77
6. Trend metodun nəticələrinin təhlili və vahid sistemdə birləşdirilərək
kəşfiyyat proqnoz modelin təkmilləşdirilməsi. İdarəetmədə mütləq bütün
mümkün itkiləri nəzərdə tutan trendlər sistemi istifadə edilir.
YOXLAMA SUALLAR
1.Kəşfiyyat proqnoz hansı komponentlərdən ibarətdir?
2..Problem vəziyyət dedikdə nə nəzərdə tutulur?
3.5.Sosial problemlərin struktur komponentləri hansılardır?
4.Sosial problemlərin növlərini sadalayın.
5. Kəşfiyyat proqnozun qurulması ardıcıllığı necədir?
REFERAT MÖVZULARI
1.Kəşfiyyat proqnozun hazırlanması xüsusiyyətləri
2. Proqnozların tipologiyası
3.Məqsədli və planlı proqnozlar kəşfiyyat və normativ proqnozların alt tipi kimi
4.Proqramlı, layihə və təşkilati proqnozlar alt tip proqnozlar kimi
5.Mexaniki ekstrapolyasiya kəşfiyyat proqnozun əsası kimi
ƏDƏBİYYAT:
1.Бестужев-Лада И.В., Наместникова Г.А. Социальное прогнозирование. Курс
лекций. М.: Педагогическое общество России. 2001.
2.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999.
3.Гражданников Е.Д. Экстраполяционная прогностика. Новосибирск. 2-ое изд.,
2001.
4.Евланов Л.Г., Кутузов В.А., Экспертные оценки. М., “Наука”, 1995.
5.Лезгина М.Л. Детерминация прогнозирования. Л., 2000.
6.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977.
7.Поисковое социальное прогнозирование. М.: Наука, 1984.
8.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль,
1982.
9.Суворов Л.Н. Аверин А.Н. Социальное прогнозирование. М., Эврика, 1984.
78
Mövzu
7.
NORMATİV
PROQNOZ.
PROQNOZUN
VERİFİKASİYASI. İDARƏETMƏ ÜÇÜN TÖVSİYYƏLƏR
Normativ proqnozlaşdırmanın əsas xüsusiyyətləri
Normativ proqnozlaşdırma müstəqil tədqiqat forması olub, kəşfiyyat
proqnozun ardınca aprılır. Normativ proqnozlaşdırma aşağıdakı əməliyyatlar
ardıcıllığına malikdir:
- verilmiş meyarlara əsasən mütləq və nisbi optimallığın müəyyənləşdirilməsi
və uyğun normativ modellərin hazırlanması;
- ekspertlərin və lazım gələrsə, əhalinin sorğusu əsasında qurulmuş modellərin
müzakirəsi;
- müzakirələr əsasında modelin tamamlanası.
Normativ proqnozlaşdırma aşağıdakı məqamlardan ibarətdir:
- məqsədyönümlük;
- norma və normativlər;
- plan, proqram, layihələrin hazırlanmasında səmərəliləşdirilmiş hesablar.
Normativ proqnozun hazırlanması üçün kəşfiyyat proqnozlaşdırmada
istifadə edilən bütün metodlar tətbiq edilir. Normativ və kəşfiyyat
proqnozlaşdırma arasındakı fərq metodikada deyil, tədqiqatın məntiqi
ardıcıllığı ilə bağlıdır. Normativ proqnozlaşdırmanın əsasında daha mürəkkəb
ideya durur. Kəşfiyyat proqnozlaşdırmada tədqiqatın əsasını keçmişdə və
indiki zamanda inkişaf qanunauyğunluqları, məlum olan dinamik göstəricilər
sırasının gələcəyə ekstrapolyasiyası təşkil etdiyi halda, normativ
proqnozlaşdırmada bu göstəricilərin əvvəlcədən müəyyənləşdirilmiş meyarlar
əsasında optimallaşdırılması (mümkün göstəricilərdən ən yaxşısının seçilməsi)
ilə bağlıdır.
Normativ proqnozlaşdırma tədqiqatı məqsədyönümlükdən başlayır.
Məqsəd iki bir-birinə əks üsulla müəyyənləşdirilir:
- məhdud proqnoz fonundan ayrılıqda;
- həmin məhdudiyyətlərə uyğun şəkildə.
Məhdud proqnoz fonundan uzaqlaşmada iki yanaşma – volyuntarist (iradə
əsasında) və elmi. Elmi yanaşma müəyyən idealın olmasını tələb edir. Əgər
ideal yoxdursa, normativ yanaşma mənasını itirir. Normativ proqnoz
problemin kəşfiyyat proqnoz tərəfindən aşkar edilmiş alternativ həlli
yollarının
müəyyənləşdirilməsinə,
ideala
nail
olmağa
yönəlir.
Müəyyənləşdirilmiş ideal normativ proqnozun əsaslandırılmasına və plan,
proqram, layihə, təşkilati tədqiqatların səmərəliliyinin artırılmasına kömək
edir. Proqnoz fonunun göstəriciləri təhlil edilərkən onlar arasında kompromiss
tapılmalı, «ən yaxşı olana», «ideala» deyil, «mümkün olanın ən yaxşısına»
79
yönəlmək laızmdır. Bu müəyyən optimallığa yönəlməyə keçid əsasında
müəyyənləşir. Müəyyənləşmiş ideal mütləq optimallıq, onun əldə edilmiş
dəqiqləşməsi isə nisbi optimallıqdır. Həm mütləq, həm də nisbi optimallıq
məqsədyönümlüyün, məqsədə dair qərar qəbulunun məhsuludur. Normativ
proqnozun həyata keçirilməsi üçün qərarı «desidiv» (idarəetmə)
kateqoriyasından
«eventual»
(məlum
vəziyyətdə
mümkün
olan)
kateqoriyasına ötürmək lazımdır. Normativ proqnozlaşdırma məhz bu
fəaliyyətdən başlayır. Texniki cəhətdən normativ proqnozlaşdırma reversiv
(hərəkət istiqaməti dəyişdirilə bilən) ekstrapolyasiya, yəni gələcəkdən keçmişə
yönəlmə əsasında reallaşır. O matritsa, ssenari, şəbəkə, əməliyyat və s.,
modelləşmə, morfoloji (quruluş) təhlili, ekspertlər sorğusu və s. ilə
möhkəmləndirilir. Normativ proqnozlaşdırmada məqsədyönümlük vasitəsilə
«məqsədlər ağacı» müəyyənləşir, burada yüksək səviyyə – ideal, orta səviyyə
– optimallığın müxtəlif tərəfləri, aşağı səviyyə isə müəyyənləşmiş
problemlərin
həllidir.
Sonrakı
fəaliyyət
«məqsədlər
ağacının»
dəqiqləşdirilməsi əsasında proqnozlaşdırma vasitələri, məqsədlərin mümkün
reallaşdırılma yollarının müəyyənləşdirilməsi, problemin həlli ilə bağlıdır. Bu,
normativ modelləşmə metodu ilə yerinə yetirilir. Nəzərdə saxlamaq lazımdır
ki, hər bir eventual fəaliyyət müxtəlif səviyyəli normalarla – texniki, iqtisadi,
sosial, hüquqi və s. əlaqəlidir. Norma – məqsəd idealdan, məqsəd
səmərələlikdən fərqli olsa da məqsədyönümlük prosesinə daxildir. Hər hansı
bir normaya nail olma, ona yaxınlaşma və onu pozmama – müəyyən məqsədə
nail olmağa cəhdlə bağlıdır. İki normativ proqnoz göstəricisinin (mütləq və
nisbi) dörd kəşfiyyat proqnoz göstəricisi ilə (birbaşa ekstrapolyasiya, yuxarı
ekstrapolyasiya, aşağı ekstrapolyasiya, ən çox ehtimal edilən trend)
birləşdirilməsi «proqnoz sahəsi» yaratmağa imkan verir. Proqnoz sahəsi
göstəricilərin, eventual nəticələrin müqayisəsi, onlar arasından ən optimal
olanın və idarəetmədə istifadə edilməsi tövsiyyə edilənin seçilməsinə və bu
əsasda sosial proseslərin səmərəliliyinin yüksəldilməsinə imkan verir.
Kəşfiyyat proqnozun nəticəsi perspektivlərin müəyyənləşdirilməsi, problem
vəziyyətin aşkar edilməsidir. Normativ proqnozun nəticəsi problemin
mümkün həlli və məqsədə nail olma yollarının, yəni məqsədli vəziyyətin
müəyyənləşdirilməsidir.
Normativ
proqnozda
sosial
məqsədin
müəyyənləşməsi əsas məsələdir.
Sosial məqsədin özünəməxsus xüsusiyyətləri, növləri və təsnifatı
Məqsəd – müqayisə və qiymətləndirmə əsasında ideal, arzu edilən
nəticənin qabaqcadan müəyyənləşdirilməsidir. Məqsədin seçilməsi və
qoyuluşu qərar və məqsədyönümlük kimi idarəetməyə aiddir. Məqsədin
seçilməsi ehtimali, alternativ, eventual ola bilməz. Bu və ya digər məqsədin
Dostları ilə paylaş: |