87
keyfiyyəti optimallaşdırma meyarlarının əsaslandırılması, proqnoz fonunun
göstəricilərinin və sorğuların nəzərə alınmasından asılıdır.
Proqnozlaşdırmanın verifikasiyası onun həqiqiliyinin, dəqiqliyinin və
əsaslılığının müəyyənləşdirilməsidir. Proqnozun mütləq verifikasiyası, onun
obyektin həqiqi vəziyyətinə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlıdır.
Proqnozlaşdırmanın son mərhələsində nisbi verifikasiya, yəni proqnozun
müasir elmi tələblərə uyğunluq dərəcəsinin müəyyənləşdirilməsi mümkündür.
Verifikasiya proseduru arzu edilən və vacibdir. Bu prosedur rolunu ekspert
sorğuları oynayır. Mürəkkəb vəziyyətlərdə verifikasiyanın 8 növündən biri
istifadə edilir:
1) ilk istifadə edilən metoddan fərqli metod istifadə etməklə proqnozun
hazırlanması;
2) proqnozun digər informasiya mənbələrindən alınan proqnozlarla
müqayisəsi;
3) retrospektiv (keçmişi təsvir edən) dövrə aid adekvat (uyğun) proqnozun
yoxlanması;
4)əvvəlcədən əldə edilmiş proqnozlar əsasında paralel proqnozun
müəyyənləşdirilməsi;
5) ekspertlərin
əlavə sorğusu;
6) opponentlərin tənqidi qeydlərinin təkzib
edilməsi;
7) mümkün səhvlərin aşkar edilməsi və nəzərə alınması;
8) daha mötəbər fikirlərlə müqayisə.
Ən qənaətcil, səmərəli və ən aşağı səviyyəli subyektiv qiymətləndirmə
ekspert sorğusu (bilavasitə ekspertlərin qiyabi sorğusu) əsasında əldə edilir.
Verifikasiyaya dair əsas əməliyyatlar aşağıdakılardır:
- bir və ya bir neçə üsulla kəşfiyyat və normativ proqnoz modelinin
verifikasiyası;
- müzakirə əsasında proqnozlaşdırma modelinin tamamlanması və son
redaktəsi.
İdarəetmə üçün tövsiyyələrin seçilməsi.
Sosial proqnoz – özünüməqsəd deyil, məqsədli, planlaşdırma, proqram,
layihə, təşkilati – idarəetmə qərarları üçün informasiyadır. Buna görə də
proqnozlaşdırma göstəricilərin və normativlərin müqayisəsi əsasında təqdim
edilən tövsiyyələrlə sona çatır. Tövsiyyələr daha obyektiv məzmunlu olmalı,
sifarişçinin maraqlarından asılı olmamalıdır. Buna görə də tövsiyyələr sifarişçi
deyil, proqnoz mütəxəssisləri tərəfindən təqdim edilməlidir.
Əməliyyatlar ardıcıllığı
1.Tədqiqat qrupunun köməkliyilə ilkin tövsiyyələrin hazırlanması.
2.Hazırlanmış tövsiyyələrin əyani ekspert sorğusu əsasında təhlil edilməsi.
88
3.Təqdim olunan tövsiyyələr tətbiq edildiyi şəraitdə idarəetmə obyektinin
eventual (əlverişli şəraitdə mümkün olan) vəziyyətinin ehtimali ssenarisinin
hazırlanması və həm müsbət, həm də mənfi nəticələrin mümkünlüyünün
nəzərə alınması. Çətin vəziyyətlərdə ssenarinin mahiyyətilə bağlı bir daha
ekspert sorğusu keçirilir, bir qədər sadə vəziyyətlərdə ssenari ekspert təhlilinə
verilir.
4.Tədqiqat haqqında üç variantda ilkin hesabat hazırlanır: qısa (3 – 5 səhifə),
geniş (20 – 25 səh.), tam (10 – 15 səh.) həcmli. Bu zaman hər iki proqnoz
modeli təhlil edilir və əvvəlki prosedurlarla bağlı sənədlər istifadə edilir.
5. Təqdim edilən hesabat əyani ekspert sorğusu ilə təhlil edilir.
6.Təhlil əsasında hesabat tamamlanır və sifarişçiyə təhvil verilir.
Qeyd: Bütün təhlillər gedişində ekspertlər dairəsi mümkün qədər sabit
olmalıdır, çünki hər dəfə onların təcrübəsi artır və ekspertizanın keyfiyyəti
yüksəlir. Təcrübə göstərir ki, ən təcrübəli ekspertlər də dərhal proqnoz
qiymətləndirmə apara bilmirlər.
YOXLAMA SUALLAR
1.Normativ proqnozlaşdırmanın əsas xüsusiyyətləri nədən ibarətdir?
2.Son məqsədin növləri hansılardır?
3.»Sosial məqsədlər ağacı»nın qurulmasını izah edin.
4.İdeal, optimal və normativ vəziyyətlərin proqnozlaşdırılması nə ilə fərqlənir?
5.Normativ proqnozlaşdırmanın əməliyyatlar ardıcıllığını izah edin.
REFERAT MÖVZULARI
1.Sosial proqnozun normativ modeli
2.İlkin model göstəricilərinin normativ proqnozunun hazırlanması
3.Proqnozun mütləq və nisbi verifikasiyası
4. Opponent verifikasiyası
5.Sosial yeniliklərin proqnozlu əsaslandırılması
ƏDƏBİYYAT:
1.Бестужев-Лада И.В., Наместникова Г.А. Социальное прогнозирование. Курс лекций.
М.: Педагогическое общество России. 2001.
2.Бестужев-Лада И.В., Наместникова Г.А. Технология прогнозных разработок
социальных процессов. М.: Поиск, 1992.
3.Бешелев С.Д. Гурвич Ф.Г. Экспертные оценки. М., Изд-во Педагогическое общество
России, 1999.
4.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999.
5.Гражданников Е.Д. Экстраполяционная прогностика. Новосибирск. 2-ое изд., 2001.
6.Добров Г.М. и др. Экспертные оценки в научно-техническом прогнозировании. Киев, 2-
ое изд. 2000.
7.Евланов Л.Г., Кутузов В.А., Экспертные оценки. М., “Наука”, 1995.
8.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977.
9.Нормативное социальное прогнозирование. М.: Наука, 1987.