144
A.Zakatnova «Gələcəyin mümkün variantlarının axtarışında» (2007),
H.Hüseynov «Dönməzlik şoku» (2007), M.Q.Altşuller «Rus sözünün
həvəskarı» (2007) və s. əsərləri qeyd etmək olar.
Sosial layihələşdirmənin nəzəri əsasları
Ən ümumi mənada sosial layihələşdirmə məkan, zaman, fəaliyyət
ehtiyatlarına görə müəyyənləşmiş sosial məqsədin əldə edilməsinə yönəlir. Bu
və ya digər sosial problem, yaxud problemlər qrupunun həlli ilə bağlı şüurlu
fəaliyyət forması kimi sosial layihələşdirmə nadir xüsusiyyətə malikdir.
İnsanların həyat fəaliyyəti ilə bağlı daha təkmil sosial mühitin
formalaşdırılması, əlillər üçün səyahətin təşkili, yeni təhsil proqramının
hazırlanması, yaxud özfəaliyyət teatrın təşkil edilməsi və s. ilə bağlı irəli
sürülən sosial layihə dünya və insanla bağlı fəlsəfi və sosioloji konsepsiyalara
söykənir. Zaman və məkana görə daha lokal layihələr yaratmaq mümkündür.
Belə layihələrdə qoyulan problemin reallaşması imkanları və nəticələri
layihəçiyə əvvəlcədən məlum olur. Lokal xüsusiyyətli layihələrin tətbiq
edilməsi sosial idarəetmədə yeni yanaşmaların inkişafına və artıq XX əsrin 50-
ci illərindən etibarən sosial sahələrin layihələşdirilməsi texnologiyalarının
daha geniş istifadəsinə şərait yaratdı. Bazar iqtisadiyyatı ölkələrində
sahibkarların öz fəaliyyətlərini layihələr əsasında qurmağın zəruriliyini dərk
etməsi, bu dövrdə çox sayda biznes-layihələrin meydana çıxmasına şərait
yaratdı. 1960-cı illərdə Avropa və ABŞ-da «public participation»
(ictimaiyyətin iştirakı) nəzəriyyəsi inkişaf etmişdi. Bu nəzəriyyə funksional
yanaşmadan mühiti (environmental) yanaşmaya keçid olub, sosial layihələrin
işlənib həyata keçirilməsində əhalinin iştirakını nəzərdə tuturdu. Əhalinin
layihənin hazırlanması, təshih edilməsi, layihə ilə bağlı qərarların qəbul
edilməsi, hakimiyyətin əsassız sosial qərarlarının qarşısının alınması
prosesində iştirakı ideyası bir çox ölkələrdə sosial layihələşdirmə təcrübəsinin
əsasını təşkil edir. Nəzəriyyənin reallaşdırılması təbii sosial təyinetmə
(identifikasiya)
mexanizmlərinin
müdafiəsi
prosedurlarının
işlənib
hazırlanmasını, yəni proses iştirakçılarının bir-birinin problemli həyat
vəziyyətini və qərarların işlənib hazırlanması prosesini eyniləşdirməyi nəzərdə
tutur. Proses isə dialoq, əməkdaşlıq kimi qəbul edilir. XX əsrin 70-ci illərində
firmaların əksəriyyəti informasiyanın kompüterdə işlənib hazırlanması
əsasında layihələrin idarə edilməsi metodlarını inkişaf etdirməyə və istifadə
etməyə başladılar. «Layihələrin idarə edilməsi» (Project Management)
menecmentin perspektivli istiqamətlərindən birinə çevrildi. Biznes-layihələr
sosial layihələri texnoloji cəhətdən qabaqladığından və biznes-layihələrin
iqtisadi səmərələşdirmənin qiymətləndirilməsi ilə bağlı olması, sosial işdə,
həmçinin sosial mədəni xüsusiyyətli digər fəaliyyətin layihələşdirilməsində
145
belə yanaşmanı qeyri-mümkün edirdi. Sosial sahədə təşkilatlanmanın
layihələşdirilməsi daha sistemli xüsusiyyətə malik idi. Bu dövrdə layihələrin
hazırlanmasında belə bir ideya üstünlük təşkil edirdi ki, layihələşdirmənin
məqsədi yalnız dəyərlər tədqiq edildikdən, gələcək dəyərlər mühiti, yeni
dəyərlər dünyası təyin edildikdən sonra müəyyənləşdirilə bilər. XX əsrin 90-cı
illərində həm menecment, həm də sosial və mədəni sahələrdə layihəli fəaliyyət
əsas istiqamtlərdən birinə çevrildi. İnsan fəaliyyətinin bəşəriyyətin taleyi üçün
təhlükə yaratmasının dərk edilməsi sosial yeniliklərin layihələşdirilməsi və
sosial layihələrin qiymətləndirilməsi konsepsiyasında dəyişikliyə səbəb oldu.
Sosial layihələşdirmənin mahiyyəti arzu edilən gələcəyin qurulması ilə
bağlıdır. Sosial layihələşdirmənin ilk məsələsi – hansı vəziyyət arzu ediləndir
və bu vəziyyətə nail olmaq üçün hansı ehtiyatlar mövcuddur – müasir dövrdə
fərqli tədqiq edilir. Cəmiyyətin arzu edilən vəziyyəti problemi ekofobiya
xüsusiyyətləri kəsb edib. Sosial layihə «insan-təbiət», «insan-insan»
sistemlərində tarazlığı pozmamalıdır. Bu konsepsiya sosial layihələrin
qiymətləndirilməsində ekoloji parametrlərin nəzərə alınmasını zəruri edir. Bu
yeni parametrlər sosial yeniliklərin multiplikasion (sosial tələbatlar, maraqlar
və dəyərlər məcmusunun nəzərə alınması) və kumulyativ (layihənin tətbiq
edilməsi nəticəsində meydana çıxan dəyişikliklər) xüsusiyyəti ilə bağlıdır.
Avropa və Amerikanın inkişaf etmiş ölkələrində müasir sosial
layihələşdirmənin əsas xüsusiyyətləri kütlənin gündəlik həyatda ekofobiya
fonu ilə bağlı düşüncə tərzi əsasında müəyyənləşir. Akademik B.Rauşenbax
Almaniyanın müasir gündəlik həyat tərzini müşahidə edərək, belə nəticəyə
gəlib ki, «əhali ekoloji problemlərin aludəçisidir. Təbiəti, onun ilkinliyini
qorumağa cəhd qeyri-adi, hipertrofiya formasını alıb. Yalnız hökumət
nümayəndələri deyil, bütün əhali ekoloji problemlərlə maraqlanır». Ekoloji
alarmizm (təlaş) sosial və mədəni sahələri də əhatə edir və bədii yaradıcılıq
çərçivəsində utopik layihələşdirmənin yeni modellərinin yaranmasına şərait
yardır. Bu modellər insanların birgəyaşayışının yeni sosial mədəni
nümunələrinin yaradılması üsulları olsa da, bəzən lokal cəmiyyətlərin real
davranış formalarını mənimsəyir. Məsələn, mifopoetikanın yaradıcısı Con
Tolkienin «(cırtdan) Hobbit, yaxud hər iki tərəfə» əsərində dünyanın yeni
quruluşu, ruhun texnologiyadan xilası haqqında əfsanə təqdim olunur. Bu
əfsanədə pərilər dünyası ilə bağlı fərqli mühit təsvir edilsə də, buradakı
qəhrəmanların davranışı yeniyetmələrin real dünyadakı özünüaxtarış
xüsusiyyətlərilə eynidir.
Sosial layihələşdirmə konsepsiyaları. Sosial layihələşdirmənin müasir
konsepsiyaları sırasında sosial texniki layihələşdirmə, sosial layihələşdirməyə
Dostları ilə paylaş: |