107
uğrunda mübarizəyə qoşularaq siyasətlə məşğul olan – xalqpərvər və
vətənpərvərlərə rast gəlmək çətindir. Bitərəflərə isə – ya gözləmə mövqeyində
duranlar, ya da siyasi oyunlara qarışmaq istəməyənlər aiddir. Sonuncuların
sırasına siyasi yadlaşmış insanlar da daxildir. Siyasi yadlaşmış insanlar üçün
dövlətin kim tərəfindən və necə idarə olunmasının fərqi yoxdur. Onlar heç bir
siyasi fəaliyyətə qoşulmur və siyasətdə iştirak etmirlər. M.Veberin qeyd etdiyi
kimi, «siyasətlə məşğul olan adamlar və ya siyasi qruplar arasında iki mövqe
aydın görünür. Elə adamlar var ki, onlar siyasət hesabına yaşayırlar, elə
adamlar da var ki, ancaq siyasət üçün yaşayırlar. Birinci tip siyasətçilər partiya
ədəbiyyatçıları və apparat işçiləri funksiyasını yerinə yetirərək yaşamaq üçün
pul qazanırlar, onların daimi gəlir yeri olmur. Lakin elə professional
siyasətçilər var ki, siyasətlə məşğul olmalarından asılı olmayaraq daimi gəlir
mənbələri var. İkinci tip siyasətçilər qoyulan məqsədə çatmaq və müəyyən
siyasi ideyaların reallaşması üçün güclü idealizmə və fədakarlığa malikdirlər.
Lakin onların bir çoxları da öz siyasi vəziyyətlərindən gəlirlərinin artırılması
üçün istifadə edirlər. Eyni zamanda maddi azad olan insanlara öz siyasi
ideyalarını və iradələrini qəbul etdirmək daha asan olmur və bu siyasi
xarakteri formalaşdırır. Bürokrat (maddi cəhətdən asılı olan siyasətçi) güclü
şəxsiyyət olsa da, o, siyasi xarakterə malik olmur. Əsil siyasətçi öz
düşüncələrində, təhlil və fəaliyyətində azad olmalı, hakimiyyət uğrunda
mübarizə aparmalı və müstəqil maddi vəziyyətə malik olmalıdır». Beləliklə,
göründüyü kimi, bu qeyd edilənlər siyasətçinin siyasi strategiyasının
müəyyənləşməsinə səbəb olur. Bütün bunlar isə cəmiyyətin ideologiyasının
formalaşmasına əsaslı təsir göstərir. Keçid dövrü cəmiyyətin böhranlı dövrü
kimi əvvəlki ideologiyanın əhəmiyyətsizləşdiyi, yenisinin isə olmadığı bir
zaman çərçivəsidir. İdeologiyanın formalaşmasını keçid dövrünün mərhələləri
üzrə izləyək. I mərhələ – 1989-1993-cü illər – dağıdıcı dövr kimi əsaslandırıla
bilər. Müşahidə etdiyimiz kimi, məhz kommunizm ideologiyasının çökməsi
ilə siyasi proseslər yeni istiqamətə yönəldi. Bu dövrün əsas xarakterik
xüsusiyyətləri yeni siyasi-hüquqi institutların və münasibətlərin yaradılmasına
cəhd idi. Lakin keçmiş sovet siyasi-hüquqi institutları və münasibətləri də öz
fəaliyyətini dayandırmamışdı.
II mərhələ – 1993-1995-ci illər – islahatların keçirilməsi haqqında
qanunların qəbulu dövrüdür. Bu mərhələdə ideologiyada yaranan boşluq
insanların dinə axınını gücləndirdi.
III mərhələ – 1995–2003-cü illər – islahatlar dövrüdür. Bu mərhələdə
qloballaşan münasibətlərə qoşulan insanlar mövcud vəziyyətlərinə
uyğunlaşaraq öz fərdi təfəkkür səviyyələrinə uyğun olan və əvvəlki ideologiya
ilə müqayisədə onların mənəvi tələbatlarını daha çox təmin edə biləcək
108
seçimlər edirlər. 2003-cü ildən sonrakı inkişaf mərhələsi vətəndaş
cəmiyyətinin quruculuğu və inkişafı dövrü kimi müəyyənləşdirilə bilər.
2003 – 2008-ci illər yeni inkişaf istiqaməti dövrü, Vətəndaş cəmiyyətinin
formalaşmasının ilk mərhələsi, yaxud keçid dövrünün III mərhələsinin alt
mərhələsi kimi qəbul edilə bilər. Məhz bu mərhələ dövlət idarəçilik
fəaliyyətinin təkmilləşdirilməsi, dövrət idarəçiliyinə ictimai nəzarət
strukturlarının, özünüidarəetmə orqanlarının fəaliyyətinin formalaşdırılması,
yeni ənənələrin (siyasi, iqtisadi, mənəvi-mədəni) möhkəmlənməsi dövrüdür.
Beləliklə, demokratikləşmə prosesini və ya keçid dövrünü yanaşı mövcud
olan ziddiyyətli ideyalar, baxışlar, münasibətlər və ideologiyalar dövrü kimi
xarakterizə etmək olar.
Demokratikləşmə prosesinin vacib göstəricilərini müəyyən edən professor
Przevorski qeyd edir ki, “Əgər demokratiya müdafiə olunursa, dövlət ərazi
bütövlüyünə və psixoloji inama təzminat verməlidir; vətəndaşlığın effektli
həyata keçirilməsi üçün vacib olan şərtləri qorumalıdır; ictimai əmanəti
koordinatlaşdırmalı, ehtiyatları lokallaşdırmalı və gəlir qoyuluşunu
dəyişdirməlidir”.
Keçid dövründə Azərbaycan Respublikasında baş verən siyasi proseslərin
ümumi analizindən sonra gəldiyimiz nəticəyə əsasən deyə bilərik ki,
Przevorskinin bu fikirlərinin həyata keçirilməsi üçün aşağıda qeyd edilən
şərtlərin olması vacibdir:
1. Keçid dövrünün zaman müddətinin qısaldılması və sabitlik yaradılması
üçün siyasi lider ilk növbədə idarəçilik təcrübəsinə, siyasi iradə, müdriklik və
uzaqgörənlik xüsusiyyətlərinə malik olmalı və düzgün siyasi strategiya
seçməlidir. Belə ki, siyasət subyekti olan siyasi lider siyasət obyekti olan
siyasi institutların fəaliyyətinin düzgün istiqamətləndirilməsində əsas rol
oynayır.
2. Siyasi institutlar – hakimiyyət və vətəndaş qurumları (siyasi partiyalar,
hökumət və qeyri-hökumət təşkilatları və s.) düşünülmüş strategiya əsasında
qarşılıqlı anlaşma və güzəştlərlə keçid dövründə baş verən siyasi prosesləri
tənzimləyə bilər.
3.Kütləvi siyasi mədəniyyətin formalaşdırılması üçün insanların
hakimiyyətə münasibətini, siyasi fəaliyyətin davranış üsullarını, vətəndaşların
siyasi qərarların qəbul edilməsi prosesinə təsir etmək imkanlarını, cəmiyyətin
siyasi əhval-ruhiyyəsini tənzimləyəcək və düzgün istiqamətləndirə biləcək
ideologiyanın yaradılması vacib şərtdir.
4.Demokratik münasibətlərin möhkəmlənməsi üçün dövlət quruculuğu
institutlarının və siyasi münasibətlərin nəzəri araşdırılması ilə məşğul olan
tədqiqat institutlarının yeni proqramları işlənilməlidir. Siyasi biliklərin
Dostları ilə paylaş: |