146
obyekt yönümlü yanaşma, problemli yanaşma, subyekt yönümlü yanaşma və
s. qeyd etmək olar.
Sosial texniki layihələşdirmə əsas diqqətin texniki amillərə deyil, insan
fəaliyyəti, onun sosial və psixoloji aspektlərinə yönəldilməsinə üstünlük verir.
Sosial texniki layihələşdirmə prototipsiz layihələşdirmə kimi, nəzəri və
metodoloji sahələrdə, yaxud mədəniyyət sahəsində formalaşmış idealların
reallaşdırılmasına yönəlir.
Obyekt yönümlü yanaşma layihələşdirmənin ən geniş yayılmış forması
olub,
1970-1980-cı
illərdə (Q.A.Antonyuk, N.A.Aitov, N.İ.Lapin,
J.T.Toşenko, İ.V.Bestujev-Lada və başqaları) nəzəri tədqiqatlarda geniş
istifadə edilirdi. Bu yanaşmada sosial layihələşdirmənin əsas məqsədi yeni
sosial obyektin yaradılmasına, yaxud mövcud sosial obyektin yenidən
təşkilinə yönəlir. Bu zaman sosial əlaqlər, münasibətlər tədqiqat obyekti ola
bilər.
Obyekt
yönümlü
yanaşmanın
əsas
xüsusiyyəti
layihənin
qanunayuyğunluq xarakteri, elmi əsaslandırılmasının obyektivliyi haqqında
təsəvvürlərlə bağlıdır. Bu konsepsiyanın zəif tərəfidir. Problem sosial sahədə
obyektivlik və elmiliyin şərhi ilə bağlıdır. Layihələşdirilən obyektin elmi
əsaslandırılması ən ümumi hallarda mümkündür, konkret idarəetmə
qərarlarına münasibətdə isə mübahisəlidir.
Problem yönümlü (problem-məqsədli, proqnozlu) yanaşmanın tərəfdarı
olan tədqiqatçılar (T.M.Dridze, G.A.Orlova, O.E.Truşenko, O.N.Yanitski və
başqaları) sosial layihələşdirmə fəaliyyətini xüsusi sosial texnologiya kimi
qəbul edirlər. Bu yanaşmanın əsas xüsusiyyəti cari və perspektiv sosial
problemlərə dair qərarlarda sosial-diaqnostik göstəricilərin, mümkün
ehtiyatlar və tənzimlənən sosial vəziyyətin inkişaf məqsədlərinin nəzərə
alınması və bu əsasda humanitar biliklərin tətbiqi ilə bağlıdır. Problem
yönümlü yanaşmada –
1) sosial təkrar istehsal prosesində obyektiv və subyektiv amillərin eyni
səviyyədə nəzərə alınması;
2) sosial layihələşdirmənin sosial diaqnostik işin üzvi və son mərhələsi kimi
qəbul edilməsi;
3) qərar hazırlanması prosesində diaqnostik və konstruktiv mərhələlər
arasındakı əks əlaqəyə xüsusi diqqət verilməsi – layihələşdirmənin əsas
mahiyyətini əks etdirir. Bu yanaşmanın əsas çatışmazlığı nəzəri əsasların zəif
təcrübi tətbiqi, elmi tədqiqat və ekspert işlərinə geniş imkanlar yaradılması ilə
əlaqədar olaraq yanaşmanın nəzəriləşməsi ilə bağlıdır.
Subyekt yönümlü yanaşma layihələrdə subyektivliyin mühiti
münasibətərlə əlaqədar təzahür etdiyini müəyyənləşdirir. Sosial mədəni
dinamikanın hipotetik modelində, dəyər-normativ və təşkilati-idarəetmə ilə
147
bağlı layihələrdə subyekt yönümlü yanaşma üstünlük təşkil edir. Bu
yanaşmanı irəli sürən T.M.Dridze layihələşdirmə prosesində sosial fəaliyyət
subyekti ilə əlaqənin mövcudluğunu və əsaslı təsirini vurğulayır.
Sosial layihələşdinmənin tezaurus (subyektiv) əsasları. Həyat
yönümünün tezaurus əsasları – subyektiv dünyaların üst-üstə düşməməsi,
sosial davranışın dəyərlər əsasında tənzimlənməsi, sosial subyektin sosial
mühitdə davranış fəaliyyəti ilə müəyyənləşir. Bu yanaşma sosial
layihələşdirmədə də mühüm əhəmiyyət kəsb edir və «Tomas nəzəriyyəsi» -
«əgər insanlar bəzi vəziyyətləri real olan kimi müəyyənləşdirirlərsə, bu
vəziyyətlər nəticələrinə görə realdır» - əsasında izah oluna bilər. Bu yanaşma
layihə yaradıcısını (təşəbbüskar, müəllif, təkmilləşdirici) həm müəyyən
ictimai tələbatın təminatçısı, həm də öz şəxsi maraqlarının reallaşdırıcısı kimi
görməyə imkan yaradır. Layihə yaradıcısı sosial mühitdə fəaliyyət göstərir,
özündə həmin mühitin xüsusiyyətlərini daşıyır, eyni zamanda o, öz işinə
yaradıcı yanaşaraq, layihənin, yeniliyin reallaşmasına təkan verir. Layihə
ödənilməmiş tələbatlarla əlaqədar olsa da, o mühitin deyil, layihələşdirmə
subyektinin yaradıcılıq məhsuludur. Sosial layihələşdirməyə subyekt yönümlü
yanaşmada obyektiv amillərin (sifariş, idarəetmə qərarının qəbulu, ehtiyatlar
və s.) rolu azaldılmır. Tezaurus yanaşma layihələşdirmədə dövrlərin əlaqəsini,
müasir sosial təşkilatlanmanın üç əsas xüsusiyyətini – ənənələrin tənzimləyici
rolunun tənəzzülü, dərk edilən dünyanın natamamlığı, sosial dəyişikliklərin
sürətini nəzərə alır.
Sosial layihələşdirmənin fəlsəfəsi. Tezaurus yanaşması sosial
layihələşdirmənin fəlsəfəsini aşağıdakılar kimi izah edir:
1. İnsan sosial yeniliklərə, onların yaradılması və istehlakına açıqdır.
Yeniliklərə açıqlıq – onların ilkin işlənib hazırlanması və həyata
keçirilməsidir. Sosial dəyişikliklər arzu edilən olsa da, onların həyata
keçirilməsi cəmiyyətlərə, ayrı-ayrı insanların və sosial birliklərin
xüsusiyyətlərinə görə fərqlənir. Cəmiyyət eyni zamanda həm təsirlənən, həm
də möhkəmdir: sadə layihələri qəbul etməklə yanaşı güclülərə müqavimət
göstərə bilir.
2. Sosial layihə cəmiyyətin təşkilatlanma səviyyəsini yüksəldir. Sosial
layihələrin yaradılması və tətbiq edilməsi «özününkülər» və «yadlar», «biz»
və «onlar» arasındakı məsafəni genişləndirir, bu əsasda icmaları yenidən
strukturlaşdırır və əks sosial qruplar arasındakı münasibətlərdə gərginliyi
azaldır.
3. İnsan öz xüsusiyyətlərinə və münasibətlərinə görə nadir varlıqdır. Sosial
layihələrdə səciyyəvi (tipik) parametrlərinin tətbiq edilməsi həyat məkanının
Dostları ilə paylaş: |