101
qabiliyyətsizlik fəaliyyətləri Ə.Əliyevin (Elçibəy) prezidentliyi dövründə də
müşahidə olunur. Meydanlarda azadlıq uğrunda mübarizə başa çatır,
hakimiyyətə gələn demokratik qüvvələrin dövlət idarəçiliyindəki səriştəsizliyi
üzə çıxır. Ə.Əliyev azadlıq və demokratiya carçısı kimi hakimiyyətə gələn və
öz dövrü və yaşadığı şərait üçün bir qədər utopist fikirlərlə yaşayan siyasi
fəaliyyət subyekti idi. Belə ki, Ə.Əliyev də yaşadığı dövrü və öz
hakimiyyətinin səlahiyyətlərini düzgün dərk edib fəaliyyət göstərməkdə aciz
idi. Bu, idarəçilik təcrübəsinin olmamasından irəli gəlirdi və onun hakimiyyəti
dövründə baş verən faciələrin də səbəbi məhz idarəçilik təcrübəsinin
çatışmazlığı olmuşdu. M.Veberin qeyd etdiyi kimi, xarizmatik liderin
hakimiyyətə gətirilməsi dövründə “əvvəlcə özünənəzarət ilahiləşdirilməyə
gətirib çıxarır, sonra isə bütün arzu və məqsədlərin itirilməsi qarşıya qoyulmuş
məqsədə çatmağa mane olur. Nəticədə xarizmanın fəaliyyətinin
rasionallaşması baş verir. O, hakimiyyətini saxlamaq üçün ona inanan və
hakimiyyətə gətirən davamçılarına güzəştə getməli olur”. Yaşadığımız dövrdə
Ə.Əliyevin (Elçibəy) öz hakimiyyətini saxlaması üçün onu hakimiyyətə
gətirənlərə etdiyi güzəştlərin hansı faciələrlə nəticələndiyinin şahidiyik.
Ə.Əliyevin (Elçibəy) hakimiyyətə gəlişini Azərbaycan dövlətçiliyinin
tənəzzülü kimi qimətləndirən A.Rzayev qeyd edir ki, “öz yanılmalarını başa
düşmək qabiliyyətinin olmaması liderin şəxsi faciəsinə çevrilir, bu da öz
növbəsində bütöv cəmiyyətin faciəsi ola bilər”.
Ə.Əliyevin (Elçibəy)
idarəçilik dövrü özündə ənənəvi dövlət formasının təzahürlərini daha çox
daşıyır. Belə ki, Ə.Əliyev (Elçibəy) Azərbaycan dövlətçiliyinin əsas
istiqamətlərinin türkçülük, islamçılıq və demokratiya olduğunu vurğulayırdı.
Bu isə ADR ənənələrinin bərpasına cəhd kimi qiymətləndirilə bilər. Çünki
Azərbaycanın respublikaçılıq tarixində ilk dəfə bu şüarla M.Ə.Rəsulzadə tarix
səhnəsinə gəlmişdi. Beləliklə, apardığımız qısa təhlildən əldə etdiyimiz nəticə
belədir: Ə.Əliyevin (Elçibəy) siyasi fəaliyyət təcrübəsinin olmaması
Azərbaycanda keçid dövrünün birinci mərhələsinin uzanmasına və yenidən
daha faciəli yaşanmasına səbəb oldu. Nəhayət, öz siyasi fəaliyyət imkanlarının
məhdudluğunu dərk edən Ə.Əliyev (Elçibəy) hakimiyyətdən könüllü
uzaqlaşdı. A.Rzayev bu hadisəni belə izah edir: «1993-cü il 4 iyun Gəncə
qiyamı, ermənilərin mövcud vəziyyətdən istifadə edərək yeni əraziləri işğal
etmələri məhz bu dövrə təsadüf edir. 1993-cü il iyun-iyul ayları respublikada
dövlət böhranının ən yüksək nöqtəsi oldu. Buraxdıqları dövlət cinayətlərinin
ağırlığı altında Ali Şuranın sədri və respublikanın baş naziri istefa verdilər.
1993-cü il 17-18 iyun gecəsi Ə.Əliyev (Elçibəy) öz səlahiyyətlərindən imtina
edərək, paytaxtı tərk etdi». Göründyüy kimi, müstəqil və bütöv Azərbaycan
haqqında xəyalpərvər fikirlərlə yaşayan xarizmatik lider məhz idarəçilik
102
qabiliyyətinin olmadığını başa düşüb hakimiyyətdən uzaqlaşdı. Əslində bu
addım siyasi xadim kimi Ə.Əliyevin (Elçibəy) xarizmasının saxlanmasına
yardım etdi. (Çünki, zənnimizcə, dövlət idarəçiliyində törədilmə ehtimalı olan
yeni səhvlərin qarşısı alındı). Beləliklə, qeyd edə bilərik ki, Azərbaycanda
keçid dövrünün birinci mərhələsi oxşar sosial və siyasi hadisələrlə müşayiət
olunub.
1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsi ilə keçid dövrünün ikinci
mərhələsi başlandı. Qeyd edə bilərik ki, müəyyənləşdirməyə çalışdığımız hər
bir mərhələnin özündə də pilləli inkişafı izləmək mümkündür. Belə ki, həm
birinci mərəhələdə, həm də ikinci mərhələdə bir neçə pilləli keçidləri
müşahidə etmək olar. Buna nümunə olaraq birinci mərhələdə üç hakimiyyət
subyektinin bir-birini əvəz etmə dövrləri altmərhələlər kimi qəbul edilə bilər.
Çünki bu zaman siyasi proseslərin gedişində nəzərəçarpan dəyişəikliklər baş
verir. Bununla yanaşı, ayrı-ayrı mərhələlərdə baş vermiş siyasi proseslərdə
oxşar cəhətlər nəzərə çarpır. Belə ki, keçid dövrünün ikinci mərhələsi kimi
qəbul etdiyimiz 1993-1995-ci illər arasında keçid dövrünün birinci
mərhələsinə bənzər proseslərin bir qədər yeni formada yenidən yaşandığını
müşahidə etmək mümkündür. Bunu aşağıdakılar sübüt edir:
1) H.Əliyev xarizmatik lider kimi hakimiyyətə gətirildi;
2) H.Əliyev də ilk dövrlərdə öz ətrafına və ya onu hakimiyyətə gətirən qrupa
müəyyən güzəştlərə getdi;
3) Xarizmatik hakimiyyətə xas olan əlamətlərdən biri kimi, hakimiyyətin
geniş təbliğinə başlandı və s.
Bu siyasi təzahürlər Azərbaycanda keçid prosesinin ikinci mərhələsinin
erkən dövrünə xas təzahürlər kimi də qəbul edilə bilər. Bolqarstanın keçmiş
prezidenti Jelyo Jelevin qeyd etdiyi kimi: “İkinci mərhələnin sözü
demokratiyadır. Azadlıq küçələrdə və ictimai yerlərdə, demokratiya isə
institutların köməyi ilə əldə olunur. Demokratiya qanunlarda və institutlarda
təcəssüm olunan azadlıqdan başqa bir şey deyil”. Bu deyilənləri nəzərə alaraq
deyə bilərik ki, əgər Ə.Əliyevin (Elçibəy) dövründə demokratik qanunların
verilməsi istiqamətində bəzi addımlar atılmışdısa, H.Əliyevin hakimiyyətdə
olduğu 1993\1995-ci illərdə demokratik qanunların qəbul edilməsi
yönümündə əsaslı işlər görüldü. Radikal islahatların keçirilməsi, sosial
institutların formalaşdırılması fəaliyyəti onun hakimiyyətinin rasional-leqal
hakimiyyətə çevrilməsinə səbəb oldu. H.Əliyevin xarizmatik-rasional-leqal
siyasi xadim idi. H.Əliyevin hakimiyyətə gəlişi ilə islahatlar keçirilməsi
haqqında qanunlar qəbul edilməyə başlandı. Keçid dövrünün üçüncü
mərhələsiə islahatlar haqqında qəbul edilən qanunların tədrici həyata
keçirilməsi dövrüdür. Bolqarıstan prezidenti Jelyo Jelevin keçid dövrünün
Dostları ilə paylaş: |