqrasiya  axını,  əmək  ehtiyatlarının  rasional  istifadə  edilməsi,  Milli 
münasibətlərin  inkişafı,  mədəni  dəyərlərin  bölüşdürülməsi  və  istehlakı 
prosesinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Təcrübənin göstərdiyi 
kimi,  regional  sosial  planlaşdırmanın  əsas  məqsədi  əmək  və  gündəlik  həyat 
üçün  əlverişli  şəraitin  yaradılmasıdır.  İqtisadi  rayonlar  səviyyəsində 
planlaşdırma  hər  bir  sosial  prosesin  –  millətin  inkişafı,  xalqların  həyat 
şəraitinin 
yüksəldilməsi, 
əhalinin 
miqrasiyası, 
təhsil 
sisteminin 
təkmilləşdirilməsinin mövcud regiondakı mahiyyətinin müəyyənləşdirilməsini 
tələb edir.  Bununla  yanaşı,  təhlil  zamanı fərqli  regionlarda  sosial  proseslərin 
fərqli  xüsusiyyətləri  dəqiqləşdirilməlidir.  Əsas  şərtlərdən  biri  də  cəmiyyətin 
səmərəli  funksiyalaşması  məqsədilə  sahə  və  regional  planlaşdırmanın 
uyğunlaşdırılmasıdır.  Regional  planlaşdırmanın  əsas  xüsusiyyətlərindən  biri 
də sistemlilik prinsipinin gözlənilməsidir. Respublika, yaxud əyalət qarşısında 
duran  əsas  məsələlər  öz  aktuallığına  görə  heç  də  həmişə  ümumdövlət 
məsələlərilə üst-üstə düşmür.  
Sosial  planlaşdırmanın  formaları  ünvanlı  planlaşdırma  və  dolayı 
vasitələrin köməyilə planlaşdırma kimi fərqləndirilir. Konkret, yaxud ünvanlı 
planlaşdırma  məsələlər  sisteminin  hazırlanması  və  əsaslandırılması  ilə 
bağlıdır. Bu əsasda ictimai inkişafın müəyyən səviyyəsinə nail olmaqla bağlı 
məsələlər  qoyulur  və  sosial  proseslərin  inkişafında  rasional  qarşılıqlı 
münasibətlər  və  tənasüblər  vacib  amillərdir.  Oxşar  qarşılıqlı  münasibətlər 
cəmiyyətin  real  vəziyyətini,  onun  tərəqqi  meyllərini,  elm  və  texnikanın 
nailiyyətlərini,  insanların  tələbatlarını  əks  etdirir.  Mahiyyətinə  görə  sosial 
planlaşdırma 
qoyulan 
məsələnin 
həyata 
keçirilməsi 
müddətinin 
müəyyənləşdirilməsindən asılıdr. Məqsəd nə qədər mürəkkəb olarsa, hərtərəfli 
elmi əsaslandırılmış qərarların qəbul edilməsi və həyata keçirilməsi üçün bir o 
qədər  çox  vaxt  tələb  oluna  bilər.  Planlaşdırmanın  zaman  müddəti  faktlara 


 
 
185 
əsaslandırılmalı  və  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  vəhdəti  əsasında 
qurulmalıdır.  Ünvanlı  planlaşdırma  əmr  metodlarından  geniş  istifadə  edir  və 
sosial  inkişaf  və  sosial  dəyişikliklərin  istiqamətinin  elmi  əsaslandırılmasını 
nəzər almır.     
Dolayı  vasitələrlə  sosial  proseslərin  planlaşdırılması  zamanı  konkret 
şərait,  imkanlar  və  tələbatlar  tədqiq  edilir.  Növbəti  mərhələdə  hansı 
elementlərin və tərkib hissələrinin dövlət və ictimai tənzimlənmədən kənarda 
qalması  müəyyənləşdirilir.  Buna  uyğun  olaraq,  mənfi  halların  və  nətcələrin 
qarşısının alınması, yaxud zəiflədilməsi məqsədilə onların kəmiyyət ölçüsü və 
proqnozlaşdırılması məsələsi qoyulur.  
Planlaşdırma  prosesində  sosial  planlaşdırma  və  tənzimləmə  obyekti  olan 
və  təsir  ediləcək  dəyişənlər  aşkar edilir.  Əmək  itkilərinin qarşısının  alınması 
məqsədilə  işçilərin  ixtisas  dərəcəsinin  artırılmasının  tənzimlənməsi  də  vacib 
şərtdir. İşçilərin peşə səviyyəsinin artırılması bir sıra əmək formalarının ləğv 
edilməsinə  səbəb  olur.  Əməyin  planlaşdırılmasında  bir  çox  peşələrlə  bağlı 
olan dəyişikliklər nəzərə alınır və bir çox peşələr əmək fəaliyyətinin müəyyən 
mərhələsi  kimi  saxlanılır.  Bir  çox  sosial  proseslər  inkişafla  bağlı  bir  çox 
məhdudiyyətlərə  malik  olur.  Bu  şəraitlərin  planlaşdırılması  çox  vacibdir, 
çünki sosial planlaşdırma maddi, maliyyə, əmək ehtiyatlarına əsaslanır. Sosial 
planlaşdırmada  müəyyən  sosial  qrupların  maraqlarının  nəzərə  alınması 
vacibdir. İqtisadi məsələlər həll olunarkən xalqın və ayrı-ayrı sosial qrupların 
maraqları üst-üstə düşür, lakin bu xüsusiyyəti ictimai həyatın bütün sahələrinə 
aid etmək olmur. Məsələn, istehsal sahəsində itkilərin aradan qaldırılması bir 
sıra  sosial  qrupların  maraqlarına  ziddir,  maksimum  sosial  nəticələr  heç  də 
həmişə  minimum  itkilər  əsasında  əldə  edilmir  və  bu  sosial  planlaşdırmanın 
əsas məqsədlərindən biridir.   
Nə  konkret,  yaxud  ünvanlı  planlaşdırma,  nə  də  dolayı  vasitələrlə 
planlaşdırma təmiz şəkildə mövcud olmur. İqtisadi islahatlar sahəsində dolayı 
vasitələrlə planlaşdırma geniş tətbiq olunur.                            
Müasir  dövrdə  proqramlaşdırma,  proqnozlaşdırma  və  layihələşdirmə 
dünya  təcrübəsində  geniş  istifadə  edilir.  Eyni  zamanda  planlaşdırmanın 
mahiyyəti,  vəzifəsi  və  funksiyası  dəyişir.  Planlaşdırma  –  idarəetmə 
fəaliyyətinin  xüsusi  növü  olub,  müəyyən  vaxt  müddətində  idarəetmə 
obyektinin  inkişafının  optimal  alternativinin  seçilməsinə  yönəlib. 
Planlaşdırma prosesinin nəticəsi  - plandır. Plan idarəetmə obyektinin gələcək 
arzuedilən vəziyyətinin və ya inkişaf tendensiyasının təsvirini verir. Planda bu 
planı  hazırlayan  idarəetmə  subyektinin  məqsədləri  əks  olunur.  Plan  həmişə 
məqsədlər  sistemini  və  onların  reallaşdırılması  sxemlərini  təqdim  etməlidir. 
Səmərəli  planlaşdırma  üçün  planın  6  əsas  suala  cavab  verməsi  vacibdir:  1. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə