82
«Problem-məqsəd» xətti üzrə analogiya normativ proqnozlaşdırma
çərçivəsində olan katerqoriyaların hamısına aid olmur. Məs., problem və
psevdoproblem ola bilər. Məqsədlər üçün başqa bölgü mövcuddur: real və
qeyri-real, həqiqi və yalançı, predmet və funksional, mənəvi və maddi,
rasional və qeyri-rasional. Açar və törəmə problemlərin qarşılıqlı əlaqəsi
mövcuddur. Üç məqsədlər sinfi: məqsəd – ideal (məqsəd), məqsəd –
optimallıq (son məqsəd), məqsəd – norma (özünü məqsəd) fərqləndirilir.
Sosial ideal – tələbatların gələcək inkişafının arzu edilən şəkildə əks
etdirilməsi, mükəmməl ictimai quruluş haqqında baxışlar sistemi, bu və ya
digər dünyagörüşü sistemində ali dəyərlər məcmusudur. Optimallıq – daha
əlverişli şərtlər, məsələnin daha yaxşı həlli variantı, yaxud məqsədə nail olma
yoludur. Norma – dərk etmə və davranış stereotipləri, hər kəs üçün vacib
standartlar, nümunə, model, müqayisə üçün hesabat vahidi, inkişaf, yaxud
nailiyyət səviyyəsinin müəyyənləşdirilməsidır.
«Sosial məqsədlər ağacı»nın qurulması
«Ağac» prinsipi sosial problemlərin, həmçinin sosial məqsədlərin real
sisteminə uyğun olub, problemlər üçün açar, məqsədlər üçün son nəticə hesab
olunur. İdealda hər iki «ağac» problemlərin dezaqreqasiyasını (hissələrin
ayrılması) təmin edir. Problem-məqsədli tədqiqatın nəzəri aləti «problem
məqsədli romb»dur. Bu rombun yuxarı nöqtəsi bir tərəfdən son məqsəd
(özünü məqsəd), digər tərəfdən açar (əsas) problemdir, kənarları isə müxtəlif
səviyyəli məqsədlər və problemlərdir. «Məqsədlər ağacı» «yuxarıdan aşağı»
qurulur: sistemin son məqsədi və özünü məqsədi, sonra ondan törəyən ikinci
dərəcəli və üçüncü dərəcəli məqsədlər və s. və son, maksimum konkretləşmiş
məqsəd müəyyənlşədirilir. «Problemlər ağacı» son məqsəd əsasında qurulur.
Məqsədli vəziyyətlər və proqnozlaşdırma
İlkin modelin qurulması və məqsədli analiz
Məqsədli vəziyyət – normativ proqnozlaşdırmanın tədqiqat obyektidir. Bu
zaman vəziyyət – ictimai proseslərin meydana gəlməsi və inkişaf zərurəti və
imkanları arasındakı münasibətlər toplusu, məqsəd – arzu edilən gələcəyin
təsviridir. Real həyatda ayrılıqda problem və məqsədli vəziyyətlər olmur.
Məqsədli
vəziyyətlərin
proqnozlaşdırılması
problem
vəziyyətlərin
proqnozlaşdırılması ilə ümumi əsaslara malikdir. Hər iki halda fəaliyyət
ardıcıllığı aşağıdakı kimi olur: 1) tədqiqat obyektinin ilkin model formasında
müəyyənləşdirilməsi və analitik, diaqnostik və proqnozlaşdırma xüsusiyyətli
keyfiyyət qiymətləndirilməsi; 2) proqnoz fonunun göstəriciləri və
proqozlaşdırma təhlili nəticəsində əldə edilmiş göstəricilər əsasında ilkin
modelin qurulması.
83
Normativ proqnozlaşdırmada sxemli modelləşdirmə metodları olan
ssenari, matritsa, şəbəkə, analoq, oyunlu, morfoloji və s., həmçinin
ekspertlərin və əhalinin sorğusu metodu istifadə edilir. Normativ
proqnozlaşdırma obyekti göstəricilər sistemidir. Proqnozun əsaslandırılması
və təsdiqlənməsi müddətində göstəricilər sistemi əsasında qurulan dinamik
indikatorlar (dəyişənlər, xüsusiyyətlər, müəyyənləşmiş göstəricilər) istifadə
edilir. Normativ proqnozlaşdırmada tədqiq edilən obyektin və proqnoz fonu
göstəricilərinin istifadəsi üçün məqsədli analiz aparılır. Profil və fon
göstəricilərinin ilkin dəyişənləri eyni olsa da, kəşfiyyat və normativ
proqnozlaşdırmada məqsədli və problem vəziyyətlər arasındakı fərqə əsasən
onların istifadəsi fərqli xüsuiyyətlərə malikdir. Məqsədli vəziyyətlərin üç növü
fərqləndirilir:
1)ideal vəziyyət (ictimai ideal);
2)optimal vəziyyət (sosial optimallıq);
3)normativ vəziyyət (sosial norma və normativlər sistemi).
Bu vəziyyətlər ideallaşdırma, optimallaşdırma və normalaşdırma ilə bağlı
olur.
İdeal vəziyyətlərin ideallaşdırılması və proqnozlaşdırılması
İdeallaşdırma həqiqətdə mövcud olmayan obyektlər haqqında anlayışların
qurulmasıdır. İdeallaşdırma prosesi real həyatdakı əşyalara aid olan xüsusiyyət
və münasibətlərin onlardan ayrı təsvir edilməsidir. Həmçinin mövcud olmayan
və olmayacaq obyektlər və onlara aid xüsusiyyət və əlamətlərlə bağlı
anlayışlar sistemi qurula bilər. Mövcud omayan, lakin müəyyən sosial şəraitdə
reallaşa bilən obyektlər ideallaşdırıla bilər. İctimai elmlərdə ideallaşdırmanın
üç forması fərqləndirilir: normativ, informasiya və məqsədli. İdeallaşdırma
məqsədyönümlük və normativ proqnozlaşdırma ilə sıx bağlı olur.
İdeallaşdırma vasitəsilə insanın, sosial qrupun, cəmiyyətin düşüncə və
fəaliyyət forması əsasında müəyyənləşdirilən ideal surətini ictimai ideal kimi
təyin etmək olar. İctimai idealların sosial-siyasi, mənəvi, estetik və idraki
formaları fərqləndirilir. Digər meyarlara görə ictimai ideal şəxsi, qrup və
proqram xüsusiyyətli olanlara bölünür. İctimai ideal subyekti məqsəd və
tələbatlarına, obyekti isə gələcəyi indiki zamanda ifadə tərizinə, uyğunluq
dərəcəsinə, ictimai mövcudluğa uyğunluğuna, yaradıcılıq imkanlarının
inkişafına, dərk edilmə səviyyəsinə, istiqamətlənməsinə, dərketmə və dəyər
göstəricilərinin uyğunluğuna, tətbiq etmə sahəsinə, mürəkkəblik dərəcəsinə və
s. görə təsnif edilə bilər.
«Məqsədlər ağacı»nın qurulmasından başlanan normativ proqnozlaşdırma
ideallaşdırma yolu ilə həyata keçirilir. Bu əsasda ideal vəziyyət
Dostları ilə paylaş: |