105
(multipolyar) çoxpartiyalılıq. Çoxpartiyalı sistem özünün çevikliyi və
partiyaların rəngarəngliyi ilə səciyyələnir. Çoxpartiyalı sistemdə partiyaların
sayından çox onların çəkisi mühüm rol oynayır. Partiyaların çəkisini
müəyyənləşdirmək üçün onların seçkilər nəticəsində əldə etdikləri
parlamentdəki yerlərin sayını əsas meyar kimi götürürlər. Prezidentli rejimdə
isə həm də dövlət başçısının birbaşa seçkisi zamanı verilən səslərin sayı əsas
götürülməlidir. Partiyaların çəkisinə əsaslanan partiya sistemlərinin də üç tipi
var: 1) majoritar partiyaya əsaslanan sistemlər; 2) dominant partiyaya
əsaslanan sistemlər; 3) majoritar pariyaların koalisiyasına əsaslanan sistemlər.
Birinci halda, majoritar partiya dedikdə, parlamentdə yerlərin əksəriyyətini
qazanmış bir və ya iki partiya nəzərdə tutulur. İkinci halda, dominant pariya
dedikdə, başqalarına nisbətən çox səs qazanmış və parlamentdəki yerlərin
sayına görə başqa partiyaları nisbətən çox məsafədə geridə qoymuş partiya
nəzərdə tutulur. Üçüncü halda, mojaritar və dominant partiya olmadıqda,
parlamentdə yer tutmuş partiya minoritar (yəni az səs qazanmış) partiyalar
çoxluq əldə etmək üçün koalisiya yaratmalı olurlar». Yuxarıda qeyd
edilənləri Azərbaycan çərçivəsində təhlil etməyə çalışaraq deyə bilərik ki, «bu
gün Azərbaycanda 40-dan çox partiya qeydiyyatdan keçdiyi halda,
parlamentdə cəmisi bir neçə partiya təmsil olunur». Müşahidə etdiyimiz kimi,
«bu partiyalardan bir qismi sosial bazası olmayan qondarma partiyalardır,
digər qisminin sosial bazası məhdud xarakter daşıyır və yalnız iqtidara əks
durma mövqeyi tutur».
Bu gün Azərbaycanın dövlət idarəçiliyi dominant partiya sistemi əsasında
qurulur. Müxalifət partiyaları isə həm də bir-birilərinə müxalifətdə durduqları
üçün koalisiya yarada və parlamentdə çoxluq əldə edə bilmirlər. Qeyd
edilənlərə əlavə olaraq deyə bilərik ki, çoxpartiyalılıq cəmiyyətdə siyasi
plüralizm ənənələrinin yarnmasına kömək etdiyi üçün müsbət hal kimi qəbul
edilə bilər və partiyaların çoxluğu hakimiyyət uğrunda keçirilən seçkilərdə
müəyyən radikallığın saxlanmasına kömək edir. Seçkilər prosesində bir sıra
neqativ halların baş verməsi də ən adi haldır. M.Veberin qeyd etdiyi kimi:
«Seçkilər – yalnız səsvermə olmayıb, həm də rəhbərə inamın həmrəy
təsdiqlənməsidir… Demokratiya şəraitində hakimiyyət uğrunda mübarizədə
qələbə çalmış siyasətçi bir çox sınaqlardan keçmiş insandır. Lakin
demokratiya səhvlərdən də məhrum deyil. Demaqoqiyadan, kütəlnin
emosiyasından və ani maraqlarından siyasi irəliləyiş üçün istifadə edilməsi
nəticəsində hakimiyyət yaxşı deyil, daha pis siyasi rəhbərlərin əlinə keçə bilər.
Eyni zamanda siyasi cəhətdən bərəkətsiz olan adamlar maddi vəsaitləri
hesabına seçkiləri öz xeyrinə yönəldə bilərlər». Müşahidə etdiyimiz kimi, “bu
gün Azərbaycanda mövcud partiyalar seçkilərdə seçicilərin çoxlu səslərini
106
yığmaq üçün müxtəlif siyasi gedişlərdən istifadə edirlər: dram və komediyalar
oynanılır, əyləncəli tamaşalar göstərilir, bir-birini ifşa edir və s. Bu zaman
sıravi vətəndaşlarda siyasətə şəriklilik hissi yaranır”. Seçkilər prosesində
vətəndaşların fəaliyyət istiqamətlərini aydınlaşdırmağa çalışan Qərb
sosioloqları müasir dövr seçici davranışları modelini hazırlamışlar:
1. Sosioloji model – seçicilərin məğlub olduğu sosial qrupların davranışını
şərtləndirir. Bu modelə aşağıdakılar daxildir: demoqrafik göstəricilər (cins,
yaş, yaşayış yeri), iqtisadi göstəricilər (sosial sinif, peşə yönümü, gəlir
səviyyəsi və s.), mədəni göstəricilər (təhsil yönümü və səviyyəsi, dini
mənsubiyyət və s.);
2. Psixosloji model – seçici davranışlarının müstəqil, fərdi yox, qabaqcadan
şərtlənmiş olduğunu iddia edir. Səs vermək yalnız hər hansı bir namizədi,
yaxud partiyanı seçmək yox, həm də öz siyasi kimliyini ifadə etməkdir;
3. Rasional model – fərdin müstəqilliyini, seçim azadlığını vurğulayır. Bu
zaman seçici namizədlər, partiyalar haqqında geniş informasiya almağa çalışır,
seçkilərin keçirildiyi siyasi və iqtisadi şəraiti təhlil edir, namizədlər,
partiyalararasında müqayisəli təhlil aparır və s.». Müasir şəraitdə
Azərbaycanda seçicilərin hər üç davranış modeli müşahidə edilsə də, psixoloji
və sosioloji modellər üstünlük təşkil edir.
Şəxsiyyətin cəmiyyət qarşısındakı məsuliyyətini dərk etməsi qabiliyyəti
onun siyasi mədəniyyət səviyyəsi ilə sıx bağlıdır. Bu gün Azərbaycanda
insanların ümumi siyasi mədəniyyət səviyyəsi formalaşmağa doğru inkişaf
istiqamətindədir. Siyasi mədəniyyətin əlamətlərinə nəzər salaraq,
fikirlərimizin həqiqətə uyğun olub-olmadığını aydınlaşdıraq. Cəmiyyətin
siyasi mədəniyyət səviyyəsi – «a) hakimiyyətə münasibət; b) siyasi
fəaliyyətin davranış üsulu; c) vətəndaşların siyasi qərarların qəbul edilməsi
prosesinə təsir etmək imkanı; ç) cəmiyyətin siyasi əhval-ruhiyyəsi» kimi
göstəricilərlə müəyyənləşir. Bu gün Azərbaycan xalqının hakimiyyətə
münasibəti bir mənalı deyil. Hakimiyyətə münasibətdə siyasi fəaliyyətin
davranış üsulu kimi lehinə, bitərəf və əleyhinə mövqeləri tutanlar seçilir.
Onların sırasına nəzər salaq. Mövcud tarixi şəraiti və əvvəlki siyasi
hakimiyyətlərdəki siyasi idarəçilik qabiliyyətsizliyini nəzərə alaraq mövcud
müxalif siyasi qüvvələrin hakimiyyət idarəçiliyi bacarığına şübhə ilə
yanaşanlar iqtidarın lehinə olanlar cərgəsindədirlər. Lakin bu tip siyasətçilər
arasında öz maddi və siyasi mövqelərini möhkəmləndirmək məqsədi güdənlər
də az deyil. Mövcud hakimiyyətin əleyhinə olanlar cərgəsini – öz siyasi
idarəçilik qabiliyyətlərini, mövcud tarixi şəraitdə xalqın vəziyyətini nəzərə
almadan maddi və siyasi mövqeyini möhkəmləndirmək arzusunda olanlar
təşkil edir. Bu qrup siyasətçilər arasında həqiqi mənada xalqın mənafeyi
Dostları ilə paylaş: |