84
müəyyənləşdirilir. Normativ proqnozlaşdırmada ideallaşdırma metodu
aşağıdakı kimi tətbiq edilir:
- tədqiq edilən obyektin proqnozlaşdırılan sosial aspektlərində ideal vəziyyətin
prinsipcə ümumi xüsusiyyətlərinin müəyyənləşdirilməsi tədqiqatın sonrakı
mərhələləri üçün nəzəri-metodoloji əsas kimi istifadə edilir.
- ideal vəziyyətin ictimai idealın meyarlarına uyğun prinsipcə ümumi
xüsusiyyətlərinin müəyyənləşdirilməsi tədqiqatın bu və ya digər predmetinin
ideal vəziyyətinin necə görünə biləcəyinə dair təsəvvürlərin hazırlanmasında
istifadə edilir.
- müşahidə olunan perspektiv nəzərə alınaraq, tədqiq edilən predmetin ideal
vəziyyətinin müəyyənləşmiş xüsusiyyətləri əsasında onun optimal və normativ
vəziyyətlərinin xüsusiyyətləri araşdırılır.
İdeal (optimal və normativ) vəziyyətlərin prinsipcə ümumi və
müəyyənləşmiş xüsusiyyətləri proqnozlaşdırma əməliyyatı hesab edilmir.
Proqnozlaşdırma ideal vəziyyətə nail olmaq üçün məqsədyönümlük əsasında
müəyyənləşdirilmiş tədqiqat üsullarının aşkar edilməsindən başlayır.
Normativ proqnozlaşdırma ilkin məqsədyönümlük əsasında formalaşır. Sonra
modelləşdirmə, ekspertlər sorğusu və s. metodlar tətbiq edilməklə sadə
proqnoz təhlil aparılır.
Optimal vəziyyətlərin səmərələşdirilməsi və proqnozlaşdırılması
Riyaziyyatda optimallaşdırma (səmərələşdimə) mümkün variantlardan ən
yaxşısının seçilməsi, yaxud obyektin ən yaxşı vəziyyətə çatdırılması kimi
müəyyənləşdirilir. Bu zaman obyektin ən arzu edilən keyfiyyət xüsusiyyəti
maksimallaşdırılır, yaxud ən arzu edilməyən xüsusiyyəti minimuma çatdırılır.
İqtisadiyyatda bu xalq təsərrüfatının təkmilləşdirilməsi əsasında ictimai
istehsalın miqyasının maksimal həddə çatdırılması kimi təhlil edilir.
İqtisadiyyatın səmərələşdirilməsi probleminin nəzəri tədqiqinin nəticələri
optimallaşdırma meyarlarının müəyyənləşdirilməsilə bağlıdır. Ümumiyyətlə,
optimallaşma xüsusi iqtisadi-riyazi modellər olub, ictimai məqsədyönümlüyü
əks etdirir. Mahiyyətcə bu maksimum məhsuldarlıq, minimum məhsul və vaxt
itkisi ilə bağlıdır. Bütün sosial proseslər optimallaşdırıla bilər və optimal
vəziyyətlərin proqnozlaşdırılması ideal vəziyyətin proqnozlaşdırılmasından
sonra gələn mərhələdir. Bu zaman proqnoz fonunun göstəriciləri bir qədər
məhdudlaşdırılır. Mümkün ən yaxşı variant aşkar edilir və tədqiqat
əməliyyatlarında bəzi dəyişikliklər baş verir. Tədqiq edilən predmetlə bağlı
optimal
vəziyyətin
prinsipcə
ümumi
və
konkret
xüsusiyyətləri
müəyyənləşdirilir. İdeal vəziyyətin parametrləri istiqamətləndirici rol oynayır.
Bu zaman proqnoz fonunun amilləri təhlil edilir və normativ tədqiqat əsasında
ilkin modelin göstəriciləri dəqiqləşdirilir. Optimal vəziyyətin ümumi və
85
konkret xüsusiyyətlərinin müəyyənləşdirilməsi və mövcud vəziyyətə nail olma
yollarının
aşkar
edilməsi
əməliyyatları
arasındakı
sərhəddin
müəyyənləşdirilməsi üçün proqnozlaşdırma metodları toplusunun istifadə
edilməsi metodoloji cəhətdən çox vacibdir. Bu mərhələdə sosial
proqnozlaşdırmanın informasiya bazasının natamam inkişafı, kəmiyyət
göstəricilərinin çatışmazlığı və sistemsizliyi, həmçinin sosioloji tədqiqatların
zəif riyaziləşdirilməsi proqnozlaşdırmada müəyyən çətinliklər yaradır. Bu
ilkin modelin göstəricilərinin, proqnozlaşdırılan sosial təzahürlərin və
proseslərin keyfiyyət analizinin normativ araşdırılmasını və ilkin göstəricilərin
modelləşdirilməsini çətinləşdirir. Bu mərhələdə aparılan tədqiqatlar qüvvə və
vasitələr sərfi ilə əlaqədar olaraq, daha baha başa gəlir. Buna görə də, ictimai
ideal və sosial-iqtisadi optimallıq daha dəqiq formalaşdırılmalıdır. Beləliklə,
ideal vəziyyət daha çox arzu edilən mütləq optimallıq, optimal vəziyyət isə
daha çox arzu edilən vəziyyət, prosesdir.
Normativ vəziyyətlərin normativləşdirilməsi və proqnozlaşdırılması
Obyektin
xüsusiyyətlərinin
nizamlanması,
müəyyən
normalara,
normativlərə uyğun vəziyyətə gətirilməsi prosesi normativləşdirmə adlanır.
Normalar ideallara uyğun olaraq, bütün ictimai şüur formalarına aid olub,
onların xüsusi ifadə formasıdır. Sosial normalar təbii şəkildə qurulmuş, yaxud
dövlət, cəmiyyət, sosial qrup tərəfindən təsdiqlənmiş qaydalar, nümunələr,
təlimatlar olub, insanların bu və ya digər həyat formasını müəyyən edən şüur
və
davranış
forması
kimi
təzahür
edir.
Məqsədli
vəziyyətin
proqnozlaşdırılması normativ vəziyyətin normativ proqnozlaşdırılması ilə
bağlı
əməliyyatlar
sistemində
ideal
və
optimal
vəziyyətin
proqnozlaşdırılmasından sonra üçüncü, sonuncu mərhələdir. Bu mərhələ
normativ
vəziyyətin
ümumi
və
konkret
xüsusiyyətlərinin
müəyyənləşdirilməsilə bağlıdır. Bu zaman ideala və optimallığa uyğun sosial
yönəlmə əsasında fəaliyyət göstərmək lazımdır. Normativ vəziyyət
müəyyənləşdikdən sonra normativ proqnozlaşdırmanın sonuncu – mövcud
vəziyyətə nail olmanın mümkün yollarının müəyyənləşdirilməsi mərhələsi
başlayır:
1.Mövcud sosial norma və nomativlərdəki tullantıların, yəni sosial
patologiyanın bütün formalarının nəzərə alınması vacibdir.
2. Normativ proqnozlaşdırmanın ideoloji tərəfinin nəzərə alınması vacibdir
(məs., fərqli ictimai-siyasi quruluşa malik olan dövlətlərdəki sosial normaların
müqayisəli analizi).
3.Məqsədli
vəziyyətin
20
illik
perspektivi
nəzərə
alınmaqla
proqnozlaşdırılması üçün plandan əvvəlki proqramın hazırlanması vacibdir.
Dostları ilə paylaş: |