135
çoxalmasına, demək olar ki, inkubator və yə konveyer mədəniyyətin
formalaşmasına səbəb olur. E.M.Babasov kütləvi mədəniyyətin miqyasının
genişlənməsi haqqında qeyd edir ki: «XX əsrin ortalarında xalq
mədəniyyətinin genişlənməsilə əlaqədar olaraq kütləvi mədəniyyət ifadəsi
geniş yayıldı. Öz mahiyyət və ifadə formasına görə bu mədəniyyət tipi mənəvi
və maddi dəyərlərin kütləvi istifadəsinin orta səviyyəsinə uyğunlaşıb.
Mədəniyyət nümunələrinin yayılmasının kütləviliyi istehsalın kütləvi,
konveyer imkanlarıları ilə onların yayılması və istifadəsinə əsaslanır.
Xüsusilə də son dövrlərdə teleseriallar, video və səs yazmalar, əsasən trillerlər,
hit paradlar, musiqi şlyagerləri, müxtəlif şoular bunlara böyük misaldır.
Əyləndiricilik funksiyası ön plana çəkilir, oxuyan, dinləyən və seyr edən
tamaşaçılara – kütləyə primitiv emosiyalar, hissilik aşılanır…, qərbləşmə və
amerikanlaşma prosesi gedir. Eyni zamanda kütləvi mədəniyyətin əksinə
olaraq elitar mədəniyyət seçilir. Bu, seçilmiş bir qrup adama istiqamətlənib.
Onlar yüksək və yaxşı inkişaf etmiş bədii mənimsəmə qabiliyyətinə
malikdirlər və onlar cəmiyyətin ən yaxşı hissəsi, elita kimi qiymətləndirilmək
istəyirlər». Kütləvi mədəniyyətə xas ən ümumi cəhətlərdən biri ənənəvilik
hissinin saxlanmasıdır. İ.Məmmədovun qeyd etdiyi kimi, bu gün «Azərbaycan
toplumu tarixi-mədəni keçmişindəki ənənələr sistemini itirsə də hələ də
ənənəviliyin dağıntıları arasında qalmaqdadır və ənənəviliyin bir çox
təzahürlərini özündə göstərməkdədir». Qeyd etmək lazımdır ki, sosial
vəziyyətindən asılı olaraq ənənəviliyə münasibət də müxtəlifdir. Məhz bu
müxtəlif prizmalardan yanaşma ayrı-ayrı qruplara xas mədəni münasibətlər
sisteminin yaranmasına səbəb olur. Beləliklə, kütləvi mədəniyyətin tərkibində
bir qədər müxtəlif baxışlara malik olan mədəni qruplar, submədəniyyətlər
seçilir. Bununla əlaqədar olaraq, E.M.Babasov kütləvi mədəniyyətdən bir
qədər seçilən və müəyyən mənada onun tərkib hissəsi olan submədəniyyət
haqqında qeyd edir ki, «Son dövrlərdə sosioloqlar submədəniyyət anlayışını
daha tez-tez analiz edirlər. Mövcud hakim mədəniyyətin əksinə olaraq
submədəniyyət özlüyündə hakim dəyərlər sisteminə reaksiya olaraq
cəmiyyətdə tabe sosial – struktur mövqedə duran sosial qrup tərəfindən
yaradılmış qrup şəklində normalar, davranış stereotiplərinin mənalar, dəyərlər,
ifadə vasitələri, həyat tərzini əks etdirir.
E.M.Babasova görə, submədəniyyət – şəxsiyyətin daxil olduğu və özünü
sərbəst hiss etdiyi, şəxsiyyətdə «mən» anlayışının «biz» anlayışı ilə qarışdığı
və özünəməxsus baxışları və davranış qaydaları ilə fərqlənən qrupa xas
dəyərlər sistemidir. Yuxarıda deyilənləri nəzərə alaraq bu gün Azərbaycanda
həm siniflərə xas submədəniyyətlərin, həm də siniflər daxilində fərqlənən
qruplara xas submədəniyyətlərin yarandığını müşahidə etmək olar. Lakin bu
136
submədəniyyətlər arasındakı ümumi cəhət odur ki, onlar kütləvi mədəniyyətin
tərkib hissəsi və kütləvi mədəniyyətə özünəxas yanaşma forması kimi
formalaşır.
Bu gün cəmiyyətimizdə mənəvi islahatlar edilməsinə tələbat yaranıb.
Çünki demokratiyanın, iqtisadi tərəqqinin, elmin və s. təməli mənəviyyatdır.
Mənəvi dəyərləri dirçəltmək üçün «millətin mənəvi varlığı hesab olunan və
onun tərəqqisini təmin edən milli şüuru, dini, iradəni, əxlaqı, xarakteri, tarixi,
maddi-mənəvi irsi, adət-ənənələri özündə ehtiva edən» və post-modernizm
xüsusiyyətlərini məntiqi şəkildə uyğunlaşdıra bilən ideologiyanın yaradılması
ən düzgün çıxış yolu ola bilər. Bildiyimiz kimi, keçid dövrü müxtəlif
maraqların toqquşduğu, vahid ideologiyanın olmadığı bir dövrdür. Artıq XXI
əsrin ilk on illiyində deyə bilərik ki, Azərbaycanda vahid milli ideologiyanın
yaradılmasına başlanıb. Azərbaycan Respublikasının sabiq Prezidenti
H.Əliyev gənclərin ikinci forumundakı çıxışında milli ideologiyanın
mahiyyətini aşağıdakı kimi müəyyən etmişdir: «Azərbaycanın suverenliyi,
ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı,
azərbaycançılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix
boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti,
ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi, respublikamızın ilk
demokratik konstitusiyası hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın
hüquqları, təminatları, Azərbaycanın milli bayrağı, himni – bütün bunlar
mənim fikrimcə, müstəqil Azərbaycanın milli ideologiyasını təşkil edən
prinsiplərdir. Gənclərimizi təhsil, tərbiyə sahəsində, ailə həyatında bu
prinsiplər əsasında formalaşdırmaq, inkişaf etdirmək və fəaliyyətə cəlb etmək
lazımdır».
Keçid dövründə Azərbaycan Respublikasında baş verən mənəvi-mədəni
proseslərin öyrənilməsinin nəticəsi kimi aşağıdakı ümumiləşdirmələrə gəlmək
olar:
I. Keçid dövrü – köhnə sistemin tədricən aradan çıxması və eyni zamanda
yeni sistemin rüşeymlərinin inkişaf edərək möhkəmlənməyə başlaması
dövrüdür.
Keçid dövrünü həm də G.Zimmelin ifadəsi ilə desək, köhnə
«mədəniyyətin böhranı» və ya mövcud mədəniyyət daxilində münaqişənin
yaranması və inkişafı dövrü kimi xarakterizə etmək olar.
II. Müasir bəşəriyyət qlobal demokratiyaya keçid dövrünü yaşayır. Qlobal
demokratiyanın aparıcı amilləri aşağıdakılardır:
a) İdeologiya; b) İqtisadiyyatın qloballaşması; c) Mədəniyyətin
qloballaşması.
Dostları ilə paylaş: |