109
səviyyəsi və təbliği müasir standartlara uyğunlaşmalıdır. Gənclərimizin siyasi
savadı və siyasi mədəniyyəti ifratçılığa gətirməməsi üçün təhsil və mədəniyyət
ocaqlarında siyasi maariflənməyə xüsusi yer ayrılmalıdır. Dövlət idarəçiliyi ilə
bağlı kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
YOXLAMA SUALLAR
1.Sosial siyasi proseslərin proqnozlaşdırılması xüsusiyyətləri nə ilə fərqlənir?
2.Sosial siyasi proqnozlaşdırmanın əsas göstəriciləri hansılardır?
3.Azərbaycanda müasir sosial siyasi proseslərin proqnozlaşdırılması xüsusiyyətlərini izah edin.
REFERAT MÖVZULARI
1.Sosial proqnozlaşdırmanın əsas xüsusiyyətləri
2.Müasir dövrdə Azərbaycanda baş verən sosial siyasi proseslərin proqnozlaşdırılması
3.Siyasi hakimiyyətin inkişaf xüsusiyyətləri
4.Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması istiqamətləri
ƏDƏBİYYAT:
1.Əliyev Q.C. “Çağdaş demokratik proseslərin bəzi fəlsəfi problemləri”, Bakı, Təbib, 1997.
2.Əliyev Q.C. “Müasir siyasi modernləşmə konsepsiyaları”, Siyasətin fəlsəfəsi, B-1998,
108s.
3.Həsənoğlu F. “Avropa kimiliyi və demokratiya”, Bakı, Azadlıq, , 2000.
4. Siyasi tarix, Bakı, Şur, 1995, 160s.
5.Şirəliyev H., Əhmədov Ə., “Politologiya” (dərslik), Bakı, Təbib, 1997, s.416
6.Yağmur Z. “Cəmiyyət təzim etməyə obyekt axtarır”, “Elm, ədəbiyyat, sənət”, jurn. №1, 1
mart, 1998-ci il.
7. Məmmədova S.D. «Keçid dövründə şəxsiyyət problemi», Bakı, Elm, 2005.
8.Бабосов Е.М. Прикладная социология, М., Тетра-Системс, 2000, 406с.
9.Большой толковый Социологический словарь, М., Вече АСТ, 1998, т.1, 2, с. 468
10. Макаренко В.П. Вера, власть и бюрократия. Критика социологии М.Вебера, Изд-во
Ростовского Университиета, 1988, 300с.
11.Политическая социология: Учебник для вузов / под ред. Ж.Т.Тощенко. М., ЮНИТИ-
ДАНА, 2002.
12.Рзаев А. Политические и правовые исследования, Баку, Элм, 1997, 238с. Йаьмур
13.«Социологические исследования», журнал, М., Наука, 1976, 1994, 2001.
110
9.2
SOSİAL
–
İQTİSADİ
PROSESLƏRİN
PROQNOZLAŞDIRILMASI XÜSUSİYYƏTLƏRİ
Keçid dövründə aparılan iqtisadi islahatların xarakterik
xüsusiyyətləri və Azərbaycan Respublikasında iqtisadi islahatların
özünəməxsusluğu
Qeyd olunduğu kimi, sosial proseslə bağlı proqnoz verərkən ilkin
proqnozlaşdırma modelinin hazırlanması üçün vacib olan göstəricilərin
toplanması tələb olunur. Mümkün göstəricilər yüzlərlə və minlərlədir.
Onlardan açar göstəriciləri seçmək və tədqiqatın müəyyən səviyyəsində lazım
olanları müəyyənləşdirmək lazım gəlir. Keçid dövründə sosial iqtisadi
proseslərin proqnozlaşdırılması ilə bağlı göstəricilər toplanarkən, ilk növbədə
dövrün özünəməxsus xüsusiyyətləri təhlil edilməli və məhz zaman və məkan
xüsusiyyətləri əsasında perspektivlər müəyyənləşdirilməlidir.
Bəşər tarixi sübüt edir ki, hər hansı bir cəmiyyətin inkişafı ictimai şüurun
tərəqqisi ilə bağlıdır. İctimai şüurun təkamülü isə bilavasitə özünü sosial
mühitin dəyişdirilməsi məqsədilə aparılan islahatlarda əks etdirir. Şahidi
olduğumuz kimi, «iqtisadi düşüncədə» yaranmış yeni meyllər ictimai şüurun
dəyişməsinə gətirir. Bu dəyişikliklər isə köklü islahatlarla müşayiət olunur və
islahatları təkamül prosesinin başlanğıcı kimi xarakterizə etmək olar.
Müxtəlif tarixi dövrlərdən fərqli olaraq müasir dövrdə müxtəlif sahələri əhatə
edən sosial islahatlar daha çox məqsədyönlü, proqram şəkilli xarakter daşıyır.
Bir iqtisadi sistemin dağılaraq digərinə keçid dövrünü yaşayan
cəmiyyətlərdə həm əvvəlki ictimai quruluşa aid olan sosial institutlar, həm də
yeni yaranmaqda olan sosial institutlar yanaşı fəaliyyət göstərir. Bu
institutların yanaşı fəaliyyəti prosesində mövcud sosial ziddiyyətlər dərinləşir.
Əvvəlki sistemə aid olan və yeni yaranan sosial institutlar arasında müəyyən
münasibətlərin yaranması və yeni institutların tam bərqərar olması üçün
müəyyən zaman müddəti lazımdır. Yalnız siyasi qarşıdurmaların müşahidə
edilmədiyi cəmiyyətdə vahid islahatçı tərəfindən aparılan islahatlar keçid
dövrünü qısa müddətli edə bilər. Siyasi qarşıdurmalar çərçivəsində isə keçid
dövrü təsəvvür edilməyəcək qədər uzun müddəti əhatə edə bilər.
A.Pşevorskinin qeyd etdiyi kimi, «Demokratik münasibətlərin nəticəsi ona
aparan yoldan çox asılıdır. Demokratiyanın taleyi isə iqtisadi inkişafdan
asılıdır. Demokratiya çox vaxt dərin iqtisadi böhrandan doğduğu üçün iqtisadi
amillər demokratiyaya qarşı işləyir. İqtisadiyyatda getdikcə yüksələn
münaqişələr siyasi keçid prosesinə birbaşa təhlükə yaradır».
111
Bildiyimiz kimi, siyasi münaqişənin genişlənməsinin əsas səbəblərindən
biri də məhz islahatlar prosesidir, çünki islahatlar prosesində aparılan köklü
dəyişikliklər ayrı-ayrı sosial qrupların mənafeyinə zidd olur və əhali arasında
gərginlik yaradır. Ümumiyyətlə, islahatlar prosesini izah edərkən A.Pşevorski
qeyd edir ki, «İslahatların mahiyyətini analiz edərkən nəticələrin iki
kateqoriyasını ayırmaq olar. Bəzi nəticələr uzun müddətli olub formalaşmış
sistemli sabit dövlət üçün xarakterikdir. Digər nəticələr əsasən təsirliliyə aid
olub özünəməxsusluqlara malikdir; başqaları distribütivdir. Bu fərqli cəhətləri
tutuşduraraq dörd cür nəticə ayırmaq olar: 1) uzunmüddətli özünəməxsus
nəticələr pozitiv xarakter daşıyır. İslahatlar ona görə aparılır ki, mövcud
iqtisadi quruluş fəaliyyətsizdir və ya arzu edilir ki, onun çatışmazlıqları
iqtisadi sistemin dəyişdirilməsi yolu ilə aradan götürülsün; 2) bəzi permanent
nəticələr distributivdir. Köhnə sistemdə mənafeləri müdafiə olunan qruplar
islahatdan sonrakı iqtisadiyyatda tamamilə və ya daha az lazımlı ola bilərlər;
3) islahatlar prosesi qısa müddətli böhran, işsizlik, müəyyənləşmədə təsirsizlik
yarada bilər. Məhz bu, keçid dövrünün geriləmələrinə gətirir; nəhayət, 4)
islahatlar prosesi keçid dövrünün distributiv nəticələrinə: nisbi gəlirlərin
daimi dəyişikliklərinə gətirə bilər.
Keçid dövrünə xas olan geriləmələr böhrana, kapitalın və işçi qüvvəsinin
istifadə
edilməməsinə və ehtiyatların qısa müddətli qeyri-optimal
müəyyənliyinə səbəb ola bilər. Keçid dövrünün geriləmələri təsirli olur.
İslahatlar nə qədər çox əsaslandırılmış və qərarlaşdırılmış olarsa, keçid
dövrünün mənfi nəticələri də bir o qədər qısa müddətli ola bilər. Bu
strategiyaya uyğun olaraq insanlar xoşagəlməz əməliyyatlara məruz qalmağa
razı olurlar, bir şərtlə ki, o uzun müddət davam etməsin».
Şahidi olduğumuz kimi, son 15 ildə postsovet məkanı ölkələrində sosial-
iqtisadi, siyasi və mənəvi münasibətlərin yeni dərin transformasiyası baş verir.
Görkəmli rus sosioloqu Y.Q.Volkov bu transformasiyanı iqtisadi düşüncədəki
sınma kimi xarakterizə edir.
Gördüyümüz kimi, «iqtisadi düşüncədə» yaranmış yeni meyllər ictimai
quruluşun dəyişməsinə tələbatla nəticələndi. Bu dəyişikliklər isə köklü
islahatlarla müşayiət olunmağa başlandı. Bu cəhətdən O.T.Boqomolovun
fikirləri böyük maraq doğurur. O, qeyd edir ki, «Demokratiya və bazar
iqtisadiyyatı islahatlara məruz qalan cəmiyyətlərin ümumi məqsədləri idi.
İxtisasçılar keçid dövrünün konsepsiyası və proqramlarını dəqiqləşdirməyə
cəhd edirdirlər. Beynəlxalq təşkilatlar da öz planlarını işləyib təklif edirdilər.
Təkliflər əsasən bəzi aydın görünən məsələlərlə bağlı idi: ödəniş imkanlı
tələbatın tənzimlənməsi və əmtəənin təklifi; pul kütləsinin və büdcənin
çatışmazlıqlarının ixtisarı (bu çox vaxt makroiqtisadi sabitlik adlanır);
Dostları ilə paylaş: |