150
xüsusiyyəti daşıyır. Müasir qloballaşma şəraitirndə ən varlı ölkələrlə kasıb
ölkələrin, sivilizasiyaların toqquşması təhlükəsi meydana çıxdığından yüksək
sosial iqtisadi quruluşa nail olmuş ABŞ, Avropa ölkələri, Yaponiya kimi
ölkələr lider dövlətlər olaraq fəaliyyət göstərməlidirlər.
Neoliberal model informasiya cəmiyyətinə (1973-cü ildə D.Bell
tərəfindən irəli sürülmüşdür) yönəlib, dünya ehtiyatlarının informasiya
texnologiyalarının
xeyrinə
bölüşdürülməsi
strategiyasına
əsaslanır.
Qloballaşmanın neoliberal modeli dünyanın qeopolitik parçalanmasına aparır.
Neoliberal modelin sosial mədəni əsasları Qərb dünyasının dəyərlər sisteminin
qlobal yayılmasından ibarət olub, digər sivilizasiyaların özünəməxsusluğunun
aradan qaldırılmasına yönəlib.
Alternativ model neoliberal modelə qarşı qoyulur. Bu modelə görə
postindustiral cəmiyyət mahiyyətcə humanist-noosfer cəmiyyətdir, çünki
burada insanı istismar edən və təbiəti fəth edən maşınlar sisteminə deyil,
yaradıcı başlanğıca və hər bir insanın, hər bir xalqın və sivilizasiyanın
ləyaqətli həyat şəraiti və inkişafına, cəmiyyətin və təbiətin rasional
yönəldilməsinə üstünlük verilir. Alternativ model sivilizasiyaların və
mədəniyyətlərin fərqliliyinin qorunmasına və zənginləşdirilməsinə yönəlir.
Alternativ modelin əsas məqsədi müxtəlif ölkə və sivilizasiyaların sosial
iqtisadi, elmi-texniki və ekoloji inkişafında yaranan fərqlərin aradan
qaldırlıması üçün mövcud qloballaşmanın ehtiyat və üstünlüklərinin istifadə
edilməsidir. Sivilizasiya və ölkələr arasındakı uçurumu aradan qaldırmaq üçün
sabit inkişaf strategiyası ön plana çəkilir. Qeyd olunan modellərin
reallaşdırılması – bəşəriyyətin yanacaq təminatı, ərzaq və sağlamlıq, texnoloji
çevriliş, təhsil, demoqrafik layihələrinə əsaslanır.
Bəşəriyyətin yanacaq təminatı layihəsinin mahiyyəti belədir ki, enerji
ehtiyatları və istehlakı sivilizasiyalar və ölkələr üzrə qeyri-bərabər
bölüşdürülüb. Enerjinin istehlakının genişlənməsi yanacaq ehtiyatlarının
tükənməsinə və planetin çirklənməsinə, ekoloji təhlükənin yaranmasına səbəb
olub, bununla yanaşı kasıb ölkələrdə yanacağa tələbat daim artır. Bu
ziddiyyəti iki yolla aradan qaldırmaq mümkündür: enerjiyə qənaət edən
texnologiyaların geniş istifadəsi və bərpa edilmiş yanacaq mənbələrindən
istifadə edilməsi.
Ərzaq və sağlamlıq haqqında layihələr kasıb ölkələrdə insanların aclıq
çəkməsi və varlı ölkələrdə ərzaq bolluğu nəticəsində əhalinin piylənməsi
arasındakı ziddiyyətlərlə bağlıdır və bu istiqamətdə «ikinci yaşıl inqilab», gen
mühəndisliyi və biotexnologiyaların istifadəsini zərur amil kimi
qiymətləndirir. Məhz bu əsasda dünya əhalisini ərzaqla və tibbi ehtiyatlarla
təmin etmək mümkündür.
151
Texnoloji çevriliş layihələri industrial cəmiyyətdən postindustrial
cəmiyyətə, beşinci texnoloji sistemdən altıncı texnoloji sistemə keçid
şəraitində inkişaf etməkdə olan ölkələrdə texnologiyaların hər iki formasının
(yüksək texnologiyalar, xüsusilə də silahlar istisna olmaqla) tədrici yayılması,
bunun üçün BMT-nin himayəsi altında qlobal texnoloji fond yaradılması ilə
bağlıdır.
Təhsil layihəsi varlı və kasıb ölkələr və sivilizasiyalar arasındakı fərqin
əsas səbəbi təhsillənmə səviyyəsilə bağlıdır. Təhsilin aşağı səviyyədə olması
müasir texnologiyanın istifadəsini çətinləşdirir. Kasıb ölkələrdə əhalinin
təhsillənməsinə şərait yaratmaq üçün YUNESKO səviyyəli təşkilatların bu
istiqamətli layihələr həyata keçirməsi vacibdir.
Demoqrafik layihələr XXI əsrin birinci yarısında iki ekoloji böhran –
əhali artımı və əhalinin sayının azalması böhranı meydana çıxıb. Birinci
proqnoza görə, 2002-ci ilədən 2050-ci ilədək əhali artımı 6215 milyondan
9104 milyon nəfərə çatacaq. Proqnozlara görə XXI əsrin ortalarına doğru
dünyanın 40-dan çox ölkəsində əhalinin sayı azalacaq. Əhalinin sayının
azalması və qocalmasının qarşısını almaq üçün dərin tədqiqatlar tələb olunur.
YOXLAMA SUALLAR
1.Rusiyada sosial layihələrin inkişaf tarixində yaranan fərqlər nə ilə bağlı idi?
2. «Public participation» nəzəriyyəsi nəyi nəzərdə tuturdu?
3. Hansı sosial layihələşdirmə konsepsiyaları fərqləndirilir?
4. «Üçüncü dalğa» nəzəriyyəsinin mahiyyətini izah edin.
REFERAT MÖVZULARI
1.Sosial layihələşdirmənin inkişaf tarixi
2.Sosial layihələşdirmənin nəzəri əsasları
3.Sosial texniki layihələşdirmə
4.Sosial layihələşdirmənin fəlsəfəsi
5.Yaşamağa qabil cəmiyyət konsepsiyası
6.İnsan ekologiyası konsepsiyası
ƏDƏBİYYAT:
1. Косов Ю.В. Социально-политическая сущность футурологических проектов общества
будущего в буржуазной глобалистике. Социальное прогнозирование, планирование,
проектирование, Сборник статей, Красноярск, 1988.
2. Крючков Ю.А. Теория и методы социального проектирования. М., 1992.
3.Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. Ростов
н/Д: «Феникс», 2001.
4.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. : Изд-во
Моск. гуманит ун-та : Флинта, 2006.
5.Луков В. А., Миневич Я. В. Будущие политики : Социализация студентов,
ориентированных на профессиональную политическую деятельность : науч. монография.
М : Изд-во Нац. ин-та бизнеса, 2004.
6.Яковец Ю.В. Модели и проекты глобализации. Глобализация и столкновение
идентичностей, Сборник материалов интернет конференции, М., 2003.
Dostları ilə paylaş: |