99
uyğunlaşmasıdır». Deməli, daxili inqilab ideal və ideyalarda baş verən
dəyişikliklərlə müşayiət olunur.
80-cı illərin sonlarında Sovet imperiyasında ilk nəzərə çarpan məhz daxili
inqilab idi. Azərbaycanda belə bir daxili inqilabın ilk carçılarından olan
Əbülfəz Elçibəy sonradan xarici inqilabın liderinə çevrildi. Eyni zamanda,
yəni 1988-ci ildə Azərbaycan xalqına zorla sırıdılmış Qarabağ problemi
əvvəllər siyasətə qarşı tam laqeyd olan yüzminlərlə adamı siyasi mübarizə
meydanına atdı. Qarabağ problemi xalq kütlələrini fəallaşdırmaqla yanaşı,
respublika rəhbərliyinin tam acizliyini də aşkar etdi. Belə bir şəraitdə xalq
kütlələri arasında həm Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, həm də
respublikanın real suverenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat
yaratmaq ideyası tədricən formalşırdı. İmperiya tabeçiliyindən xilas olmağa
çalışan xalq kütlələri öz etirazlarını mitinqlər vasitəsilə bildirirdilər. Təsvir
edilən hadisələr dövrünü sosioloji və tarixi baxımdan qiymətləndirərək belə
nəticəyə gəlmək olar ki, qeyd olunan hadisələr keçid dövrünün birinci
mərhələsinə xas olan cəhətlərdir və 1989-1993-cü illər respublikamızda keçid
dövrünün erkən mərhələsidir. Bu dövrdə yeni siyasi qüvvələrlə köhnə siyasi
qüvvələrin toqquşması və həm cəmiyyət, həm də bu cəmiyyətin elementar
hissəciyi kimi qəbul edilən keçid dövrü şəxsiyyəti üçün faciəli hadisələrin
yaşandığı müşahidə olunur. Bu dövrün əsas cəhətlərinin ümumiləşdirilməsi və
təhlili baxımından Bolqarıstanın eks-prezidenti Jelyo Jelevin (1990-1997)
fikirləri çox qiymətlidir: «Kommunizmdən çıxmaq həddən artıq çətindir. Bu
halda keçid prosesi yalnız dövlətin totalitar siyasi strukturlarının dağıdılması
yox, həmçinin iqtisadi islahatlar yolu ilə mülkiyyət uğrunda dövlət inhisarının
ləğv edilməsi ilə bağlıdır. Keçid dövrü 3 mərhələdə gedir. Kommunizmdən
demokratik cəmiyyətə keçid mərhələləri qeyri-müəyyəndir, zaman
çərçivəsində kəsişir, çox vaxt eyni zamanda cərəyan edir. Birinci mərhələ -
yeganə partiyaının totalitar sisteminin süqutu ilə bağlıdır. Vətəndaş
cəmiyyətinin elementləri meydana çıxmağa başlayır: çoxpartiyalı sistemin,
müstəqil həmkarlar ittifaqlarının, azad mətbuatın yaranması, söz, nəşriyyat,
nümayiş azadlığının bərqərar olması, universitetlərin muxtariyyatı, azad
qanunverici, prezident və bələdiyyə seçkilərinin keçirilməsi hüququ
dövrüdür… Birinci mərhələnin sözü azadlıqdır… Azadlıq küçələrdə və ictimai
yerlərdə əldə olunur… «. Jelyo Jelevin sözlərini keçid dövrünün erkən
mərhələsinin siyasi qiymətləndirilməsi kimi qəbul etmək olar. Keçid dövrünün
məhz birinci mərhələsi olan – 1989-1993-cü illərdə Azərbaycanda siyasi
proseslər kəskinləşmişdi. Ermənistan tərəfindən cəlb olunduğumuz ədalətsiz
müharibə ilə yanaşı respublikanın daxilində hakimiyyət uğrunda aparılan
siyasi mübarizə vətəndaş müharibəsi həddinə çatdırılmışdı. Təhlil etməyə
100
çalışdığımız tarixi mərhələdə siyasi lider və kütlənin, şəxsiyyət və xalqın
münasibətlərini müqayisəli analiz etməyə cəhd edək. Şahidi olduğumuz kimi
qısa zaman müddətində – 1990-1993-cü illər dövründə Azərbaycanda üç
siyasi lider – A.Mütəllibov, Ə.Əliyev (Elçibəy) və H.Əliyev hakimiyyətdə
olmuşlar. İlk növbədə A.Mütəllibov və Ə.Əliyevin fəaliyyətini təhlil etməyə
cəhd edək. Bu siyasi fəaliyyət subyektlərinin hakimiyyəti dövründə baş verən
hadisələrin təhlili ilə bağlı alman sosioloqu M.Veberin araşdırmalarına istinad
etmək çox məqsədəuyğun olardı. Belə ki, keçid prosesini və bu zaman baş
verən siyasi hadisələrdə həlledici rol oynayan siyasi fəaliyyət subyektinin
fəaliyyətini araşdırarkən M.Veber qeyd edirdi ki: «Əgər subyekt hakimiyyət
iradəsini reallaşdırırsa, o, bu fəaliyyətlə bağlı olan nəticələri aydın dərk
etməlidir. Əks təqdirdə real həqiqətdə ideal həmişə əlçatmazdır. Fərdlərin
sosial, siyasi və digər vəzifələri eyni münasibətlərdə üst-üstə düşür: bu,
cəmiyyətin və dövlətin, əxlaq və ağılın dəyərləridir. Fərdi iradə, azadlıq və
ağıl fərdin sosial şəraitdəki xaosu və şəxsi taleyini dəf edərək siyasi vəzifələr
kosmosunu seçərkən dəyərli olur. Belə özünümüəyyənləşdirməyə – dərketmə
formaları (siyasi əqillilik, korparativ ruh və dövlətçilik ağlı) gətirib çıxarır və
dövlətin cəmiyyətə təsiri ilə bağlı olur». Sosioloqun fikirlərini əsas tutaraq
belə nəticəyə gəlmək olar ki, A.Mütəllibov siyasi hakimiyyət üçün, xüsusilə
də Azərbaycanın ictimai-siyasi həyatında xaos hökm sürdüyü bir dövrdə
idarəçilik üçün hazır kadr deyildi. Bunun səbəbi isə M.Mütəllibovun siyasi
dərketmə formalarına tam yiyələnməməsi idi. Buna görə də A.Mütəllibov bir
tərəfdən, sarsılmış imperiya ağalarının, digər tərəfdən isə yerli demokratik
qüvvələrin və o cümlədən hakimiyyətdə şəxsi mənafe güdən öz ətrafının
əlində oyuncağa çevrilmişdi. Reallığı düzgün qiymətləndirmək bağarığının
olmaması bir fəaliyyət subyekti kimi onun acizliyini nümayiş etdirirdi. Sovet
imperiyasnın gələcəyinin mövcudluğuna inamın qalması və yerli demokratik
qüvvələrin təzyiqi onu çaşqınlıq həddinə çatdırmışdı. A.Mütəllibovun
hakimiyyəti leqal hakimiyyət idi, lakin bu, dövrünü yaşamış və dağılmaqda
olan imperiyanın son qanuni fəaliyyəti ilə bağlı olan və yenilik qarşısında aciz
olan hakimiyyət idi.
Xalq kütlələrinin vəziyyətinə nəzər salsaq, eyni çaşqınlığı izləyə bilərik.
Həmin dövr ictimai və siyasi şüurdakı qeyri-müəyyənlik də eyni dərəcədə idi
və M.Veberin yuxarıdakı izahını nəzərə alsaq, belə qənaətə gələ bilərik ki,
A.Mütəllibovun hakimiyyəti dövründə məhz siyasi şüurun düzgün
yönəldilməsi üçün siyasi təşkilatçılıq qabiliyyəti çatışmırdı. A.Mütəllibovdan
fərqli olaraq, Ə.Əliyev (Elçibəy) azadlığın əsl carçısı olan xarizmatik lider
idi. Buna baxmayaraq, onun hakimiyyəti dövrü daha qarışıq və faciəli
hadisələrlə müşaiyət olunur. Eyni siyasi təşkilatsızlıq və idarəçilikdə
Dostları ilə paylaş: |