124
siyasi, mənəvi-mədəni – əhatə edir. Bildiyimiz kimi, postsovet məkanı ölkələri
mərkəzləşmiş milli təsərrüfat formasından şəxsi mülkiyyətin əsası olan özəl
təsərrüfat formasına keçid dövrünü yaşayırlar. Məlumdur ki, dövlətin
cəmiyyətin inkişafı və mənafeyi ilə bağlı olan fəaliyyətinin – islahatların –
həyata keçirilməsi üçün ilk növbədə hüquqi baza olmalıdır. Azərbaycanda
məhz 1992-ci ildən hüquqi təminat alan özəlləşdirmə prosesi bazar
iqtisadiyyatına keçid istiqamətində ilk cəhd idi. Azərbaycan Respublikasında
özəlləşdirmə prosesini aşağıdakı mərhələlərə bölmək olar:
1)1992 / 1994-cü illər; 2) 1995 / 1996-cı illər; 3)1997 / 2002-ci illər.
Özəlləşdirmə aşağıdakı sahələr üzrə aparılır:
1) Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi;
2)Orta dövlət müəssisələrinin özəlləşdirilməsi;
3) İri dövlət müəssisələrinin özəlləşdirilməsi.
Bildiyimiz kimi, MDB ölkələrində islahatların proqramlı gedişi üst-üstə
düşsə də, yerlərdəki fərqli ənənəvi-mədəni dəyərlər bu proseslərə müxtəlif
cəhətlər gətirdi.
Hazırda islahatların uğurla aparılması bir sıra şərtlərdən asılıdır: ilk
növbədə ölkənin ərazi bütövlüyünə, mövcud maddi və mənəvi potensialına,
onun əlverişli geosiyasi vəziyyətinə və digər xüsusiyyətlərinə uyğun strateji
istiqamətlərin seçilməsi, regional inkişaf strategiyası hazırlanması tələb
olunur.
İslahatlar prosesi ilə bağlı yaranan şəxsiyyət probleminin bir sıra
xüsusiyyətlərini müşahidələr əsasında irəli sürdüyümüz hipotezdə
vurğulamağa cəhd göstərmişik və güman edirik ki, onlardan ən əsasları qeyd
edilənlərdir: Sosial gərginliyi artırır; İstehsal münasibətlərində gərginliyi
artırır; Şəxsiyyəti aktiv əmək fəaliyyətinə cəlb edir; Şəxsiyyətin çaşqınlığına
səbəb olur; Şəxsiyyətin fəaliyyətində mənfi təzahürlərin genişlənməsinə səbəb
olur və s.
Bu qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, islahatlar
prosesi ilə müşayiət olunan keçid dövründə dağıdıcı davranış formaları daha
da qabarır.
IV. Keçid dövründə iqtisadi proseslərin gedişində yaranan ziddiyyətlər
təbəqələşmənin dərinləşməsi ilə müşayiət olunur. Sovet imperiyası
dağıldıqdan sonra Azərbaycanda kənd və şəhər əhalisinin təsərrüfat
fəaliyyətində mövcud fərqlərin olması ilə əlaqədar regional olaraq aşağıdakı
təbəqələrin yaranması müşahidə edilir:
Kənd təsərrüfatı sahəsində:
1. Fermerlər və ya orta sahibkarlar;
2. Orta kəndlilər və xırda təsərrüfatçılar;
125
3. Kasıb kəndlilər və ya mövsümi muzdlu işçilər.
Şəhərdə bilavasitə ticarətlə bağlı olan:
1.İri sahibkarlar;
2.Orta sahibkarlar;
3.Xırda sahibkarlar.
Qeyd olunan sadalamaya daha bir təbəqəni – elitanı – daxil etmək olar.
Elitanı da tərkibinə görə 3 hissəyə ayırmaq olar: 1.Elmi potensialın daşıyıcısı
olan elita; 2. Siyasi elita; 3.Mədəni elita. Lakin bizə elə gəlir ki, həm mənəvi-
intellektual, həm də maddi vəziyyətinə görə seçilə bilən bu təbəqənin
nümayəndələri azlıq təşkil edir və digər təbəqələr kimi həqiqi elita da hələ
formalaşma mərhələsini yaşayır.
Sonda belə qənaətə gəlirik ki, bilavasitə islahatlar və təbəqələşmə ilə
müşayiət olunan iqtisadi proseslər uzunmüddətli və çoxşaxəli problemlərlə
bağlıdir və yaxın gələcəkdə burada yaranan problemlərin təhlilinə böyük
ehtiyac duyulacaq.
Təbəqələşmə dinamikasının sürətlə inkişaf etməsini nəzərə alaraq, şəhər
və kənd təsərrüfatına uyğun yeni peşələrlə bağlı kadrlar hazırlığı imkanları
genişlənməlidir. İqtisadiyyatda özəl təsərrüfatın genişlənməsi üçün
sahibkarlara maddi və mənəvi yardım fəallaşmalıdır. Həm fermer təsərrüfatı,
həm də sənayenin inkişafı ilə bağlı investisiya cəlb edilməli və xarici
sahibkarlarla müştərək iş üçün imkanlar yaradılmalıdır.
YOXLAMA SUALLAR
1.Sosial iqtisadi proseslərin proqnozlaşdırılması xüsusiyyətləri nə ilə fərqlənir?
2.Sosial iqtisadi proqnozlaşdırmanın əsas göstəriciləri hansılardır?
3.Azərbaycanda müasir sosial iqtisadi proseslərin proqnozlaşdırılması xüsusiyyətlərini
izah edin
.
REFERAT MÖVZULARI
1.Sosial iqtisadi proseslərin proqnozlaşdırılması xüsusiyyətləri
2.Müasir dövrdə Azərbaycanda sosial iqtisadi inkişafın əsasları
3.Azərbaycanda keçirilən iqtisadi islahatların mahiyyəti
4.Müasir dövrdə Azərbaycanda təbəqələşmənin dinamikası
ƏDƏBİYYAT:
1. Бабаев А.П. «Приватизация – фактор перехода Азербайджана к рыночной
экономике», журн. «Игтиsадиййат.Хябярляри», Елм, 1998
2.Богомолов О.Т. Экономические проблемы на рубеже веков. Реформы в
зеркале международных сравнений, М., Экономика, 1998.
126
3. Иванов И.Д., Ульрих О.Д., Шейние В.Л. «Особенности становления и
развития внутренных рынков», в кн. «Развивающиеся страны в современном
мире. Единство и многообразие», М., изд.Наука, 1983.
4.Методологические проблемы прогнозирования и управления в области
художественной культуры / Отв. Ред. А.А. Корягин. Л., 1990.
5.Основы экономического и социального прогнозирования / Под ред. В.Н.
Мосина, Д.М. Крука. М.: Высшая школа, 1985.
6.Пшеворский А. Демократия и рынок. Политические и экономические реформы
в Восточной Европе и Латинской Америке, М.,
7.Рж. Социальные и гуманитарные науки. Отечественная и зарубежная
литература. Серия 11. Социология, Москва, изд. Наука 1993, 1998, 1999 59,№3,4
1993.
8.Рос.полит.энциклопедия, 2000г., 320с. 4.Волков Ю.Г., Мостовая И.В.
9.Рустамбеков Г.Б. Национальные экономические интересы, Баку, Изд-во
БГУ,1998.
10.Социология (учебник), М., Гардарики, 1999, 455с. 5.East Asian strategiъ
Review 1998 – 1999, The National Institute for Defense Studies Japan 1996, 450p.
11.İqtisadi islahatlar mərkəzi. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi
xüsusiyyətləri və problemləri. Elmi əsərlər toplusu, Bakı, 2000, 2001, I buraxılış,
2000.
12. Məmmədova S.D. «Keçid dövründə şəxsiyyət problemi», Bakı, Elm, 2005.
Dostları ilə paylaş: |