164
Proqram anlayışı layihə anlayışına yaxın olduğu üçün çox vaxt proqramlı-
məqsədli idarəetməni layihəli idarəetmə adlandırırlar.
Sosial strukturun layihələşdirilməsi
Sosial layihələşdirmə xüsusi sosial mühəndislik fəaliyyəti olub, keçmişi və
gələcəyi nəzərə alaraq sosial təşkilatın ən yaxşı tərəflərinin birləşdirilməsinə
yönəlir. Sosial layihələşdirmə sosial planlaşdırmadan onunla fərqlənir ki,
müəssisələrin layihələşdirilməsi yeni istehsalın yaradılması ilə eyni vaxtda
həyata keçirilir. Sosial planlaşdırma isə fəaliyyətdə olan obyektlərdə aparılır
və funksiyalaşan strukturların dəyişdirilməsi məqsədini daşıyır. Müəssisələrin
layihələşdirilməsi aşağıdakılarla bağlıdır:
1) yeni yaradılan müəssisələrin layihələrinin elmi-texniki əsasları bilavasitə
əmək kollektivlərinin uzun müddətli fəaliyyətdə olduğu sosial şəraitin maddi
əsaslarının müəyyənləşdirilməsilə bağlıdır.
2) elmi-texniki qərarların nəticələri bilavasitə sosial dəyişikliklərdən asılıdır.
N.İ.Lapinə görə, layihələşdirmənin əsas sosial məqsədli yeni istehsal
kollektivlərinin formalaşdırılması üçün tərəqqipərvər şərtlərin kompleks
təminatı kollektivin əsas funksiyaları olan iqtisadi səmərəlilik, ekoloji
optimallıq, sosial səmərəlilik, təşkilati idarəçilik, ictimai fəallıq funksiyaları
ilə bağlı olub bir neçə alt məqsədlərə bölünür. Lapin və Toşenko
layihələşdirmənin vacib sosial məsələsi kimi aşağıdakıları fərqləndirirlər:
əmək prosesləri və iş yerlərinin sosial tərəqqi sisteminin yaradılması; gələcək
kollektivlərin sosial strukturlarının müəyyənləşdirilməsi; işçilərin və onların
ailə üzvlərinin rahat mədəni-məişət xidmətlərinin təmin edilməsi; istehsalın
əmək ehtiyatları ilə təminatının layihələşdirilməsi. Hər bir məsələnin həlli 3
əsas iş növünü özünə daxil edir:
1) məsələ və onun həllinin əsas istiqamətləri və
sahələri dəqiqləşdirilir;
2) məsələnin texniki,
iqtisadi,
təşkilati həlli qurulur;
3) layihələşdirmənin ilkin mərhələsində müəyyənləşmiş sosial məqsədlərə nail
olma dərəcəsi müəyyən edilir.
İdarəetmə sisteminin təşkilinin 7 mərhələsi fərqləndirilir:
I
mərhələ
–
istehsalın
kompleks
mexanikləşdirilməsi
və
avtomatlaşdırılması və lazımi dərəcəli kadrların təminatı mənbələrinin
müəyyənləşdirilməsi ilə həll edilməlidir.
II mərhələ – təşkilatın məqsədlərinin formalaşdırılması mərhələsi kimi
idarəetmə strukturunun layihələşdirilməsinin ilkin mərhələsidir.
III mərhələ – mövcud təşkilati strukturun məqsədlər sistemi ilə
müqayisəsinə əsaslanır.
IV mərhələ – təşkilatın ümumi idarəetmə strukturunun işlənməsi
mərhələsidir.
165
V mərhələ – idarəetmə aparatının kəmiyyətinin hesablanması və
əsaslandırılması ilə bağlıdır.
VI mərhələ – qərar qəbulu, funksional və məlumatlı qarşılıqlı təsir
proseslərinin sistemləşdirilməsinə aiddir.
VII mərhələ – idarəetmə aparatının alt bölmələrinin mövcud şöbə və
işçilərinin vəzifələri haqqında qanunlar ilə bağlı sənədlərinin köməyilə
fəaliyyətin məhdudlaşdırılması ilə əlaqədardır.
İdarəetmənin təşkilati strukturunun layihələşdirilməsinə bu ümumi
yanaşma prinsipləri digər sosial strukturların layihələşdirilməsi mərhələlərində
də tətbiq edilə bilər. Lakin bu prinsiplərə bir sıra başqalarını da əlavə edirlər.
İlk dövrlərdə aşağıdakılar nəzərə alınmalıdır:
1) uyğun istehsallı sosial təşkilatların öyrənilməsi;
2) texniki, istehsal, iqtisadi və sosial məqsədlərə nail olmaq üçün struktur
parametrlərin təsiri analiz edilməlidir və səmərəli struktur aşkar edilməlidir;
3) müəssisənin sosial strukturunun formalaşma imkanlarının regionun sosial
strukturu və əmək ehtiyatlarından qonşu istehsalın mövcudluğundan,
müəssisənin maddi imkanlarından asılı olduğunu nəzərə alaraq aşkar edilmiş
optimal strukturu bu imkanlara uyğunlaşdıraraq
düzəlişlər edilməlidir;
4) bu düzəlişləri nəzərə alaraq, sosial təşkilatın parametrlərinin
layihələşdirilməsinə başlanmalıdır.
Sosial təşkilatın layihələşdirilməsində kişi və qadınların ictimai əmək
fəaliyyətləri səviyyəsinin bərabərləşdirilməsinə şərait yaradan göstəricilərin
istifadə edilməsi böyük məna kəsb edir. Demoqrafik vəziyyətin, xüsusilə də
idarəetmənin cinsi strukturunda aşağıdakı ümumi prinsiplər nəzərə
alınmalıdır:
1) işin xüsusiyyətləri və iş şəraitinin qadınların psixofizioloji xüsusiyyətlərinə
uyğunluğunun nəzərə alınması;
2) ictimai təşkilatda analıq və digər ailə vəzifələrinin uyğunlaşdırılaraq
səmərəli əmək rejiminin təşkili;
3) ictimai və fərdi əməkdə qadın məşğulluğunun
məqsədəuyğun təşkili;
4) əraziyə görə qadın və kişi məşğulluğunun ahəngdar uyğunluğunun təşkili.
Sosial təşkilatda yaş strukturu da layihələşdirmənin əsası kimi qəbul
edilir. Layihələşdirmənin əsas məqamlarından biri də əvvəlki təcrübənin işçi
axınının nəzərə alınmasıdır.
YOXLAMA SUALLAR
1.Sosial layihələşdirmənin səbəb-nəticə əsasları dedikdə nə nəzərdə tutulur?
2.Sosial təşkilatlandırma nədir?
3.Sosial mühəndislik və sosial təşkilatlandırmanın fərqi nədir?