118
sonra yaranmış anlaşılmaz vəziyyət və Qərb sivilizasiyasının bütün sahələri
əhatə edən güclü təsir axını bütövlükdə keçmiş sovet məkanının marginal
cəmiyyətə çevrilməsinə səbəb oldu. Sovet imperiyası dağıldıqdan sonra özəl
təsərrüfat münasibətlərinin inkişafı təbəqələşmə prosesini sürətləndirdi və yeni
təsərrüfat münasibətlərinin təmsilçiləri olan təbəqələrin meydana gəlməsinə
səbəb oldu. Bu prosesdə ən qabarıq nəzərə çarpan sahibkarlar təbəqəsi idi.
Ümumiyyətlə, sahibkarlar fəaliyyət istiqamətlərinə görə 3 qrupa bölünürlər:
1.İri sahibkarlar; 2.Orta sahibkarlar; 3. Kiçik sahibkarlar.
Bu gün Azərbaycanda kiçik sahibkarlar üstünlük təşkil edirlər. Kiçik
sahibkarlar əsasən müxtəlif növ ticarətlə məşğul olurlar.
Qeyd etmək lazımdır ki, özəl təsərrüfat münasibətlərində sahibkarlar
təbəqəsi ilə yanaşı, yoxsullar təbəqəsi də mövcud olur. Yoxsullar təbəqəsinin
yaranmasının əsas səbəbi işsizlik problemidir. İşsizlik isə bazar
iqtisadiyyatının əsas xüsusiyyətlərindən biridir. Çünki bazar iqtisadiyyatında
rəqabət inkişafın əsas xüsusiyyəti kimi çıxış edir. Rəqabətə tab gətirməyən
özəl müəssisələr iflasa uğrayır və bağlanır. Müəssisələrin bağlanması isə
buradakı işçilərin işsizlərə çevrilməsi deməkdir. Sovet imperiyası dağıldıqdan
sonra sənaye müəssisələrinin müasir dünya bazarı standartlarına uyğun
olmadağı və buradakı rəqabətə davam gətirmədiyi üçün bağlanması postsovet
məkanında işsizlik prosesinin kütləvi xarakter almasına səbəb oldu.
Ümumiyyətlə, əgər qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki,
işsizlik probleminin tam və həmişəlik aradan qaldırılması mümkün deyil.
Lakin yoxsulluğun mahiyyətinin dəyişdirilməsi mümkündür. Yəni məsələn,
ola bilər ki, 100 il əvvəl heç bir əmlakı olmayan və heç bir yerdə işləməyən
azad adam yoxsul hesab edilərdisə, 100 il sonra müəyyən miqdarda əmlakı
olan və cüzi əmək haqqı alan şəxs yoxsul hesab edilə bilər.
15 ildən artıq bir müddəti əhatə edən keçid dövründə cəmiyyətimizin
təbəqələşməsi prosesi davam edir. Sosioloji tədqiqatlar göstərir ki, müəyyən
qrup adamlar hansı təbəqəyə aid olduqları haqqında dəqiq təsəvvürə malik
deyillər. Eyni zamanda təbəqələşmə prosesi başa çatmadığından yeni yaranan
sinifləri və təbəqələri dəqiq göstərmək və ya adlandırmaq da çətindir və bu
prosesdə ilkin müşahidələri qeyd etmək vacibdir. Bu səpkidə Azərbaycanda
mövcud olan yenilikləri öyrənmək üçün Qərbi Avropada vaxtı ilə keçid
dövrünü yaşamış və o mərhələdə sinfi münasibətləri təkmilləşdirmiş ölkələrin
təcrübəsini nəzərə alaraq, bu gün bizim cəmiyyətimizdə meydana gələn yeni
təbəqələrin və siniflərin yaranma prosesini təhlil etmək elmi maraq kəsb edir.
Təbəqələşmə prosesi ilə bağlı olan problemlərə dair işləyən bir sıra
müəllifləri qeyd etmək olar. Bunların içərisində həm respublikamızda işləyən
müəllifləri, həm də rus və Qərb tədqiqatçılarını qeyd etməyi zəruri bilirik.
119
Azərbaycan tədqiqatçılarından C.Əhmədli, R.Həsənov, R.Əzimova və
başqaları bu sahədə elmi tədqiqatlar aparmışlar.
Qloballaşma prosesinin sürətləndiyi bir dövrdə, hər hansı bir sosial-
iqtisadi təzahür formasını aydınlaşdırmağa cəhd edərkən bu təzahürün digər
mühitlərdə özünüəksi formasına diqqət yetirmək vacibdir. Onu da qeyd edə
bilərik ki, müasir inkişaf etmiş ölkələrdə təbəqələşmə prosesinin vəziyyəti və
öyrənilməsinə çoxlu sayda tədqiqat işləri həsr olunub. Belə ki, rus sosioloqu
P.B.Yerasov ABŞ və Yaponiyada 6 sinfin mövcud olduğunu qeyd edir:
1)İş verənlər, muzdlu işçiləri olan mülk sahibləri;
2)Xırda mülkiyyətçilər (muzdlu işçiləri yoxdur);
3)Menecerlər;
4)Aşağı təbəqəyə rəhbərlik edənlər;
5)Zehni əməklə məşğul olanlar;
6)Fiziki işlə məşğul olan fəhlələr. Belə sinifləşmədə gəlirin miqdarı və
təhsil səviyyəsi nəzərə alınmır.
Polşa sosioloqları Henri Domanski və Zbiqnev Savinski təbəqələşmə ilə
bağlı aparılmış araşdırmalarla müqayisəli tədqiqat apararaq Erikson, Holdtron
və Portokareronun (EHP) yaratdıqları müqayisəli təbəqələşmə strukturunu
Polşa cəmiyyətinə uyğunlaşdırılmış formada tətbiq edilməsinə üstünlük
vermişlər. Bu əsasda təbəqələşmənin bir sıra beynəlxalq təsnifatları
hazırlanmışdır: Peşələrin beynəlxalq təsnifatı (ISSO), Peşələrin mövqeyinin
beynəlxalq standartlaşmış şkalası (SIOPS), Sosial-iqtisadi statusun beynəlxalq
standartlaşmış şkalası (ISEI). Lakin nəzəri və metodoloji fərqlər hansı peşə
kateqoriyalarını seçməyi və bu zaman hansı kateqoriyalardan istifadə etmək
üçün yaramırdı. Paradiqmaların rəqabət vəziyyəti beynəlxalq tədqiqatlarda
istifadə edilməsi üçün vahid standart işin alınmasına mane olurdu. Hamı
tərəfindən qəbul edilən və nəzəri cəhətdən təsirli olan konsepsiyanın
yaranması vacib idi. Nəhayət, M.Veberin sinfi-təbəqələşmə diferensiasiyasına
əsaslandırılmış EHP göstəricilərinə üstünlük verildi. M.Veberin avtoriteti,
mövcud vahid nəzəri konsepsiyanın müdafiə olunması və bazar cəmiyyəti
üçün bu təsnifatın uğurlu olduğunu təsdiq edən təcrübi əsaslar EHP
təsnifatının müqayisəli tədqiqatlarda sinfi-təbəqələşmə əməliyyatlarında tez-
tez istifadə edilməsinə şərait yaratdı».
Aşağıda verilən cədvəl M.Veberin konsepsiyası əsasında tərtib olunub
№
Kateqoriyaların adı
%
1.
Dövlət strukturunda və biznesdə ali rəhbər kadrlar,
mütəxəssislər, iri firma sahibkarları
8,9
2.
Dövlət strukturunda və biznesdə aşağı rəhbər kadrlar,
15,1
Dostları ilə paylaş: |