91
Edip effekti
Gələcək haqqında xəbər verməyə çalışan bir çox miflər, əfsanələr
sırasında Edip effekti, Yelena Troyanskaya, Gələcəkdən xəbər verən maral və
s. əfsanələr bir sxem üzrə qurulub: qəhraman gələcəkdən xəbər tutur, onu
dəyişməyə çalışır, lakin sonda həmin nəticə baş verir. Bütün bu miflər taleyin
dəyişməz olduğunu göstərməyə yönəlib. Məhz bu əsasda proqnozlar özü-
özünü reallaşdırır. Edip effekti gələcəyin əvvəlcədən müəyyənləşdirilmiş
modelini və konsepsiyasını əks etdirir. Bu model aşağıdakılardan ibarətdir:
1) Sərt determinizm (iradə, yaxud seçim azadlığı yoxdur).
2) Gələcək real olaraq mövcuddur (tam mövcudluğa malikdir).
3) Gələcək dəyişməzdir (bağlıdır).
K.Popper Edip effektinin şərhini genişləndirərək, proqnozun özünü
reallaşdırması imkanları ilə yanaşı özünü məhv etməsi imkanlarının olduğunu
da əlavə etmişdi. Beləliklə, Edip effekti – informasiyanın aid olduğu vəziyyətə
təsiri imkanlarıdır. Nəzəriyyə, yaxud konsepsiya hər iki imkanı (özünü
reallaşdırma və özünü məhv etmə) qəbul etdiyi üçün gələcəyin mifdə əks
olunan şərhindən edilən daha geniş şərhə malikdir. Bu şərh aşağıdakıları
özündə əks etdirir:
1)İndeterminizm (seçim imkanlarını qəbul edir (bifurkasiya)).
2)Gələcək real olaraq, mövcud deyil (yalnız potensial olaraq mövcudur).
3) Gələcək dəyişə biləndir (açıqdır).
Ziddiyyət məhz bu əsaslarda yaranır, çünki hər iki yanaşmanın qəbul
edilməsi daha perspektiv imkanlar aça bilər. Belə nətcəyə gəlmək olar ki,
zaman öz xüsusiyyətlərini dəyişə bilər, yəni müəyyən şəraitdə gələcək real
olaraq mövcuddur, müəyyən şəraitdə isə gələcək mövcud deyil və onu
müstəqil olaraq qurmaq olar. Bu şərh əsasında təkamüllü ontologiyanın
cizgilərini müəyyən etmək olar. Varlıq daim zamana görə dəyişərək, həm
fundamental qanunlar və prinsiplər, həm də konkret faktlar və vəziyyətlər
səviyyəsində müəyyənləşmiş sabitliyini saxlamalıdır. Bu sabitlik proseslərin
fərqli zaman sürətinə (qısa və uzun, müxtəlif sistemlərin daxili zamanı və s.)
əsasən əldə edilir. Determinizm mexanizmi əsasında varlığın arzu edilən və
mümkün dəyişilməsi baş verir, saxlanılır, sonra isə növbəti dəyişmə baş verir.
Məhz bu proses mövcud reallığı xaos və süqutdan xilas edir və gələcəyə
yönəldir. Bu çərçivə daxilində Edip effektinin dəf edilməsi vasitələrini aşkar
etmək mümkündür. Reallığın determinist elementləri dəyişmədiyinə görə
insan müdaxiləsi olmadan poqnozlaşdırılır. Bəs onları necə müəyyən etmək
olar? İlk növbədə müasir dövrdə müşahidə edilən və gələcəkdə saxlanıla bilən
faktlar, hadisələr, vəziyyətlər dəyişikliklər əsasında məhv ola biləcək faktlar,
hadisələr, vəziyyətlərdən fərqlənməlidir.
92
Kollektiv qərarların qəbul edilməsi metodları
Delfi metodu, yaxud delfi rəmmalının metodu
Bu metod Delfdə (Yunanıstanda) Apollon məbədinin adından götürülərək,
belə adlandırılıb. Qədim Yunanıstanda bu məbədin kahinləri sirli
peyğəmdərlik xüsusiyyətlərilə fərqlənirdilər, hər hansı bir sosial, siyasi və s.
hadisələr haqqında qabaqgörən fikirlər söyləməklə ictimai proseslərin
inikşafına təsir göstərirdilər.
Müasir dövrdə eyni ad altında müəyyənləşdirilən bu metod zehni həmlə
metodunun çoxdəfəli istifadəsi (interaktiv) üçün təqdim edilib və proqnoz
nəticələrdə psixoloji amillərin təsirini azaltmaq və obyektivliyin yüksəldilməsi
məqsədini daşıyır. Nəticələrin obyektivliyinin yüksəldilməsi üçün bu metod –
əks əlaqə, iştirakçıların əvvəlki sorğunun nəticələri ilə tanış edilməsi və
ekspertlərin rəyinin qiymətləndirilməsində həmin nəticələrin nəzərə alınması
vasitələrindən istifadə edir. Ekspert metodun bir qədər fərqli forması olan
Delfi metodu – anketləşdirmə metodundan istifadə edərək, ardıcıl fərdi
sorğular keçirilməsinə yönəlir. Sorğu vərəqləri dövrü olaraq (hər dəfə)
dəqiqləşdirilir və bu əsasda iştirakçı rəylərinin əmsalı ölçülür.
Çoxluğun rəyindən təsirlənmə və bu rəylərə uyğunlaşma səviyyəsini
azaltmaq üçün iştirakçıların öz fikirlərini əsaslandırması vacibdir, lakin bu
zaman da uyğunlaşma təsiri yüksək ola bilər. Ekspertlər sorğusu təşkil
olunarkən dövrlər arasında ekspert-lider ekspert qrupu istənilən istiqamətə
yönəldə bilər.
Morfoloji sintez metodu
Bu metod tədqiq olunan problemin mümkün parametrlərinə dair
informasiyanın əldə edilməsinə əsaslanır, hər cür ilkin mühakimə və
müzakirədən kənar olur və üç suala cavab axtarır:
1.proqnoz informasiyanın alınması üçün hansı vasitələr daha vacibdir?
2.hadisələrin baş vermə ardıcıllığı necədir?
3.mövcud problemin həlli üçün bütün vasitə, yaxud metodlardan necə istifadə
etmək olar?
Rollar metodu
Bu metod «lehinə - əleyhinə» metoduna uyğundur. Əsas fərq hazırlıq
mərhələsində münaqişə vəziyyətin aşkarlanmasından ibarətdir. Mövcud
münaqişə vəziyyətin təqlid edilməsi üçün qrupun tərkibindən bir neçə nəfər
iştirakçı seçilir. Rol üçün hazırlığa 20-30 dəqiqə vaxt sərf olunur. Oyunun
müddəti isə 15-20 dəqiqədir. İştirakçılar öz fikirlərini obyektiv göstəricilərlə
əsaslandırırlar və rəqibin əks dəlillərini təkzib edirlər. Bütün dəlillər, o
cümlədən «tezis - antitezis» formalı natiqlik üsulları istifadə edilir. Oyun
93
zamanı tezislər kimi formalaşmış təcrübə qrupun bütün üzvləri tərəfindən
müzakirə edilir və qiymətləndirilir.
Bu əsasda aşağıdakı test-suallar tərtib edilir:
- Rəqibin ən xoşagəlməz dəlilləri, sualları və etirazları hansılardır?
- Onlardan hansılar cavabsız qaldı, yaxud təkzib edildi?
- Ən yaxşı dəlillər hansılardır?
-Hansı dəlillər bir-birini tamamlamaq və gücləndirmək üçün birləşdirilməli,
əlaqələndirilməlidir?
- «Oyun» prosesində hansı iştirakçılar xüsusi davranış nümayiş etdirdilər?
Daha səmərəli dəlillər əhatəli analiz edilir və xüsusi yaradılmış alt qrup
tərəfindən təsnif edilir.
Sinektik metod
Bu metod 1960-cı ildə U.Qordonun yaratdığı «Synectics» firmasının adına
uyğun olaraq belə adlandırılıb. Sinektikanın əsas xüsusiyyəti törəmə
ideyaların tənqidinə qoyulan qadağanın götürülməsi və meydana çıxan
problemlərin həlli məqsədilə nisbi daimi qrupların formalaşdırılmasından
ibarətdir. Bu qrupların üzvləri tədricən birgə işə alışırlar, tənqiddən qorxuları
azalır, kimsə onların təkliflərini qəbul etmədikdə incimirlər. Tədricən qrupda
məsələlərin həlli təcrübəsi yaranır. Adətən sinektik qrupa bu metodun
əsaslarını yaxşı bilən, təcrübəli mütəxəssis rəhbərlik edir. O, digərlərindən
fərqli olaraq, qoyulan məsələ ilə bağlı istiqamətlənməyi daha yaxşı
bacarmalıdır. Əvvəlcə problem ümumi müzakirə edilir, sonra tədqiqat sahəsi
məhdudlaşdırılr. İşin gedişində ədəbiyyat, ekspertlərin məsləhətlərini istifadə
etmək, model hazırlamaq olar. Rəhbər problemi olduğu kimi təqdim edir.
Sinektorlar tədricən problemin quruluşunu dərk etdikləri kimi dəyişirlər. Qərar
hazırlanması üçün metodun əsas mexanizmi analogiyaların istiqamətlənmiş
axtarışıdır. Bu məqsədlə mövcud problemlərin həlli sahələri və vasitələri aşkar
edilir. Əgər ekspert qiymətləndirməsindən sonra ideyanın maddiləşməsinin
qeyri-mümkünlüyü müəyyən edilirsə, digər ideyaların axtarışı davam etdirilir.
Bu metodun müsbət cəhəti tənqidin tətbiqi, analogiyalardan və psixoloji
meyllənmə üsullarından istifadə edilməsidir. Mənfi tərəfi isə üzvləri bir sıra
təlimlər keçməli olan daimi qrupların yaradılmasına olan tələbatla bağlıdır,
çünki az saylı mütəxəssislər qrupunun təşkil edilməsi çətindir.
Konkret vəziyyətlərin analizi metodu
Harvard Universitetində hazırlanmış və təkrarlanan standart vəziyyətlər
üçün nəzərdə tutulan metod aşağıdakı mərhələlərdə tətbiq edilir:
- vəziyyətə giriş;
- məsələnin qoyuluşu (iştirakçıların qruplara bölünməsi, vəziyyətin daha geniş
təsvirinin əldə edilməsi);
Dostları ilə paylaş: |