94
- qərar qəbul edilməsi variantlarının qrup şəklində axtarışı;
- aparılan iş haqqında qrup üzvlərinin
məruzəsi;
- ümumi müzakirə;
- problemin həll edilməsinə vahid yanaşmanın formalaşması.
Balint məşğələsi
Bu metod ilk dəfə ingilis həkimi Balint tərəfindən istifadə edilib və
iştirakçıların problem haqqında müzakirələrinə dair daimi seminarların təşkil
olunmasına əsaslanır. Mərhələləri:
- mövcud problemin mahiyyətini tam izah edə bilən bir iştirakçı seçilir;
- digər iştirakçıların növbə ilə mövzuya dair verdikləri suallar cavablandırılır
və dövrü xüsusiyyətli bu mərhələ suallar qurtarana
qədər davam edir;
- bütün iştirakçılar qoulan məsələnin həllinə dair öz variantlarını təqdim
edirlər;
- topikstarter (mövzu təqdimatçısı) ümumiləşdirmələr aparır və nəticələr
çıxarır.
Metod «X*3*(X-1)» (X – iştirakçıların say göstəricisidir)
Çox vaxt ideyaların kristallaşdırılması və problemin həlli variantlarının
axtarılması üçün istifadə edilir. İştirakçılar daha dəqiq nəticələr əldə etmək
üçün informasiyaları yazılı şəkildə mübadilə edirlər. Mərhələləri:
- ümumi problemin formalaşdırılması;
- inkubasiya (gizli dövr) mərhələsi;
- hər kəs üç qərar variantını qeyd edir;
- əldə edilmiş 3*X variantı növbə ilə bütün iştirakçılara təqdim edilir və hər
kəs bura
daha üç ideya əlavə edir;
- alınan 3*X*(X-1) ideyaları müzakirə edilir və qiymətləndirilir, optimal olan
seçilir.
Zeşni həmlə
Problemlərin alternativ və original həlli variantları hazırlanarkən istifadə
edilir. Belə bir hipotezə əsaslanır ki, çoxsaylı ideyalar sırasında problemin
həlli üçün əhəmiyyətli olanlar mövcuddur. Burada əsas diqqət ideyaların
keyfiyyətinə yönəlir. Zehni həmlə zamanı səviyyəsindən asılı olmayaraq
bütün informasiya qeydə alınır. Mərhələləri:
- problemin qısa xülasəsi,
- ideyaların
kütləvi törəməsi,
- ən yaxşı variantların qiymətləndirilməsi və seçilməsi.
«Lehinə - Əleyhinə» metodu
Mərhələləri:
- hər hansı bir metod əsasında problemin həlli variantlarının siyahısı tərtib
edilir;
95
- bir neçə
ən münasib variant seçilir;
- hər bir varianta «Lehinə - Əleyhinə» metodunun iki iştirakçısı qoşulur və öz
dəlillərini təklif edir, digər iştirakçılar bu dəlilləri 5 bal şkalası əsasında
qiymətləndirir;
- «Lehinə - Əleyhinə» metodunun iştirakçıları rollarını dəyişərək əlavə dəlillər
gətirirlər və
yenidən qiymətləndirirlər;
- ən əlverişli variant müzakirə edilir və seçilir.
İntellektual funksiyaların bölüşdürülməsi metodu
Bu metoda görə müxtəlif iştirakçı qruplar ideyaların törəməsi, inkişafı,
müzakirəsi, tənqidi və təkmilləşdirilməsi funksiyalarını müəyyənləşdirirlər.
- «generatorlar» (hasil edicilər) maksimal sayda
ideya irəli sürürlər;
- «eruditlər» (daha məlumatlı olanlar) ideyaları inkişaf etdirirlər;
- «ekspertlər» (mütəxəssislər) qərar variantlarını tənqidi analiz edirlər,
yararsızlarını müəyyən edib, təkmilləşdirməyə göndərirlər;
- «işçi qrup» təklifləri redaktə edir və onların reallaşdırılması planlarını
hazırlayır.
Proqnoz ssenarilər metodu
Bu metod vasitəsilə məntiqi ardıcıllıqla tədqiqat obyektinin gələcək
vəziyyəti açıqlanır. Ssenarilər metodunun üstünlüyü inkişaf perspektivlərinin,
əsas xəttinin müəyyənləşdirilməsi, həmçinin inkişaf fonunun əsas amillərinin
və məqsədlərə nail olma səviyyəsinin qiymətləndirilməsi üçün meyarların
aşkar edilməsilə bağlıdır.
Proqnoz sütunlar
Proqnoz sütunlar proqnoz ssenarilərin riyazi modelləridir. Onlar yönəlmiş,
yaxud yönəlməmiş, dövri, yaxud qeyri-dövri ola bilər. «Məqsədlər ağacı» ilə
birlikdə bu metod obyektin tam inkişafını müəyyən edir, proqnoz məqsədlərin
qurulmasında iştirak edir, proqnozların səmərəlilik meyarlarını və
səviyyələrini müəyyənləşdirir.
Optimal qərar seçilməsinin modelləşdirilməsi metodu
Bu metod inkişaf alternativlərinin axtarılması ilə bağlı olub, mövcud
şəraitdə ən optimal variantın seçilməsinə imkan yaradır. Bu zaman sistemin
səmərəli
funksiyalaşmasını
əks
etdirən
optimallıq
meyarları
müəyyənləşdirilməli və sadə riyazi təsvirə malik olmalıdır. Optimallaşdırma
məsələlərinin həlli metodları sırasında xətti proqramlaşdırma geniş istifadə
edilir. Dinamik proqramlaşdırma zamanı öz vəziyyətini dəyişə, həmçinin idarə
edilə bilən sistem tədqiq edilir. Bütün riyazi metod və modellər nisbilik
xüsusiyyətinə malik olub, proqnozlaşdırma müddətindən asılı olaraq formaca
dəyişə bilər. Modellərin istifadə edilməsi proqnozların səmərəliliyini
yüksəldir, daha çox variantları nəzərdən keçirməyə və daha uyğun olanını