133
çevrilməsində özünü aydın təzahür etdirir. Ümumiyyətlə isə, elm və
texnikanın ən böyük nailliyyətlərindən hesab edilən kütləvi informasiya
vasitələri bəşəriyyət səviyyəsində mənəvi inteqrasiyanı təmin edir. Eyni
zamanda məhz bu inteqrasiya psixi gərginliyi artırır. Bir tərəfdən, müxtəlif
dünya ölkələrində baş verən təbii və siyasi fəlakətlərin, digər tərəfdən isə ideal
həyat şəraitinin təsvirinə əsaslanan filmlərin izlənməsi bu gərginliyin əsas
səbəbinə çevrilir. Faciə və fəlakətlərin izlənməsi şəxsiyyətdə gələcəyə
inamsızlıq, həyatın faniliyi kimi hisslər yaradır, onun fəaliyyətini
passivləşdirir. Filmlərdə təsvir və təbliğ olunan təmin olunmuş həyat şəraiti
isə yaşadığı müddətdə özünə rahat həyat şəraiti yarada bilməyən şəxsiyyətdə
aqressiv əhval-ruhiyyə oyadır. Beləliklə, özünü aid etdiyi qrupa daxil olma
imkansızlığı şəxsiyyətin rollarında yaranan münaqişənin əsas səbəblərindən
birinə çevrilir. Bu gün cəmiyyətimizdəki dəyişikliklər mənfi və müsbət
tərəflərilə şəxsiyyətin formalaşmasına qarşısıalınmaz təsir göstərir. Keçid
dövründə cəmiyyətin mövcud mənəvi-mədəni dəyərlər sistemi deqradasiyaya
uğrayır, insanların daxili mənfi potensialı üzə çıxır və həm şəxsiyyət, həm də
cəmiyyət səviyyəsində faciəvi hadisələr bolluğu əmələ gəlir. Mənəvi boşluq
hiss edən şəxsiyyətdə özünüaxtarış cəhdi yaranır. Özünü tapa bilməyənlər ya
cəmiyyətdən təcrid olunmuş vəziyyətdə faniliyə qapılır, ya da dağıdıcı
qüvvəyə çevrilib qeyri-normal fəaliyyətə başlayırlar. Şəxsiyyətin mənəvi
böhranının əksi olan bu proses keçid dövrü üçün təbii vəziyyətdir. Bununla
əlaqədar E.From qeyd edir ki, «Şəxsiyyətin inkişafı tez-tez cəmiyyət
tərəfindən ciddi məhdudiyyətlərlə qarşılaşır. Bu günkü cəmiyyət çərçivəsində
şəxsiyyətin dəyişildiyini qəbul və arzu etməyən adamlar daxili dəyişmələrə
qarşı olduqlarını inqilabi frazelogiyadan istifadə edərək gizlədən saxta
radikallardır. Tənqidi radikal zəka yalnız olduqca qiymətli insani dəyərlər
olan məhəbbət və həyatla birlikdə çıxış etdikdə qiymətli olur». Qapalı
cəmiyyətdən açıq cəmiyyətə keçid dövrünü yaşayan şəxsiyyət isə
ümumiyyətlə yeni yaranan sosial münasibətlərə marginal mövqedə durur. Bu
zaman müxtəlif dünyagörüşləri toqquşur. Keçid dövründə yaranan ziddiyyətli
prosesləri mədəni hərəkat kimi qiymətləndirmək olar. Danilo J.Markoviçə
görə, «Mədəni hərəkat həmişə sosial və sivil prosesləri öz axarına çəkə bilir».
Müasir bəşəriyyət qlobal demokratiyaya keçid dövrünü yaşayır. Qlobal
demokratiyanın aparıcı amilləri aşağıdakılardır:
a) İdeologiya (sosial və siyasi fəaliyyətin əsasında duran ideyalar sistemi
kimi);
b) İqtisadiyyatın qloballaşması (bəşəri miqyasda iqtisadi fəaliyyətin şəxsi
kapital hissələri əsasında inteqrasiyası prosesi);
134
c) Mədəniyyətin qloballaşması (ümumdünya miqyasında mədəni
nümunələrin yayılması tendensiyasıdır. Onu da qeyd etmək olar ki, Giddensə
görə «qloballaşma bu gün ancaq qərbləşmə kimi başa düşülə bilməz». Bu –
mədəni pluralizmə gətirən prosesdir.
Qeyd edilən amillər – siyasi, mədəni, iqtisadi - bütövlükdə
sivilizasiyaların mədəni dəyərlər sistemi kimi çıxış edir. Müasir sivilizasiyada
bu dəyərlər yeni məna kəsb edib.
Müasir dünyanın siyasi təsviri belə nəticəyə gəlməyə imkan verir ki,
qloballaşma prosesi məhz milli mədəniyyətləri elit mədəniyyətlər səviyyəsinə
qaldıracaq.
Milli mədəniyyətlərin ən vacib qoruyucu amilləri aşağıdakılardır:
1.Dil; 2.Milli mərasimlərin qeyd edilməsi.
Milli mədəniyyətlərin əsas dağıdıcı amili informasiya texnologiyasının
genişlənməsidir. Bu baxımdan qloballaşma prosesini həm də informasiya
inqilabı dövrü kimi xarakterizə etmək olar. İnformasiya inqilabı bir tərəfdən,
bəşəriyyət üçün qloballaşma prosesi ilə, digər tərəfdən, şəxsiyyət üçün
fərdiləşmə, kollektiv münasibətlərin dağılması ilə müşayiət olunur. Fərdiləşmə
prosesi yeni düşüncə tərzinə malik olan şəxsiyyətə məhdudiyyətsiz seçim
azadlığı verilməsi ilə əlaqədar yaranır. Bu prosesi C.Eburdin və P.Nesbit öz
əsərləində belə izah edirlər: «Biz qloballaşma erası ilə eyni vaxtda şəxsiyyətin
yüksəlişi dövrünü yaşayırıq. Qloballaşma prosesinin paradokslarından biri
odur ki, ayrı-ayrı şəxsiyyətlər daha böyük əhəmiyyət kəsb edirlər və daha da
güclənirlər. Bu dəyişikliklər kütləvi informasiya vasitələrində də əks olunur.
İnsanlar audio və video kasetlərin köməyilə öz fərdi tələbatlarını ödəyə və
mədəni proqramlara baxa bilirlər. Bu və ya digər imkanlar şəxsiyyətin rolunu
və imkanlarını genişləndirir. Şəxsiyyətin yüksəlişi kollektivin məhvinin
sübutudur. Kollektivdə fərdi məsuliyyətdən qaçmaq imkanı var. Lakin
şəxsiyyət səviyyəsində bu imkan yox olur. Şəxsiyyət səviyyəsində olaraq
birliklər, müstəqil assosiasiyalar yaratmaq olar. Yeni texnologiya istehsalın
miqyasını və məkanını əhəmiyyətsiz edib və ayrılıqda şəxsiyyətin imkanlarını
genişləndirib. Artıq sahibkarlıq mədəniyyətdə daha böyük rol oynamağa
başlayıb, belə ki, bu zaman şəxsiyyət özünün daha yaxşı olanı haqqında
təsəvvürlərini reallaşdırır». Sahibkarlığın mədəniyyətdə çox böyük rol
oynamasının daha mühüm göstəricilərindən biri də müasir dövrümüzdə ayrı-
ayrı assosiasiyalar tərəfindən qrant almaqla müəyyən bir layihənin həyata
keçirilmə imkanlarının yaranmasıdır.
Fərdiləşmə prosesinin ən mühüm səbəblərindən biri də informasiya
inqilabı nəticəsində formalaşan kütləvi mədəniyyətdir. Kütləvi mədəniyyət isə
eyni cür düşünən və oxşar dünyagörüşlərinə malik olan şəxslərin sayca
Dostları ilə paylaş: |