112
qiymətlərin və xarici bazarların leqallaşdırılması və nəhayət, dövlət
mülkiyyətinin özəlləşdirilməsi.
Eyni zamanda bazar infrostrukturunun təşkili, hər şeydən əvvəl müasir
bank sisteminin, valyuta və fond birjalarının yaradılması, həmçinin yeni
menecerlərin öyrədilməsi təklif olunurdu.
Qeyd edildiyi kimi, «Dövlət institutlarının islahatı böyük kapital xərcləri
tələb edir».
Eyni zamanda islahatlar keçirmək üçün ideoloji doqmalardan uzaq olan və
yalnız hakimiyyətdən çıxış edən siyasi impuls lazım idi. Lakin bununla
iqtisadiyyatın və siyasətin qarşılıqlı əlaqəsi pozulmurdu. Ölkədəki siyasi
iqlim, cəmiyyətin sabit və ya böhranlı vəziyyəti siyasətin və iqtisadiyyatın,
bazar qanunlarının və hüquqi mexanizmlərin, biznes və mənəviyyatın
qarşılıqlı fəaliyyətinin xarakterindən asılı olur».
Sovet sosializmi quruluşunun dağılması siyasi böhranın nəticəsi olsa da,
məhz iqtisadi bazisin dağılması həm siyasi, həm də mənəvi-mədəni böhranın
dərinləşməsinin ilkin şərtinə çevrildi.
Sovet sosializmi quruluşunun dağılması məqsədilə hər cür fəaliyyət
göstərən Qərb ölkələri, ilk növbədə ABŞ təxminən eyni vəziyyətdə olan
postsovet məkanı ölkələrinə özünün eyni ssenarili yardımlarını təklif etməyə
başladı. Məhz bu formalı müdaxilə qloballaşma prosesinə yeni güclü təkan
verdi. Azərbaycan iqtisadçısı Ə.Ö.Hüseynovun qeyd etdiyi kimi,
«Azərbaycanda da iqtisadi islahatların aparılması üçün MDB ölkələrinin
əksəriyyətində olduğu kimi, eyni bir nəzəriyyəni – «monetarizm»
nəzəriyyəsini təklif edirlər və bu nəzəriyyənin tətbiqi metodologiyası kimi
Y.Kornayın «şok terapiyasını» məsləhət bilirlər. Bu nəzəriyyə tətbiq olunan
ölkələri BVF-dən (Beynəlxalq Volyuta Fondu) asılı vəziyyətə salır. Çünki
onlar aldıqları kreditləri qaytarmaq iqtidarında olmurlar. Beləliklə də, bir çox
beynəlxalq maliyyə təşkilatları və qurumları (birinci növbədə BVF və DB
(Dövlət Bankı)) ABŞ-ın bütün dünyada qurduğu dollar «piramidasının»
müvazinətini saxlamağa xidmət edirlər»
Q.B.Rüstəmbəyov isə keçirilən islahatların müsbət tərəfini göstərərək
qeyd edir ki, «Postsovet şəraitində dövlətin həyata keçirdiyi islahatlar yalnız
iqtisadi və soisal yenidənqurma məqsədlərinə xidmət etməklə yanaşı
cəmiyyəti milli təsərrüfatın təkamülü yoluna daxil etmə kimi vacib olan
əhatəli funksiya əldə edir».
İslahatlar prosesinin uğurla keçirilməsi beynəlxalq aləmdə müəyyən
nüfuza malik olan dövlətin məqsədyönlü fəaliyyətilə birbaşa bağlıdır. Bununla
əlaqədar olaraq Rusiya sosioloqu və iqtisadçısı O.T.Boqomolov qeyd edir ki,
113
«Güclü və nüfuzlu dövlət olmadan bazar islahatları eybəcər, qeyri-sivilizasiya
xarakteri alır».
Bazar iqtisadiyyatı münasibətlərinə keçidin tarixi ardıcıllığını şərh edən
O.T.Boqomolov əlavə edir ki, «Mərkəzi və Şərqi Avropa ölkələrindən fərqli
olaraq Rusiyada bazar iqtisadiyyatına keçid 1-2 il gec başladı, MDB-nin digər
ölkələrində isə bu daha gec oldu. Xüsusilə Özbəkistan, Belorusiya,
Türkmənistan, Qazaxıstan və Azərbaycanda bu ilk dövrlərdə daha ehtiyatlı və
tədrici keçid idi. Bu səbəblərdən də həmin ölkələrin bir çoxunda iqtisadi
tənəzzül tədrici islahatlar deyil, daha çox postsovet məkanındakı iqtisadi
əlaqələrin pozulması, ittifaq mərkəzindən köməyin kəsilməsi, Moskva
tərəfindən idarəetmə sisteminin dağılması, kadr çatışmamazlıqları ilə bağlı idi.
İqtisadi tənəzzül 1993-1994-cü illərdən başlayaraq inkişafla əvəz
olunmağa başlandı, bəzən isə bu tənəzzül MDB ölkələrində bir çox illər üçün
uzandı. Bu zaman digər Mərkəzi Avropa ölkələrindən heç biri Rusiya,
Ukrayna və digər MDB ölkələri kimi bu dərəcədə ağır şəkildə əhalinin real
gəlirlərinin və istehsal çatışmazlıqlarını yaşamadı».
Bəs ayrı-ayrı regionlarda bu böhrandan çıxış yolunu tapmaq üçün hansı
vasitələrə əl atıldı? MDB ölkələrində islahatların proqramlı gedişi üst-üstə
düşsə də, yerlərdəki fərqli ənənəvi-mədəni dəyərlər bu proseslərə müxtəlif
cəhətlər gətirdi. İslahatların keçirilməsində nəzərə çarpan çatışmazlıqları da
yerli özünəməxsusluqla, düşüncə tərzi ilə bağlamaq olar.
Azərbaycanda 15 ildən artıqdır ki, davam edən bu proseslərin yerli
tədqiqatçılar tərəfindən necə qiymətləndirilməsinə, yəni islahatlar prosesinin
gedişinə nəzər salaq. Bildiyimiz kimi, dövlətin, cəmiyyətin inkişafı və
mənafeyi ilə bağlı olan proseslərin həyata keçirilməsi üçün ilk növbədə hüquqi
baza olmalıdır. İ.H.İbrahimovun qeyd etdiyi kimi, «İqtisadiyyatda yaranmış
böhranı aradan qaldırmaq üçün planlı təsərrüfatdan bazar iqtisadiyyatına
keçmək qərara alındı və ilk növbədə aqrar sahədə islahatlara başlandı. İlk
vaxtlar aqrar islahatların həyata keçirilməsi üçün kifayət qədər hüquqi baza
olmadığına görə aparılan tədbirlər eksperiment xarakteri daşıyırdı».
İqtisadçı S.Ə.Şirəlizadə isə məhz özəlləşdirməni Azərbaycanda aparılan
iqtisadi islahatların özəyi hesab edir. Qeyd edə bilərik ki, məhz özəlləşdirmə
prosesi 1992-ci ilə qədər hüquqi əsaslara malik olan sovet iqtisadi sisteminin
tam inkar edilməsi demək idi. Azərbaycanda 1992-ci ildən hüquqi təminat
alan özəlləşdirmə prosesi bazar iqtisadiyyatına keçid istiqamətində ilk cəhd
idi. Azərbaycan Respublikasında özəlləşdirmə prosesi torpaq islahatları ilə
başlanmışdır. Təxminən 15 il keçdikdən sonra bu islahatların gedişinin
mütəxəssislər tərəfindən necə qiymətləndirildiyinə nəzər salaq.
Dostları ilə paylaş: |