152
Mövzu 11. SOSİAL LAYİHƏLƏŞDİRMƏ: TƏBİƏTİ, MAHİYYƏTİ,
METODOLOGİYASI
Layihələşdirmə – mövcud obyektin, vəziyyətin prototipinin, maketinin
yaradılması prosesidir. Hazırda inşaat-memarlıq, maşınqayırma, texnoloji və
s. ənənəvi layihələşdirmə ilə yanaşı insan-maşın sistemlərinin, genetik və s.
layihələşdirmə istiqamətləri də yaranıb.
Layihələşdirmə termini latın dilində «projektus» - gələcəyə atılmış
sözündən götürülüb. Layihələşdirmə bu və ya digər təzahürün inkişaf, yaxud
dəyişmə variantının müəyyənləşdirilməsi, nəzərdə tutulan, mümkün obyektin
nümunəsinin, prototipinin yaradılması prosesidir. Layihələşdirmə – obyektin
gələcək optimal vəziyyətinə dair variantların qurulması; mövcud vasitələrin
tələb olunan məqsədlərə uyğunlaşdırılması; zəruri nəticənin əldə edilməsi
üçün tədqiqat obyektinin tərkib hissələrinin əlaqələndirilməsi; güman edilən
fəaliyyətlərin reallaşmasına qədərki müddətdə modelləşdirilməsi; qeyri –
müəyyən şəraitdə qərarların qəbul edilməsidir. Layihələşdirmənin mahiyyətini
başa düşmək üçün onunla bağlı olan kateqoriyaları (anlayışlar sistemini):
təşkilatlandırma (konstrukturlaşdırma), sistem, layihələşdirmə subyekti,
layihələşdirmə obyekti, sosial texnologiyalar (əməliyyatlar toplusu), sosial
layihələşdirmənin metodları, layihələşdirmə şəraiti, mexanizmi, planlaşdırma,
proyeksiya, qabaqcadan duyma, öncəgörmə, proqnozlaşdırma, modelləşdirmə
və s. – nəzərdən keçirmək vacibdir. Bu anlayışların dərk edilməsi, onlara nail
olma mərhələləri və reallaşdırılması metodları layihələşdirmənin mahiyyətini
təşkil edir.
Sosial layihələşdirmə – sosial obyektlərin, sosial keyfiyyətlərin, sosial
proses və münasibətlərin layihələşdirilməsidir. Sosial obyektlərin
proqnozlaşdırılmasında subyektiv amil nəzərə alınmalıdır.
Konstruksiya (təşkilatlandırma) – hər-hansı bir obyektin ideal
formasının yaradılmasına məqsədyönlü istiqamətlənmə ilə bağlı intellektual
fəaliyyətdir. Bu zaman müxtəlif amillər uyğunlaşdırılır, seçilir və yeni obyekt
kimi əlaqələndirilir.
Rekonstruksiya (yenidən təşkilatlandırma) – həm intellektual, həm də
təcrübi fəaliyyətə aid olur. Bu anlayış bir neçə mənada işlədilir:
1) hər hansı bir süni obyektin köklü şəkildə yenidən qurulması;
2) hər hansı bir obyektin qalıqları əsasında onun yenidən bərpa edilməsi.
Birinci məna təcrübi fəaliyyətlə bağlı olduğu halda, ikinci mənada əsasən
ideal modellər qurulur, bəzən təcrübi fəaliyyətlə də bağlı olur.
153
Dekonstruksiya (struktur təhlil) – obyektin süni şəkildə çeşidlənməsi,
hissələrə bölünməsi, yaxud normal funksiyalaşmasının pozulması əsasında
ideal modelin qurulmasıdır. Belə ideal model normativ xüsusiyyət daşıyır.
Planlaşdırma – elmi və təcrübi əsaslarda bu və ya digər təzahürün
məqsədlərinin müəyyənləşdirilməsi, vəzifələrinin, müddəti, sürəti və
nisbətlərinin aşkar edilməsi, onların cəmiyyətin maraqlarına uyğun şəkildə
reallaşdırılmasıdır.
Öncəgörmə – hər hansı təzahür haqqında qabaqcadan xəbərvermə, yaxud
mövcud olsa da şəxsi təcrübədə olmayan biliklərdir. Elmi öncəgörmə sosial
təzahür və hadisələrin məlum olan əmələgələmə səbəbləri, funksiyalaşma
formaları və inkişaf gedişinə uyğun inkişaf qanunauyğunluqlarının aşkar
edilməsinə əsaslanır.
Proqnozlaşdırma – öncəgörmə forması olub, planlaşdırılan təzahürün
məqsədyönümlüyü, proqramlaşdırılması və idarə edilməsində əks olunur.
Proqnozlaşdırma təzahürün cari zamanda inkişaf xüsusiyyətlərinin nəzərə
alınması əsasında gələcək inkişaf istiqamətlərinin öncədən görməsidir.
Sosial layihələşdirmənin subyekti – idarəetmə fəaliyyəti ilə bağlı şəxslər,
təşkilatlar, əmək kollektivləri, sosial institutlar və s. olub, sosial reallığın
məqsədyönlü, təşkilatlanmış dəyişdirilməsi məqsədini daşıyır. Sosial
layihələşdirmə subyektinin əsas xüsusiyyəti onun sosial aktivliyi,
layihələşdirmə prosesində bilavasitə iştirakı ilə bağlıdır və layihənin
keyfiyyəti sosial layihələşdirmə subyektinin intellektual səviyyəsindən
asılıdır.
Sosial layihələşdirmənin obyekti – sosial əlaqələrin, qarşılıqlı təsirin
təşkili sistemləri, prosesləridir. Sosial layihələşdirmənin obyekti –
1) maddi və mənəvi istehsalın təşkilati təsirinə məruz qalan elementlər, alt
sistemlər və sistemlərdir (əmək vasitəsi və predmeti, sosial texnologiya,
texnika, həyat vəsaiti, mənəvi mədəniyyət, sosial fəaliyyət və s.);
2) tarixi proses və sosial münasibətlərin subyekti olan və öz tələbatları, dəyər
yönümləri, sosial nüfuzu, rolu olan insandır;
3) cəmiyyətin sosial strukturunun müxtəlif elementləri və alt sistemləridir
(əmək kollektivləri, regionları, sosial qrupları və s.);
4) çoxtərəfli ictimai münasibətlərdir (siyasi, ideoloji, idarəetmə, estetik,
mənəvi, ailə-məişət, şəxsiyyətlər arası və s.);
5)həyat tərzi elementləridir (həyat mövqeyi, həyat vasitələri, həyat keyfiyyəti
və üslubu və s.). Sosial layihələşdirmənin əsas obyekti kimi sosial sistemlər
çıxış edir.
Layihələşdirmənin informasiya sahəsi – layihələşdirmə obyektini
xarakterizə edən elmi əsaslandırılmış parametrlər, amillər sistemidir.
154
İnformasiya sahəsinin yaradılması mənbələri – sosial tədqiqatların
materialları, intervü, daimi nəşrlərin təhlili, statistik göstəricilərdən və s.
ibarətdir.
Layihələr hazırlanması fəaliyyəti olan layihələşdirmənin iki məqamı
fərqləndirilir:
1) fəaliyyətin ideal xüsusiyyəti;
2) gələcəkdə təzahür edə biləcək qeyri-adi təsadüflərin nəzərə alınması.
Layihələşdirmənin ən müxtəlif növləri, metodları və üslubları fərqləndirilir:
1)texniki və prototipin layihələşdirilməsi (məs., müəyyən tapşırıqlar dairəsinin
hazırlanması və s.);
2)humanitar və ya şəxsi layihələşdirmə isə düşüncə və fəaliyyətin təşkili
problemlərilə bağlıdır.
Layihələşdirmənin metodoloji prinsipləri dedikdə, şüurla, refleksiv və
qeyri-şüurlu qurumlar vasitəsilə məsələnin qoyuluşu, məsələnin həllində
istifadə edilən vasitələr, proseslərin ümumi təşkili və s. nəzərdə tutulur. Bu
prinsiplərdə qarşılıqlı əlaqəli olan iki təbəqə fərqləndirilir: ontoloji (görmə və
dərketmə təbəqəsi) və təşkilati-fəaliyyət (fəaliyyət və onun təşkili).
Layihələşdirmənin 4 prinsipi fərqləndirilir:
1) layihələşdirmə subyektlərinin qarşılıqlı təsiretmə sisteminin qurulması;
2) yaradıcı birliklərin yaradılması və təşkilinin əsası kimi fikri fəaliyyətin
inkişafı;
3) layihələşdirilən digər fəaliyyət sahələrinin funksional tənzimlənməsi və
reallaşdırılması;
4) fərdiləşdirmə.
Sosial layihələşdirmə aşağıdakı parametrlərə əsaslanmalıdır:
- sosial obyektin ziddiyyətliliyi;
- sosial obyektin çoxtərəfli inkişafı;
- sosial obyektin hər hansı sosial nəzəriyyənin terminləri ilə ifadə olunmasının
qeyri-mümkünlüyü;
- sosial obyektin çoxamilliliyi;
- sosial obyektin inkişafında mümkün və zəruri olanın qarşılıqlı
münasibətlərini müəyyənləşdirən çoxsaylı subyektiv amillərin mövcudluğu;
-
sosial gözləmələr, sosial proqnoz və sosial layihələşdirmənin
formalaşmasının subyekiv amilləri;
- sosial obyektin inkişafının qiymətləndirilməsi meyarlarını müəyyənləşdirən
amillər.
Bu amillər sosial layihələşdirmənin xüsusiyyətlərini müəyyənləşdirən
səbəblərin
son
siyahısı
deyil.
Sosial
layihələşdirmə
proqnozu
qiymətləndirməyə, sosial inkişafın planını hazırlamağa imkan yaradır.
Dostları ilə paylaş: |