80
seçilməsi, qoyuluşu haqqında qərar sərbəst, impulsiv, iradi, subyektiv ola
bilər, lakin analitik, diaqnostik və proqnostik xüsusiyyətli elmi informasiyaya
əsaslanmalıdır. Hər bir normativ proqnozlaşdırmanın metodoloji əsası
məqsədyönümlüyün qabaqcadan xəbərvermə deyil, qərar olduğunu təsdiq
etməkdir. Bu nəzərə alınmazsa, proqnoz səmərəli olmayacaq. Məqsəd qərarın
xüsusiyyətlərindən olub, subyektin sosial aktivlik mexanizmlərindən biri kimi
çıxış edir. Bu mexanizmin əsas hissələri aşağıdakılardan ibarətdir:
1)sosial dəyərlər (insanlar üçün sosial mahiyyətli olan hər şey);
2)tələbatlar (dəyərlərin istifadə imkanları və cəhdləri);
3) maraqlar (dərkedilmiş tələbatlar);
4) motivlər (dərkedilmiş tələbatlar əsasında yaranan fəaliyyət);
5) təmayüllər (yönəlmənin müəyyənləşməsi);
7) məqsəd (həyata keçirilməli olan haqqında qərar);
8) fəaliyyətə başlamaq haqqında qərar;
9) fəaliyyət (tələbatların təmin edilməsinə, məqsədlərə nail olmağa yönəlmiş
hərəkət).
Məqsəd dəyərlər, tələbatlar, maraqlar, motivlər, oriyentasiya, təmayüllər
olmadan mümkün deyil. Məqsədlərin təsnifatı bir çox meyarlar (maddi və
mənəvi, qlobal və lokal, istehsal və qeyri-istehsal, fərdi və qrup şəklində,
minimal və maksimal, sadə və mürəkkəb, yüksək və alçaq və s.) əsasında
müəyyənləşir. Məqsədlərin təsnifatı üçün əsas meyarlar aşağıdakılardır:
perspektivlik (yaxın və uzaq), təzahür xüsusiyyəti (məqsəd vasitə və
özünüməqsəd kimi), təyin etmə (funksional və predmetli) və s. Məqsəd hər
hansı bir problemin həll edilməsi cəhdidir, sosial məqsəd isə müəyyən sosial
problemi həll etməyə cəhddir. Bu məqsədin müəyyən problemlə dialektik
vəhdətindən irəli gəlir. Məqsədlər sistemi strukturca şəcərəlidir. Məqsədlərdən
hansısa əsas, son, ali, yaxud məqsədli, digərləri isə köməkçi, aralıq, yaxud
aşağı dərəcəli ola bilər. Hər bir səviyyə alt bölmələrə malik olur. Mürəkkəb
məqsədlər sistemi də, mürəkkəb problemlər sistemi kimi «məqsədlər ağacı»
prinsipi ilə qurlur. Bu prinsipin əsasında son məqsəd durur, sonra isə ikinci,
üçüncü və s. ardıcıllıqla digər məqsədlər müəyyənləşir. Məqsədli qərarların
hazırlanması prosesi aşağıdakı mərhələlərə bölünür:
- məqsədli qərar yalınz mövcud proses və təzahürün məqsədyönümlüyü
şəraitində hazırlana bilər (proses perspektivdə müəyyənləşmiş, nisbi bitmiş
vəziyyətə malik ola bilər, maddi, yaxud ideal model məqsəd kimi
müəyyənləşir);
- məqsədəuyğunluq məqsədyönümlüyün zəruri, lakin natamam zəminidir.
Fəaliyyətin obyektiv inkişaf şəraiti üçün məqsədyönümlük və fəaliyyət
subyektinin inkişafı üçün
məqsədə doğru yönəlmə vacibdir;