122
olduğu sinfin təzahürlərilə yanaşı, yeni quruluşun da sinfi təzahürlərini özündə
birləşdirir və buna görə də iqtisadi münasibətlərdə bir neçə iqtisadi tipin
daşıyıcısına çevrilir. Keçid dövrünü yaşayan cəmiyyətin dünya iqtisadi
bazarına daxil olması və yeni iqtisadi sektorların inkişafı yeni iqtisadi
münasibətlərin yaranmasına səbəb olur.
Bu gün neft sənayesini çıxmaq şərtilə hələ ki, Azərbaycanda sənaye
sahələri özünün ilkin dirçəliş dövrünü yaşayır. Buna görə də sənayeləşmiş
cəmiyyətin əsas təbəqələrindən olan fəhlə sinfinin Azərbaycan cəmiyyətində
bu günkü mövqeyi və ya tutduğu yer haqqında danışarkən, qeyd etmək
lazımdır ki, fəhlə sinfi yeni mahiyyətli formalaşma dövrünü yaşayır. Belə ki,
müasir fəhlə əsasən texniki savadı olan insanlardır. Azərbaycanda əsasən neft
sənayesi fəhlələri, tikinti və xalq təsərrüfatı sahəsində çalışan fəhlələri
fərqləndirmək olar.
Təbəqələşmə probleminin psixoloji və mədəni aspektləri də olduqca
aktualdır və müasir sosioloqlar problemin mədəni-psixoloji aspektlərinə də
xeyli yer ayırırlar. Yerasov siniflər arasındakı münasibətləri öyrənərək belə
nəticəyə
gəlir ki,
«a) keçmişdə peşəkar sərbəstliyin zühur etməsi imkanlarının səviyyəsi fərdin
gələcəkdə sinfi strukturda tuta
biləcəyi mövqeyə təsir edir;
b) şəxsiyyətin peşəkar sərbəstliyinin səviyyəsi ilə psixoloji xarakteristikası
arasında böyük əlaqənin
olduğu müşahidə edilir;
c) fərdi psixoloji xarakteristikanın fərdin peşəkar sərbəstliyinə və cəmiyyətdə
mövqeyinə təsir etməsi heç bir statistika tərəfindən təsdiq edilməyib».
Buradan belə bir nəticəyə gəlmək olar ki, əslində yaşadığımız dövrün özü
təbəqələrin bir-birinə keçməsi və ya vaxtı ilə bir təbəqənin üzvü olmuş
şəxsiyyətin digər – daha yuxarı və ya aşağı təbəqəyə keçməsinin sürətləndiyi
dövrdür. İ.D.İvanov, O.D.Uilrix və V.L.Şeyniyenin qeyd etdikləri kimi,
«müasir siniflərin formalaşması prosesində etnik, irqi,
mədəni və digər qruplar
yaxından iştirak edərək siniflərin iqtisadi əsasının zəifliyinə səbəb olur.
Lyumpenlər, pauperlər, marginallar kimi amorf sosial mövcud olmalar
siniflərin formalaşmasına güclü təsir göstərirlər». Bu gün Azərbaycanda bu
prosesi biz daha qabarıq şəkildə müşahidə edə bilirik. Belə ki, cəlb
olunduğumuz müharibə bir milyondan artıq əhalinin qaçqına, yeni sosial-
iqtisadi münasibətlərdə bir çox insanların marginallara çevrilməsinə səbəb
olub. Əvvəlki quruluşda cəmiyyətin əsas aparıcı qüvvəsi olan ziyalıların bir
hissəsi isə yeni ictimai münasibətlərə uyğunlaşa bilmədiklərinə görə çaşqınlıq
hissiyatı ilə yaşayırlar. Ümumilikdə, Azərbaycan cəmiyyəti yeni sosial-
iqtisadi, mənəvi-mədəni və sosial-siyasi proseslərə qoşularaq müəyyən
mənada marginal cəmiyyət dövrünü keçirir. Cəmiyyətin marginallığı isə
123
əslində onu təşkil edən hər bir fərdin marginal olması deməkdir. Bu proses
təbəqələşmə ilə üzləşən şəxsiyyətdə qabarıq nəzərə çarpır. O, ya yeni sinfə
daxil olduğunu qəbul etmək istəmir və ya bu sinifləşmə onun yeni xarakterik
cəhətlərinin açılmasına və inkişafına səbəb olur. Zənnimizcə, Nikolayev
düzgün olaraq qeyd edir ki, «cəmiyyətin diferensiasiyası fərdi şüurun
kollektivdən
ayrılmasına
və
individual
şəxsiyyətin
daha
çox
müstəqilləşməsinə səbəb olur, bu, fərdi qapalılığın dərinləşməsilə müşayiət
olunur. Diferensiasiya olunmuş müasir dünyada fərdin həyatının dəyərli
hissəsi başqa gözlərdən gizlədilir və belə demək olar ki, psixoloji cəhətdən
dərk olunmaq üçün bağlanılır. Qarşılıqlı «yadlaşmanın» sərhədləri qrup
daxilindən şəxsiyyətlər arasına keçir. «Yadlaşma» mülayim mənada
«qəribəlik» kimi qəbul edilir».
Beləliklə, Azərbaycan Respublikasında keçid dövründə mövcud iqtisadi
proseslərin öyrənilməsi ilə bağlı aparılan tədiqatların nəticələrini
qruplaşdıraraq
deyə bilərik ki,
I. Ümumilikdə bütün postsovet məkanı ölkələri bazar iqtisadiyyatına keçid
prosesini yaşayır. Bazar iqtisadiyyatının inkişafına təsir edən əsas amillər –
istehsalın genişlənməsi, daxili bazarın inkişafı, dünya bazarına inteqrasiya,
idxalın genişlənməsi, kiçik biznesin inkişafı və s. qəbul edilə bilər. Bazar
iqtisadiyyatının xarakterik xüsusiyyətlərinin – özəlləşdirmə, ilkin kapital
axını, investisiya qoyuluşu, maliyyə böhranları, işsizlik və s. olduğunu hesab
etmək olar.
II. Keçid prosesi islahatlarla müşayiət olunur. İslahatlar iki müxtəlif
şəraitdə keçirilə bilər:
1.Sabit dövlət quruculuğu şəraitində cəmiyyətin tələbat duyduğu tədrici
islahatlar (ABŞ, Qərbi Avropa ölkələri və s.);
2.Ənənəvi dövlət formasının dağıdılaraq yeni dövlət quruculuğuna keçid
şəraitində keçirilən islahatlar (post Sovet məkanı ölkələri, Mərkəzi və Şərqi
Avropa ölkələri).
Sabit durumda olan cəmiyyətlərdən fərqli olaraq, böhranlı, keçid dövrünü
yaşayan cəmiyyətlərdə aparılan islahatlar daha ağrılı və çətin olur. Yalnız
vahid islahatçının heç bir siyasi qarşıdurmaların müşahidə edilmədiyi
cəmiyyətdə apardığı uğurlu islahatlar keçid dövrünü qısa müddətli edə bilər.
Siyasi qarşıdurmalar çərçivəsində isə keçid dövrü təsəvvür edilməyəcək qədər
böyük bir müddəti əhatə edə bilər.
III. Sovet sosializmi quruluşunun dağılması siyasi böhranın nəticəsi olsa
da məhz iqtisadi bazisin dağılması həm siyasi, həm də mənəvi-mədəni
böhranın dərinləşməsinin ilkin şərtinə çevrildi. Keçid dövrünü yaşayan
ölkələrdə keçirilən islahatlar cəmiyyətin bütün sosial institutlarını – iqtisadi,