120
orta səviyyəli mütəxəssislər
3.
Dəftəfrxana işçiləri, satıcılar, xidmət sahəsinin
ixtisaslaşmış personalı
16,7
4.
Muzdlu işçiləri olan azad sahibkarlar
0,6
5.
Muzdlu işçiləri olmayan azad sahibkarlar
2,7
6.
Fiziki işçilərə rəhbərlik edən briqadirlər və texniki-
nəzarətçilər
1,7
7.
İxtisaslaşmış fəhlələr
15,7
8.
Sadə əmək adamları
25,2
9.
Kəndlilər
11,2
10.
Cəmi
100,0
«Bu cədvəldə təbəqələşmə həm sinfi, həm də peşələr arasında aparılır.
Bunun əsas səbəbi isə dünya iqtisadi bazarının mövcud olmasıdır. Bazar
münasibətləri mövqeyi – bir tərəfdən ehtiyatlar, digər tərəfdən isə həmin
ehtiyatlar əvəzində alınan gəlirlər mənasını verir. Bu gəlirlər – xüsusi peşəkar
ixtisaslaşma, təhsil səviyyəsi, iqtisadi və mədəni kapital deməkdir və fərd bu
qeyd olunanlarla bazar münasibətlərinə daxil olur. Bu ehtiyatlar az və ya çox
dərəcədə yaxşı vəzifənin elementləri hesab edilir, bundan başqa əmək
haqqının miqdarını təyin edir, məşğulluğa təminat verir və ya işin itirilməsinə
səbəb olur, karyera etmək imkanı verir və sosial-iqtisadi aspektin digər
vəziyyətlərilə müşayiət olunur».
Sovet sosializminin dağılmasından sonra yeni sinifləşmə prosesi obyektiv
bir prosesə çevrilərək sinifdaxili və siniflərarası yeniləşməyə doğru gedir.
Bildiyimiz kimi, sovet sosializmi quruluşu siyasi elita, ziyalılar, fəhlə və
kəndlilər siniflərindən təşkil olunmuşdu. Lakin siniflər arasındakı hüquqi
fərqlər nəzərə çarpmırdı. Tarixə nəzər saldıqda görürük ki, ümumiyyətlə hər
bir cəmiyyətin keçid mərhələsində təbəqələşmə prosesi aparıcı rol oynayıb.
Çünki cəmiyyətin yeni iqtisadi münasibətlərə keçidi dövründə onun strukturu
dəyişərək təbəqələşmə prosesini sürətləndirir. Bu gün siniflərarası
münasibətlərin bir proses kimi araşdırılması bizim üçün olduqca vacibdir. Bu
məqsədlə İ.D.İvanov, O.D.Uilrix və V.L.Şeyniye kimi mütəxəssislərin bu
istiqamətdə apardıqları tədqiqatlar bizim üçün nəzəri mənbə ola bilər. Həmin
müəlliflər sinifləşmə prosesində xüsusi yer tutan bir neçə amilə daha çox fikir
verirlər. Onlar qeyd edirlər ki, «inkişaf etməkdə olan ölkələrdə adətən müasir
standart və texnologiyalara cavab verməyən quruluşlar həm daxildən, həm də
xaricdən müasir sahibkarlıq sektorları və dünya bazarının təsirinə məruz qalır
və burada əmək bölgüsü yaranır. Uzunmüddətli tarixi inkişaf nəticəsində
müasir təbəqələşməyə malik olan ölkələrdə bu proses həm çox sürətlə gedir,
121
həm də böyük daxili müqavimətlərə məruz qalır. Bu da həmin ölkələrdə daxili
bazarın zəifləməsinə səbəb olur. Müəlliflər yuxarıdakı fikirlərinin davamı
olaraq qeyd edirlər ki, «keçid dövründə yerli əkinçilik əvvəlcə istehsalatla,
sonra isə xırda məhsul istehsalçıları ilə birləşir. Bazar münasibətləri təsirinə
düşən bu keçici əkinçilik əvvəllər ağıla gəlməyən rəqabətlə qarşılaşır. Kənddə
müasir icarədarlar formasında alıcılar meydana gəlir. Yerli kəndli artıq
torpağa «sənaye» kimi baxan fermerə çevrilir. Bu isə öz növbəsində
əkinçiliyin ixtisaslaşmasına və kəndlilərin təbəqələşməsinə səbəb olur. Torpaq
özü alqı-satqı obyektinə çevrilir. Bu prosesdə ictimai əmək bölgüsü və onun
iqtisadiyyatın bütün sahələrində ixtisaslaşması aparıcı faktora çevrilərək
əkinçi olmayan əhalinin çoxalmasına və urbanizasiya prosesinin
sürətlənməsinə, daxili qruplaşmaya, məlumat vasitələrinin inkişafına, dövlətin
fəaliyyətinə və xarici bazara təsir etməsinə səbəb olur. Bu isə öz növbəsində
bazara eninə və dərininə inkişaf etməyə şərait yaradır».
Beləliklə, gördüyümüz kimi, əsasən keçid dövrünün erkən fazalarında
daha qabarıq nəzərə çarpan daxili bazarın formalaşması prosesi tədricən
torpaqdan, yəni kənd təsərrüfatının inkişafından asılı vəziyyətə düşür. Yəni
daxili bazarın genişlənməsində yerli kənd təsərrüfatının rolu ilkin nəzərə
çarpır. Bu prosesi biz bu gün Azərbaycanda da bütün tərəflərilə müşahidə
edirik. Beləliklə, keçid dövrünün ilk mərhələsində əmək bölgüsü və ya
sinifləşmə haqqında danışarkən biz əsasən kənd təsərrüfatının yeni quruluşda
formalaşmasından asılı olaraq yaranan daxili bazar münasibətləri və
vasitələrini müşahidə edirik və onun nəticələri göz önündədir.
Deyilənləri nəzərə alaraq bu gün Azərbaycan kəndində əhalinin –
1) fermerlər və ya orta sahibkarlar; 2) kəndlilər və ya kiçik təsərrüfatçılar; 3)
kasıb kəndlilər və ya mövsümi muzdlu işçilər kimi təbəqələrə bölündüyünü
müşahidə etmək olar. Bizə elə gəlir ki, kənd təsərrüfatında inkişaf nəticəsində
bu təbəqələrin bəziləri həyatın tələbatına cavab vermədiyinə görə sıradan çıxa
bilər və ya yenisi ilə əvəz oluna bilər.
Yuxarıda qeyd etdiyimiz müəlliflər burada yaranan ziddiyyətli vəziyyəti
belə izah edirlər: «inkişaf etməkdə olan iqtisadiyyatın ən nəzərə çarpan
cəhətlərindən biri odur ki, burada sabitləşmiş siniflər yoxdur və istehsal
prosesində ən müxtəlif təbəqələr qarışır. Bunun da əsas səbəbi eyni bir fərdin
bir neçə sənətə yiyələnməsi və müxtəlif sahələrdə iqtisadi münasibətlərə
qoşulmasıdır. Məsələn, torpaq sahibkarı – torpaq sahəsini icarəyə verən,
mülkədar, iri tacir, aksioner və s. – dövlət işçisi ola bilər; xırda torpaq
sahibkarı – öz torpağını icarəyə verən, şəxsi və ya dövlət müəssisəsində
muzdlu işçi ola bilər və s.». Belə bir nəticəyə gəlmək olar ki, bir ictimai
quruluşdan digərinə keçid dövrünü yaşayan şəxsiyyət əvvəlki quruluşda aid
Dostları ilə paylaş: |