137
Dünya miqyasında siyasi və iqtisadi hegemonluq iddiaları qloballaşma və
ya inteqrasiya prosesində ideologiyanın formalaşmasına təsir edən əsas
amillərdir. Bu idealogiyanın əsas mahiyyəti öz kultunun və dövlət quruculuğu
proqramlarının iqtisadi və siyasi təzyiqlərlə diqtə edilməsidir. Qloballaşmanın
ən təsirli və tez yayılan yolu isə mədəniyyətlərin inteqrasiyası prosesidir.
Anti-qlobalizm hərəkatı və «milli dirçəliş» ideyası – milli mədəniyyətləri
xilasetmə və qoruma məqsədi daşıyır. Bunu bəşəriyyətin «özünüxilas» və ya
«özünüqoruma» instinkti adlandırmaq olar. Bu proses eyni zamanda
özgələşmə və ya marginallıq tendensiyasının inkişafına gətirir. Hegemon
dövlətlər müasir sivilizasiyaya münasibətdə marginal mövqe tutan və öz
mənəvi – mədəni dəyərlərini qorumağa çalışan xırda dövlətləri təcrid etməyə,
iqtisadi, mədəni, siyasi «blokadaya» salmağa başlayırlar. Qloballaşma prosesi
son nəticədə məhz milli mədəniyyətləri elit mədəniyyətlər səviyyəsinə
qaldıracaq. Milli mədəniyyətlərin ən vacib qoruyucu amilləri aşağıdakılardır:
Dil; Milli mərasimlərin qeyd edilməsi. Milli mədəniyyətlərin əsas dağıdıcı
amili isə informasiya texnologiyasının genişlənməsidir. Bu baxımdan
qloballaşma prosesini həm də informasiya inqilabı dövrü kimi xarakterizə
etmək olar.
III. Siyasi, mədəni, iqtisadi amillər bütövlükdə sivilizasiyaların mədəni
dəyərlər sistemini təşkil edir. Müasir sivilizasiyada bu dəyərlər yeni məna
kəsb edib. Bu yenilik isə, şəxsiyyəti mədəni şoka məruz qoyub. Mədəni şok
yad və ya əcnəbi mədəniyyətlə qarşılaşmada normal və ya mövcud sosial
tərəqqinin dağılması nəticəsində yaranır. Mədəni şok psixoloji gərginliyə
səbəb olur. Bu proses üç səviyyədə baş verir:
1)İnkulturasiya; 2) Akkulturasiya; 3) Assimilyasiya.
IV. İmperiya ağalığından xilas olmuş postsovet məkanı ölkələrində qlobal
demokratiyaya keçid yerli hüquqi dövlət quruculuğuna, mərkəzləşmiş
təsərrüfatdan özəl təsərrüfat formasına keçidlə qarışır. Bu keçid şəraitində
həm də dünya mədəniyyətinə inteqrasiya olunma postsovet məkanı
ölkələrində dərk edilməmiş çaşqınlıq halı yaradıb. Bunu biz Azərbaycanın
nümunəsində də müşahidə edə bilərik. Keçid dövründə cəmiyyətin mənəvi-
mədəni həyatına təsir edə biləcək əsas amillərə – ideologiya, təhsil, tərbiyə,
din, ailə – münasibət dəyişib və bir qədər qərbləşməyə məruz qalıb. İnsanın
fəaliyyət və təfəkkür azadlığı keçid dövrü şəxsiyyəti tərəfəindən müxtəlif
mənalarda qəbul edilir (istədiyim kimi yaşamaq imkanı, seçimdə tam
sərbəstlik, cəmiyyətin tələblərinə hörmət edərək qanun çərçivəsində yaşamaq,
qanunlarala hesablaşmadan şəxsi maraqlarımı təmin edərək yaşamaq, ailəm
qarşısında məsuliyyət). Bu isə cəmiyyətimizdə bir sıra mənfi sosial meyllərin
(cinayətkarlıq, küçə həyatı, insan alveri və s.) genişlənməsi ilə müşayət
138
olunur. Müharibə şəraiti yaşayan bir respublikada bunu təbii proses kimi də
qəbul etmək olar.
V.Azərbaycanda kütləvi və elit mədəniyyət seçilir. Bu mədəniyyət
nümayəndələri həm maddi, həm də mənəvi-intellektual səviyyələrinə görə
fərqlənirlər.
Keçid mərhələsində iqtisadi, siyasi və mənəvi-mədəni sahələrdə yaranan
gərginliyi aradan qaldırmaq yolunda milli dəyərlərə ziyan vermədən, yeni
dövrün tələblərinə uyğun struktur dəyişiklikləri aparılmalıdır. Cəmiyyətin
özəyini təşkil edən və şəxsiyyətin sosiallaşmasının mənbəyi olan azərbaycanlı
ailəsinin milli xüsusiyyətlərini qorumaq yolunda dövlət səviyyəsində geniş
təbliğat proqramı hazırlanmalıdır. Milli dəyərlərin deqradasiyasına səbəb olan
informasiyanın qarşısını almaq üçün KİV-ə senzura tətbiq edilməlidir. Milli
adət-ənənələrin təbliği üçün məqsədyönlü dövlət proqramı hazırlanmalıdır.
YOXLAMA SUALLAR
1.Mənəvi-mədəni proseslərin proqnozlaşdırılması xüsusiyyətləri nə ilə fərqlənir?
2.Mənəvi-mədəni proqnozlaşdırmanın əsas göstəriciləri hansılardır?
3.Azərbaycanda müasir mənəvi-mədəni proseslərin proqnozlaşdırılması xüsusiyyətlərini izah
edin.
REFERAT MÖVZULARI
1.Sosial mədəni proseslərin proqnozlaşdırılması xüsusiyyətləri
2. Müasir dövrdə Azərbaycanda baş verən sosial mədəni proseslər
3.Qloballaşma prosesində Azərbaycanda sosial mədəni institutların dəyişilməsi xüsusiyyətləri
ƏDƏBİYYAT:
1.Артоновский С.Н. Историческое единство человека и взаимное влияние культур, Л.,
Просвещение, 1967.
2.Бабосов Е.М. Прикладная социология, М., Тетра-Системс, 2000.
3.Богомолов О.Т. Экономические проблемы на рубеже веков. Реформы в зеркале
международных сравнений, М., Экономика, 1998.
4.Вишняцкий Л.Б. «О движующих силах развития культуры в преистории», журн.
Восток\ Ориентс, №2 2000.
5.Магомед-Эминов М.Ш. «Личность и экстремальная жизненная ситуация», Серия 14,
Психология, Изд. Московского Университета, 1996, №4.
6.Маркович Д.Ж. «Общая социология», М., Изд.Владос,1998.
7. Məmmədova S.D. «Keçid dövründə şəxsiyyət problemi», Bakı, Elm, 2005.
139
9.4 MÜASİR SOSİAL PROQNOZLAŞDIRMA
Dünyanın aparıcı futuroloqları yeni proqnozlar hazırlayırlar. Bu
proqnozlar haqqında nə beynəlxalq təşkilatlar, nə hökumətlər, nə siyasi və
iqtisadi xadimlər, hətta elm xadimləri də məlumatlı deyillər. Cəmiyyəti
qəflətən bu proqnozlarla tanış etmək futurofobiya (gələcək qarşısında qorxu)
yarada bilər. Son illərin vacib sosial proqnozları sırasında dördünü
fərqləndirmək olar:
- Bəşəriyyətin fiziki degenerasiyası (cırlaşması) ilə bağlı yaranan problem
vəziyyətdən çıxmaq üçün tətbiq edilən texnoloji proqnoz;
- Cəmiyyətin «narkoman kollektivə» çevrilməsilə bağlı yaranan problemli
vəziyyətin aradan qaldırılması üçün texnoloji proqnozlaşdırılması;
- Yetişmiş dördüncü dünya müharibəsinin qarşısının alınması məqsədilə
texnoloji proqnoz (1946-1989-cu illəri əhatə edən «soyuq müharibə» III
Dünya müharibəsi hesab olunarsa);
- İnsanın kibernetik orqanizmə çevrilməsi prosesinin səmərələşdirilməsi üçün
texnoloji proqnoz (şəxsiyyətin kibtəşkilatlanması).
Bəşəriyyətin fiziki deqenerasiyası və bunun qarşısının alınması yolları
Son illərə qədər heç kəs güman edə bilməzdi ki, ənənəvi kənd həyat
tərzindən müasir şəhər həyat tərzinə keçid (bu proses XXI əsrin birinci
yarısında qlobal miqyasda sona çatır) əsl fəlakətli nəticələrə gətirə bilər:
şəhərdə insan ailəyə, uşaqlara olan tələbatı itirir, «sosial səmərəsiz» olana,
normal nəsilvermə qabilliyyətinə malik olmayan canlıya çevrilir. Kənddə uşaq
kiçik yaşlarından təsərrüfatda köməkçi, valideynlərinin müttəfiqi, qocalıq
üçün onların «canlı təqaüdüdür». Kənddə uşaq ölümünün yüksək səviyyəsi
qadınların 10 – 20 dəfə uşaq həyata gətirməsinə səbəb olur. Son 40 min il
müddətində homo sapiensin sağ qalma şərtləri bununla bağlı idi. Şəhərdə isə
uşaq anasının karyerasının qarşısını alan, atasının həyatını ağırlaşdıran yükə
çevrilir. Şəhərdə şəxsi həyatı olan yeniyetmələr valideynlərindən ayrılaraq
vəhşi heyvan sürülərinə daxil olurlar, yadlaşırlar, ata və analarına düşmən
olurlar. Gənclər öz ailələrini quraraq valideynlərinə tamamilə yadlaşırlar və
nəsillər arasında əlaqə qırılır. Nəticədə insanlar uzun müddət ailə qurmurlar və
boşanmaların sayı artır, iki valideyni biri əvəz edir. Bu, hər cür populyasiyanın
məhv olması deməkdir. Son dövrlərə qədər belə güman edirdilər ki, bu proses
bir neçə yüz ili əhatə edəcək. Mövcud meyllərin tədqiqi göstəridi ki, bu proses
XXI əsrin növbəti bir neçə on ili ərzində davam edərsə, bu prosesin qarşısını
almaq mümkün olmayacaq. Bəşəriyyətin fiziki degenerasiyası ölüm hallarının
yüksəlməsi, depopulyasiyası ailələrin dağılması, bir uşaqlı ailərəin üstünlük
təşkil etməsi ilə müşayiət olunur. Tək uşaqlı ailələrdə heç kəsin qayğısına
Dostları ilə paylaş: |