103
üçüncü mərhələsinin izahı haqqındakı fikirlərinə nəzər salaq: “Üçüncü
mərhələ ilə əlaqə daha aydındır. Müasir bazar iqtisadiyyatını yaxşı qanunlarsız
və möhkəm institutlarsız düşünmək olmaz. Hər şeydən öncə, qanunları real
surətdə tətbiq etmək iradəsi, enerjisi və qətiyyəti olan parlament və icraedici
hakimiyyət lazımdır. Bunlar olmadan radikal islahatlar arzu olaraq qalacaq.
Bolqarstanın təcrübəsi göstərir ki, yaxşı qanunlar təklikdə heç nə edə bilməz,
əgər onları qətiyyətlə tətbiq edən güclü icraedici hakimiyyət olmasa».
Azərbaycanda keçid dövrünün məhz üçüncü mərhələsində icraedici
hakimiyyət formalaşıb. Julyo Jelevin üçüncü mərhələnin əsas şərtlərindən
hesab etdiyi üç instansiyalı müstəqil məhkəmə hakimiyyəti qurulub və
Konstitusiya məhkəməsi yaradılıb, mərkəzləşmiş iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçilməsi ilə bağlı aparılan özəlləşdirmə demək olar ki, sona
çatıb. Bu gün Azərbaycanda siyasi modernləşmə prosesi müşahidə olunur. Bu
siyasi modernləşməni ayrı-ayrı politoloqlar və bu dövrün araşdırılması ilə
məşğul olan şəxslər müxtəlif şəkildə izah edirlər. Belə ki, Q.C.Əliyevin qeyd
ediyi kimi, «müxtəlif obyektiv və subyektiv amillərin təsiri altında əvvəllər
geri qalmış, indi isə qabaqcıl ölkələrin köməyi ilə öz milli inkişaf yolunu
müəyyən edən ölkələrdə siyasi modernləşmə prosesi baş verir. Bu ölkələrdə
siyasi modernləşmə aşağıdakı yollarla inkişaf edir: a) Qərb nümunəsi əsasında
demokratikləşməyə keçid; b) Sosial-iqtisadi inkişaf sahəsində üçüncü dünya
ölkələri ilə əməkdaşlıq; c) Qərbi Avropa və ABŞ ilə bütün sahələrdə yaxın
əməkdaşlıq». Azərbaycanda müasir idarəçilik formalarını Avropa
politoloqlarının keçid dövrü ilə bağlı elmi araşdırmaları nöqteyi-nəzərindən
qiymətləndirən Q.Əliyev qeyd edir ki, «Demokratik cəmiyyətə keçid birdən-
birə qeyri mümkündür. Onun üçün mütləq aralıq bir mərhələ keçid dövrü
problemlərini həll etmək üçün müəyyən bir dövr tələb olunur. Bu dövrün
dövləti avtoritarizmdən başqa bir şey deyildir». Bu fikrin davamı olaraq,
Q.C.Əliyev «avtoritar rejimlərin stabillik göstəricilərinin aşağıdakılar
olduğunu qeyd edir:
1.Siyasi liderin səriştəliliyi, müxalifətlə dil tapması və onunla siyasi koalisiya
yaratması, beləliklə də real qarşıdurmadan yan qaçmaqla öz kursunu
dönmədən, ardıcıl şəkildə həyata keçirməsi;
2.İslahatlar bir nəfəsə deyil, ardıcıl mərhələlərlə həyata keçirilməli,
islahatların çox da iriliyinə yol verilməməli, kiçik görünənlər ön sıraya
keçirilməlidir;
3.Siyasi qüvvələrin münasibəti nəzərə alınmaqla islahatların keçirilmə vaxtı
nəzərə alınmalıdır.
Liberallar, eləcə də konservatorlar qeyd edirlər ki, yeni yaranan rejimlərdə
hər cür müxalifət, satqınlar, xainlər, müxtəlif mövqelərdən və mənafelərdən
104
çıxış edənlər yanaşı yaşadıqlarından onları idarə etmək çətin olur və bu da
demokratiya prinsiplərinin istər-istəməz pozulmasına gətirib çıxarır. Lakin
ölkənin və millətin ümumi mənafeyi naminə bunlar tamamilə təbii
proseslərdir. L.Payın fikirlərinə söykənən Q.Əliyev qeyd edir ki, iqtidar nəinki
sosial-iqtisadi problemləri həll etməli, habelə ümuminin xeyrinə vətəndaş
həmrəyliyinə nail olmalıdır». Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, bu
gün demokratik rejimin formalaşması prosesində Azərbaycan Respublikasında
xarizmatik, demokratik və avtoritar dövlət idarəçiliyi formaları qarışıq
mövcuddur. Bu keçid dövrünün xarakterik xüsusiyyətləridir. Bildiyimiz kimi
demokratik cəmiyyətin əsas göstəriciləri çoxpartiyalılıq, söz və mətbuat
azadlığı, səsvermə hüququnun təmin olunması kimi qəbul edilir. Deyə bilərik
ki, partiyaların mövcudluğu və fəaliyyəti qeyd olunan rejimlərin qarışıq
mövcudluğuna şərait yaradır. Bununla bağlı olaraq demokratiyanın əsas
institutları olan partiya və seçkilərin cəmiyyətin formalaşmasında təsirli roluna
nəzər salaq və keçid dövrü şəraitində Azərbaycan Respublikasında və
cəmiyyətində partiyaların vəziyyətini təhlil etməyə çalışaq. Vətəndaş
strukturları olan partiyaların cəmiyyətdəki rolunu Q.V.Komenskaya aşağıdakı
kimi xarakterizə edir: “Eyni zamanda həm vətəndaş cəmiyyətinə, həm də
dövlətə məxsus olan partiyalar onlar arasında əlaqələndirici alət rolunu
oynayır, məhz bu da partiyaların əsas funksiyasıdır. Müasir siyasi
təşkilatlardan heç biri partiyalar kimi bütün sosial qruplar və təbəqələrlə
münasibətlər saxlamaq imkanına malik deyil. Partiyaların vasitəsilə və
köməyilə müxtəlif sosial qruplar öz siyasi tələblərini irəli sürürlər və
cəmiyyətdəki ziddiyyətləri üzə çıxarırlar. Bununla yanaşı partiyalar
münaqişənin institutlaşması sisteminin elementi funksiyasını yerinə yetirir. Bu
da demokratik rejimlərdə sabitliyin saxlanması üçün mühüm həyati mənaya
malikdir”. Keçid dövrünə xas olan siyasi proseslər və xüsusilə də partiyaların
təsnifatı, fəaliyyəti və tarixşünaslığı ilə bağlı F.Həsənoğlunun tədqiqatları
olduqca maraqlıdır: «Siyasi partiyaların tədqiqatçısı Cozefla Palambara hər bir
partiyaya xas olan dörd elementi qeyd edir: 1) siyasi ideoloji dəyərlər sistemi;
2) təşkilati struktur; 3) hakimiyyət uğrunda mübarizə; 4) xalqın dəstəyinə nail
olunması. Əsasən, partiya sistemi dedikdə, cəmiyyətin siyasi səhnəsində
fəaliyyət göstərən siyasi partiyaların sayına və çəkisinə uyğun olaraq yaranan
konfiqurasiya nəzərdə tutulur. Partiyalar sistemi konsepsiyası siyasi rejimlərin
fəaliyyətini anlamaqda həlledici rol oynayır. Bu sistemlərin tipologiyasını
vermək üçün isə iki meyardan istifadə olunur: 1) partiyaların sayı; 2)
partiyaların çəkisi. İtalyan politoloqu Covanni Sartori hər sistemdə qüvvələrin
qütbləşmə dərəcəsinə əsaslanaraq çoxpartiyalılığın özünün də iki tipi
olduğunu qeyd edir: 1) iki qütblü (bipolyar) çoxpartiyalılıq; 2) çox qütblü
Dostları ilə paylaş: |