97
Mövzu 9. SOSİAL PROSESLƏRİN PROQNOZLAŞDIRILMASI
9.1 SOSİAL - SİYASİ PROSESLƏRİN PROQNOZLAŞDIRILMASI
XÜSUSİYYƏTLƏRİ
Müəyyən müddətə sosial proseslə bağlı proqnoz verərkən ilkin
proqnozlaşdırma modelinin hazırlanması üçün vacib olan göstəricilərin
toplanması tələb olunur. Mümkün göstəricilər yüzlərlə və minlərlədir.
Onlardan açar göstəriciləri seçmək və tədqiqatın müəyyən səviyyəsində lazım
olanları müəyyənləşdirmək lazım gəlir. Məs., qlobal, regional, yaxud lokal
səviyyəli standart göstəricilərin istifadə edilməsi nəticəsində reallıqdan çox
uzaq olan təsvir alına bilər. Siyasi proqnozlaşdırmanın fərqləndirici cəhətləri
aşağıdakılardan ibarətdir:
1)Qoyulan məqsəd daha ümumi və mücərrəd xüsusiyyətlərə malik olur.
Bu zaman proqnozlaşdırmanın əsas məqsədi siyasi sistemin, yaxud prosesin
keçmişdəki vəziyyəti və davranış xüsusiyyətlərini öyrənmək, həmin sistemə,
yaxud prosesə təsir edən amillərin dəyişilmə meyllərini nəzərdən keçirmək,
onun gələcək inkişafının kəmiyyət və keyfiyyət xüsusiyyətlərini
müəyyənləşdirmək və sistem, yaxud prosesin gözlənilən vəziyyətinin
xüsusiyyət və mahiyyətini açmaqdan ibarətdir.
2)Siyasi proqnozlaşdırma planlaşdırmadan fərqli olaraq, direktiv deyil,
yəni məhz proqnoz əsaslı qərar vermək və planlaşdırma və idarəetmə
metodlarını seçmək üçün informasiya ilə təmin edir, ikişafın alternativ yolları
haqqında informasiya təqdim olunur.
3)Siyasi proqnozlaşdırmada bilavasitə nəzərə alınmayan proseslərlə bağlı
çoxlu sayda dəyişənlər təqdim edilir, məhz bu cəhət siyasi həyatın inkişaf
yollarını aşkar etməyi çətinləşdirir.
4) Real tarixi vəziyyətin analizi gələcəyə yönəlmiş meyllərin
proyeksiyasını qurmaqla bağlıdır.
Siyasi proseslər proqnozlaşdırılarkən bir sıra prqnozlaşdırma metodları
istifadə edilir. Hər hansı bir sosial təzahür, yaxud proses proqnozlaşdırılarkən
ilk növbədə həmin təzahür və proses haqqında profil (əsas) və fon (köməkçi)
göstəricilərdən ibarət olan informasiya toplanır və proqnozlaşdırmanın ayrı-
ayrı metodları əsasında perspektiv inkişaf xüsusiyyətləri müəyyənləşdirilir. Bu
fikirdən çıxış edərək, Azərbaycanda siyasi proseslərin prqnozlaşdırılması
istiqamətində lazımi informasiyanı aşağıdakı kimi analiz etmək olar.
Keçid dövründə siyasi proseslərin təhlili əvvəlcə keçib gəldiyimiz
cəmiyyət və yaşadığımız keçid dövrü cəmiyyətinin özünəməxsus
xüsusiyyətlərinə nəzər salmağı tələb edir. Keçib gəldiyimiz sovet-sosializmi
98
qapalı cəmiyyət idi. Burada siyasətin əsas aparıcı qüvvəsi olan hakimiyyət
vahid partiyanın əlində idi. Siyasi plüralizm bu cəmiyyətə yad idi. İngilis
tədqiqatçısı Louse İ.Şelinin qeyd etdiyi kimi: «Sovet İttifaqının mövcud
olduğu bütün müddət ərzində – 1980-cı ilə qədər bütün dövlət alətləri – polis,
gizli polis qüvvələri və hərbçilər – vətəndaş cəmiyyətinin elementlərini uğurla
boğurdular. Yenidənqurmaya qədər burada heç yerdə əmək hərəkatları, siyasi
hərəkatlar, dini birliklər dövlətdən ayrı deyildilər. Yenidənqurmadan
(1985\1991) sonra burada vətəndaş və siyasi hüquqlar (o cümlədən etnik
azlıqlara aid olan) üçün təhlükə yarandı. Dövlət aparatı daxilində qüvvələrin
bölünməsi yox idi». Bu totalitar sistemə xas xüsusiyyətlərdir və Lous İ.
Şellinin qeyd etdiyi kimi: «Totalitar sosial sistemlərdə dövlətin qanunvericilik,
icraedicilik və hüquqi bölmələri arasındakı bölünmə formal xarakter
daşıyırdı… Totalitar dövlətlərin institutları hüquqi normalara, xüsusi
yanaşmalara malik olub funksiyalaşdırıcı partiyanın nəzarətinə tabe olurlar».
SSRİ–də institutlar və hüquqi normalar Kommunist partiyasının nəzarətinə
tabe idilər. Hüquqi partiyanın və dövlət ideologiyasının dağılması ilə
mərkəzləşmiş dövlət aparatı öz avtoritetini itirdi. Bir sıra hüquqi institutlar öz
qanuniliklərini itirdilər». Bildiyimiz kimi, hər hansı siyasi məkanda
hakimiyyət siyasətin əsas aparıcı institutlarından biri kimi çıxış edir. Buna
görə də keçid dövründəki siyasi prosesləri izləyərkən ilk növbədə keçmiş və
mövcud hakimiyyətin vəziyyətini təhlil etmək lazımdır. Bəs bir institut kimi
ümumiyyətlə, hakimiyyət hansı funksiyanı yerinə yetirir. «Hakimiyyət –
müxtəlif sosial qrup və birliklərin, ayrı-ayrı şəxsiyyətlərin sosial
davranışlarının
məzmununu
və
formalarını
müəyyən
etmək,
istiqamətləndirmək və nəzarət etmək imkan və bacarıqlarının institutlar
tərəfindən təsdiqlənməsidir». SSRİ-nin mövcudluğunun son illərində bu cür
leqal hakimiyyət sarsılmışdı. Qapalı cəmiyyətdən demokratik cəmiyyətə
keçidin özünəməxsus təzahürləri görünməkdə idi. İlk təzahürlər informasiya
qıtlığı və azadlığa olan qarşısıalınmaz istək idi. Belə bir şəraitdə xalqın ümid
etdiyi və qüvvəsinə inandığı bir şəxsiyyət və partiya aparıcı qüvvəyə çevrilir.
M.Veberin qeyd etdiyi kimi, «sosial-siyasi böhran zamanı xarizmatik
hakimiyyət əmələ gəlir və ya xarizmatik rəhbər meydana çıxır. Xarizmatik
rəhbər mövcud sosial nizamın əsaslarını dağıtmağa çalışır və öz siyasi
radikallığı ilə seçilir. Üsyanın və ya inqilabın uğurlu gedişi isə onun qüvvəsinə
olan inamı gücləndirir. Bu inam insanların kütləvi şəkildə mövcud adətlər və
qanunlardan uzaqlaşmasına və yenini qəbul etməsinə səbəb olur. M.Veber
belə hesab edirdi ki, xarizmatik hakimiyyət insan təcrübəsinin daxili
inqilabına aparır. Bu, xarici inqilabdan onunla fərqlənir ki, xarici inqilab
insanların
ideal və ideyalara biganə qalaraq yeni dəyişikliklərə
Dostları ilə paylaş: |