74
inkişaf və mövcudluq stimulunun itirilməsi və faciəli vəziyyətin (tənəzzül,
normal mövcud ola bilməyən şəxsiyyətin, qrupun, yaxud cəmiyyətin
deqradasiyası) yaranmasına gətirir. Həqiqi və arzu edilən vəziyyət arasında
yaranan parçalanma hədsiz olduqda və sosial obyektin normal
funksiyalaşmasına uyğun olmadıqda problem vəziyyət yaranır. Normal
vəziyyətdən problemli vəziyyətə keçid tədrici olub, problem vəziyyətin
yetişməsi adlanır. Vaxtında problem vəziyyətin qarşısı alına bilər. Əks
təqdirdə əvvəlcə böhranlı vəziyyət yaranır, inkişaf dayanır və qəza təhlükəsi
meydana çıxır. Bu vəziyyətdə bir qədər çox qüvvə və vasitələr hesabına
vəziyyəti normal halına qaytarmaq imkanı mövcud olur. Əgər
normallaşdırılma aparılmazsa, növbəti və sonuncu mərhələ olan ən ağır
fəlakətli vəziyyət inkişaf edir. Fəlakətli vəziyyət məhv, tənəzzül, sosial
obyektin keyfiyyətcə yeni olana çevrilməsilə nəticələnir. Fəlakətli vəziyyətin
alternativi – inqilabi vəziyyətdir və cəmiyyətin faciəli vəziyyəti dəyişdirmək
məqsədilə etdiyi sosial çevrilişdir. Belə vəziyyət bütün fəaliyyət sahələrində
meydana gələ bilər: elm, texnika, demoqrafiya, mədəniyyət, ekologiya və s.
Bu proses labüd, əvvəlcədən müəyyənləşmiş, qaçılmaz deyil. Bu məlumat
gələcək mənfi halların qarşısının alınması üçün qərar qəbul edən şəxslər
tərəifindən nəzərdə saxlanmalıdır. Problemin həll edilməsi yeni, bəzən daha
mürəkkəb problemlər səviyyəsinə daxil olmaq deməkdir. Bu, bəşəriyyətin
tərəqqisinin əsasını təşkil edir.
Sosial problemlər və onların sistemləşdirilməsi
Sosial problemlərin əsas xüsusiyyətləri:
1) bir səviyyədə olan problemin həlli daha yüksək səviyyəli digər problemin
meydana çıxmasına səbəb olur;
2) müəyyən inkişaf mərhələsində olan cəmiyyətin mövcud tarixi mühitlə
əlaqəsi;
3) sosial problemin sosial məqsədlə (insanların məqsədyönlü fəlaliyyəti ilə)
əlaqəli həlli.
Sosial problemlərin struktur komponentləri:
1) sosial-iqtisadi şərait;
2) mövcud problemlərin aradan qaldırılması üçün sosial institutların
yaradılması;
3) yeni sosial-iqtisadi vəziyyətin meydana gəlməsi;
4) könə sosial institutların yeni şəraitə uyğunsuzluğunun genişlənməsi;
5) yeni yaranan problemlərin həlli üçün yeni sosial institutların yaradılması.
Kəşfiyyat proqnoz tədqiqatı aparmaq üçün vacib olan problemlər
qrupu:
75
- qlobal, regional, lokal. Bu problemlərin kəşfiyyat proqnozda təhlili tədqiq
edilən məkanın miqyasından asılıdr. Əgər ümumdünya sosial problemlərin
öyrənilməsi nəzərdə tutulursa, qlobal, yəni bütün bəşəriyyət üçün aktual olan
problemlər tədqiq ediləcək. Regional dedikdə, dünyanın iri sosial-iqtisadi
regionları (məs., Latın Amerikası və s.), yaxud böyük dövlət qurumu nəzərdə
tutulur. Lokal problemlər xüsusi dövlət, yaxud dövlətin hər hansı bir rayonu
ilə bağlı problemlərdir.
Sosial problemlərin növləri:
- ənənəvi və yeni. Ənənəvi problemlər – əvvəlki sosial iqtisadi vəziyyətlə
bağlı və həlli tələb olunan problemlərdir. Yeni problemlər – yeni sosial-
iqtisadi şəraitdə əmələ gələn və həll edilməsi üçün evristik, prinsipcə yeni
yanaşmalar tələb edən problemlərdir.
- cari və perspektiv. Cari problemlər – indiki zamanda uğurla həll edilir, yaxud
özü-özünü ləğv etmə meylinə malik olur. Perspektiv, yaxud gələcək
problemlər yaxın on illikdə inkişaf etmək meyli olan və həll edilməsi üçün
keyfiyyətcə yeni yanaşma tələb edən problemlərdir.
Sosial problemlərin sistemləşdirilməsi problemlərin genezisi və strukturu,
meylləri və gələcək inkişafını, bu problemlərin həlli yollarını
müəyyənləşdirməyə imkan verir.
«Sosial problemlər ağacının» qurulması
İctimai həyatda sosial problemlər iyerarxiya xüsusiyyətli sistem yaradır.
Bir, yaxud bir neçə problem köklü, yaxud açar problemlər (belə problemlərin
həlli digər problemlərin həllinə yol açır), bu əsasda yaranan bir neçə subaçar
(ağacın gövdəsi) problemlər, sonra çox sayda ikinci dərəcəli (ağacın budaqları
olan) problemlər və s. (ağacın xırda budaqları, yarpaqları və s.) mövcuddur.
«Sosial problemlər ağacı» 3 istiqamətə malikdir:
1) sadə problemlər – əvvəlki səviyyəyə aid problemlərin tərkib hissələrinin
dəqiqləşdirilməsi;
2) daha mürəkkəb – məntiqi olaraq biri digərindən çıxan birinci, ikinci,
üçüncü və s. dərəcəli problemlər;
3) çox mürəkkəb – cari və gələcək problemlərin həlli səviyyəsindən asılı
olaraq mahiyyətcə yeni problemlərin meydana gəlməsi. «Problemlər ağacı»
aşağıdan yuxarı qurulur:
- bir, yaxud bir neçə açar problem müəyyənləşdirilir;
-növbəti mərhələdəki problemlərin həlli məqsədilə problemlər sırası
dəqiqləşdirilir;
- eyni səviyyədə təsnif edilmiş daha detallı xüsusi problemlər
müəyyənləşdirilir.
76
Sosial problemlərin səmərəli həlli yollarının sistemləşdirilməsi və
müəyyənləşdirilməsinə dair tövsiyyələr
1.Hər bir sosial problemin özünəməxsus xüsusiyyətləri ümumdövlət və
ümumdünya miqyaslı problemlər çərçivəsində öyrənilməlidir. Əks təqdirdə
problemin qiymətləndirilməsində səhv nəticələr qaçılmazdır.
2.»Budaqlardakı» problemin həllinə başlanmazdan əvvəl «gövdədəki», ilk
növbədə isə «kökdəki» açar problemlərin həlli təmin edilməlidir. Buna görə
də proqnozlaşdırılan obyektin ilkin modeli qurularkən ciddi sistemli yanaşma
vacibdir. Əks təqdirdə kəşfiyyat modeli qeyri-adekvat olacaq və qərar qəbulu
prosesini səhv yönəldəcək.
3.Proqnozun məqsəd və vəzifələrini, hipotez və strukturunu, metod və
təşkilatlanmasını yönəltmək üçün problemin müəyyən şəraitdə yetişməsi
prosesini, alternativ (birinci və ikinci dərəcəli) həlli imkanlarını və s.
aydınlaşdırmaq lazımdır. Bu kəşfiyyat proqnozun əsas problemidir.
Kəşfiyyat proqnozun qurulması ardıcıllığı:
1.Proqnozun təsdiqlənməsi mərhələsində sonrakı əməliyyatların aparılması
məqsədilə ilkin modelin dinamik göstəricilərinin birbaşa (mexaniki)
ekstrapolyasiyası.
2.Proqnoz kəşfiyyatın yuxarı ekstreminin hesablanması: ilkin kəşfiyyat
modelinin göstəricilərilə proqnoz fonunun göstəricilərinin müqayisə edilməsi
və bu yolla maksimum geriləmələrin müəyyənləşdirilməsi (məs., istehsalın
avtomatlaşdırılmasının maksimum mümkün inkişaf sürətinin və miqyasının,
əhali artımının və s. müəyyənləşdirilməsi). Burada trend modellərin istifadəsi,
modelləşdirmə aparatının genişləndirilməsi (ssenari, matritsa, cədvəl, şəbəkə
və imitasion modellər və s.) zəruridir.
3.Maksimum az itki ilə kəşfiyyat proqnozun aşağı ekstreminin hesablanması
(məs., ehtiyatların tükənməsi, vasitələrin çatışmazlığı və s.). Nəticə – üçüncü
kəşfiyyat modelidir.
4. Proqnoz fonunun göstəricilərinin dərinləşdirilmiş analizi əsasında yuxarı və
aşağı ekstremlər arasındakı ən ehtimali trendin (qayənin, fikrin)
müəyyənşləşdirilməsi. Nəticə – dördüncü sonuncu kəşfiyyat modelinin,
«sosial problemlər ağacının» qurulması.
5. Ekspertlər sorğusu vasitəsilə bütün dörd, yaxud sonuncu kəşfiyyat
modelinin təhlili (burada ekspretlərin psixologiyası nəzərə alınmalı, qiyabi
kollektiv sorğuda ən qısa vaxt çərçivəsində delfi texnikası istifadə edilməlidir;
bir istiqamətlilik, uyğunsuzluq təhlükəsi şəraiti nəzərə alınmaqla fərdi ekspert
qiymətləndirməsi aparılmalıdır).
Dostları ilə paylaş: |