141
sənayesinin» reklam fəaliyyəti, təbliğat rolu böyükdür. Məlumdur ki, tütün
inhisarı, şərab sindikatları (inhisarı), narkobiznes mövcuddur və onların hər
biri öz vasitələri ilə bazara sahib olurlar, xalqları məhz bu vasitələrlə məhv
edirlər. Şəhər həyat tərzinə keçmiş cəmiyyət tədricən «kollektiv narkomana»
çevrilir.
Statistika sübut edir ki,
- 16 – 18 yaşından gündə bir paçka siqaret çəkməyə başlayan gənclərin 100
nəfərindən 85 nəfəri 60 yaşına çatmamış ölür. Belə gənclərin gələcək övladları
mütləq müəyyən fiziki çatışmazlığa malik olur.
- 16 – 18 yaşından gündə bir stəkan araq içən gənclərin 100 nəfərindən 85
nəfəri 50 yaşına çatmamış ölür. Belə gənclərin övladları eybəcər və kəmağıl
olurlar.
- 16 – 18 yaşından narkotik qəbul edən gənclərin 100 nəfərindən 85 nəfəri 30
yaşına çatmamış ölür. Belə gənclərin övladları olmur, yaxud psixi xəstə
olurlar.
Əgər bu rəqəmlər inkişaf etməkdə olan yeniyetmələrin və gənclərin 10%-
nə aid edilərsə, çox böyük bir rəqəm alınar. Bu əsasda XXI əsrdə cəmiyyətin
inkişaf səviyyəsi şübhə doğurur. Cəmiyyətin bu özünü məhv prosesinin
qarşısını almaq üçün aşağıdakı mexanizmlər tətbiq edilməlidir:
1.Ümumdünyəvi sosial riyakarlıqdan imtina edərək, etiraf etmək lazımdır
ki, nikotin və alkoqol qanuniləşdirilmiş olsa da, elə narkotiklər kimi güclü
təsiredici vasitələrdir.
2.Hər cür narkotikin birbaşa və dolayı reklamına (ədəbi, ssenari, ekran,
təsviri incəsənət) qadağa qoyulmalı və ən ağır cinayət işi kimi
cəzalandırılmalıdır.
3. Narkomaniyanın nəticələri haqqında maarifpərvərlik işi aparılmalıdır və
bütün reklam sənayesi bu işə yönəldilməlidir.
4.Nikotin və alkoqol qəbul edənlər ciddi şəkildə diskriminasiya
edilməlidirlər. Belə «pis vərdişli insanlar» «aşağı irqli» insanlar kimi qəbul
edilməlidirlər.
5.Hər cür narkotikdən imtina etmək dəbi yaratmaq vacibdir.
IV Dünya müharibəsinin yetişməsi və qabağının alınması yolları
XX əsrin bütün müharibələri dünya ağalığı uğrunda müharibə idi. Hər üç
müharibədə ABŞ addım-addım dünya ağalığına yaxınlaşırdı və nəhayət buna
nail oldu. Müharibələr hamısı biri-birindən fərqlənirdi. Bu gün «üç böhranlı
kütlə» formalaşır. Bu kütlələrin birinci amili – Afrika, Asiya, Latın Amerikası
ölkələrində yüz minlərlə işsizlər ordusunun yaranması, ikinci amil – totalitar,
mövhümatçı və mafioz strukturların mövcudluğu, üçüncü amil – kütləvi məhv
etmə silahıdır. Qlobal planda bu vəziyyətdən çıxışın yeganə yolu – hər cür
təcavüzkarı zərərsizləşdirə biləcək silahlı qüvvələrə malik dünya