90
proqnozlaşdırma obyektinin dəyişkənlik xüsusiyyətləri əsasında riyazi
qanunauyğunluğun aşkar edilməsinə yönəlir. Statistik metodun tətbiq edilməsi
proqnozun obyekti, məqsədi, mövcud məlumatın həcmi və tərkibi, proqnoz
verənin səviyyəsi və s. ilə müəyyən edilir. Statistik metodlar modelləşdirmə,
ekstrapolyasiya,
korelyasiya, reqressiya kimi alt siniflərə bölünür.
Proqnozlaşdırmanın qabaqlayıcı metodları elmi-texniki məlumatların
ümumiləşdirilməsi və elm və texnikanın tərəqqisini qabaqlayan göstəricilərin
nəzərə alınması prinsiplərinə əsaslanır. Qabaqlayıcı metodlara – elm və
texnikanın dinamikası haqqında məlumatların tədqiqi, bu məlumatların
tərkibində dinamik sıraların qurulması, bu əsasda inkişaf edən obyektin analizi
və proqnozlaşdırılması ilə bağlıdır. Qabaqlayıcı metodlar kimi texnikanın
səviyyəsinin tədqiqi və qiymətləndirilməsi, elmi-texniki məlumatın kəmiyyət
və keyfiyyət analizi metodları da istifadə edilir.
Proqnozlaşdırmanın ən geniş yayılmış metodları ekstrapolyasiya, ekspert,
Delfi metodu, Edip effekti, morfoloji sintez, proqnoz ssenariləri və cədvəlləri,
optimal qərar qəbul edilməsi modelinin hazırlanması metodlarıdır.
Ekstrapolyasiya metodu
Bu metod proqnozlaşdırılan prosesin zamanca xeyli əvvələ aid olan retro
və gələcəkdə mümkün ola biləcək dinamik göstəricilərinin (riyazi, statistik,
yaxud məntiqi) qurulması ilə bağlıdır. Mümkün dəyişikliklərin, meyl və
proseslərin
miqyasının
dəqiq
qiymətləndirilməsi
üçün
mürəkkəb
ekstrapolyasiya, ehtimal nəzəriyyəsi, oyunlar nəzəriyyəsinin, müasir
riyaziyyat və kibernetikanın alətlər komplektinin istifadəsi səmərəli nəticə
verə bilər. Bu metodun əlverişliliyi inkişaf əyrilərinin «absurd»
ekstrapolyasiyası əsasında müəyyənləşir. Bu zaman fəaliyyətdə olan
mexanizmin gələcəkdə dəyişmə imkanları, əvvəlcədən proqnozlaşdırılmamış
funksiyalaşma meylləri təsvir edilir. Düzgün nəticə əldə etmək üçün riyazi
modellər, məntiqi analiz, eksperiment qiymətləndirmə və normativ hesabatlara
əsaslanan kompleks yanaşma vacibdir.
Ekspert metodu
Buraya ekspert qiymətləndirmə, analitik qeydlər, fərqli ekspert
göstəricilərinin müqayisəsi, kütləvi müzakirə, dəyirmi masalar, zehni həmlə
və s. metodlar daxildir. Ekspert metodu aşağıdakı mərhələlərdə tətbiq edilir:
- ekspertlər tərkibinin seçilməsi və onların səriştəliliyinin
qiymətləndirilməsi;
- ekspertlərin sorğusu
üçün anket tərtib edilməsi;
- ekspert nəticələrin
əldə edilməsi;
- ekspert rəylərinin uyğunluğunun qiymətləndirilməsi;
- nəticələrin etibarlılığının qiymətləndirilməsi;
- ekspert nəticələri üçün proqramın tərtib edilməsi.