157
1.Problemin aydınlaşdırılması – problemli vəziyyətin, yəni sosial
inkişafın mümkün alternativinin seçilməsi üçün məqsədyönlü fəaliyyətin
təşkilini tələb edən sosial ziddiyyətlə bağlıdır.
2.Sosial sifariş – mövcud sosial problemin həll edilməsi zəruriliyinin dərk
edilməsi əsasında formalaşır. Sifariş insanların maddi və mənəvi tələbatlarının
reallaşdırılması, ziddiyyətlərin həll edilməsi, kompramiss axtarılması
məqsədilə müəyyən tədbirlərin hazırlanmasına dair təlimatdır.
3.Obyektin
pasportlaşdırılması
(keyfiyyət
göstəricilərinin
müəyyənləşdirilməsi) – sistem, proses, yaxud təzahürlər haqqında dəqiq
göstəricilərin əldə edilməsi, onların mövcud vəziyyətinin, funksiyalaşmasının
və inkişafının təsviridir. Pasport – mürəkkəb sənəddir və sistemin kəmiyyət və
keyfiyyət göstəricilərini, onun funksiyalaşması və inkişafına təsir edən
parametrləri əks etdirir. Pasport əsasında sistemin struktur elementlərinin
analizi aparılır. Sosial pasportda sosial strukturun, şəraitin dəyişilməsi, əməyin
müdafiəsi və ödənilməsi, mədəni-məişət şəraiti və s. əks olunur. Sosial
strukturun pasportu aşağıdakı mərhələlərdə yaradılır:
a) sistemin normal funksiyalaşması və inkişafına təsir edən xüsusiyyət və
parametrlərin müəyyənləşdirilməsi, onların təsnifatı və diferensiasiyası;
b) pasport formalarının hazırlanması (idarə olunan alt sistemin təsiri ilə
dəyişən göstəricilərin daxil edilməsi);
c) pasport formalarının tamamlanması, zəruri göstəricilərin əldə edilməsi:
sənədlərlə iş, anketləşdirmə, intervü və s.
4. Məqsədlər – hər hansı fəaliyyətin başlanması şərtidir. Məqsədyönümlük
üç əsas göstəricidən ibarətdir: tələbatların (motivlərin) təsvir edilməsi, onların
təmin olunması yollarının və üsullarının təsviri (fəaliyyətin planlaşdırılması,
proqramlaşdırılması); son nəticələrin təsviri (bilavasitə və vasitəsiz, arzu
edilən və arzu edilməyən). Məqsədin əsaslandırılması fəaliyyətin
müəyyənləşdirilməsindən başlayır. Hər bir qoyulan məqsəddə ən vacib nəticə
seçilməli, məqsədə nail olma müddəti, vasitələri müəyyənləşdirilməli və
nəzarət edilməlidir. «Məqsədlər ağacı» - istiqamətləndirici cədvəl kimi
müxtəlif məqsədlər arasındakı münasibətləri, onların qiymətləndirilməsini,
nail olma mərhələlərini əks etdirir. «Məqsədlər ağacının» qurulması sosial
sifarişin, problemli vəziyyətin, layihələşdirmə obyektlərinin, xarici şəraitin,
maddi-texniki, maliyyə, əmək, enerji və digər ehtiyatların əhatəli
öyrənilməsini tələb edir. İlk məqsədlərin müəyyənləşməsi mərhələsində onlar
arasındakı ziddiyyətlər öyrənilməli, gələcək münaqişələrin qarşısı alınmalıdır.
Hər bir sistem qarşısında bir neçə məqsəd qaldırılır və onlardan biri əsas
məqsəd kimi müəyyənləşdirilir və sistemin funksiyalaşması bütünlüklə həmin
məqsədə nail olmağa yönəldilir.
158
5. Sosial layihələşdirmənin vəzifəsi – təmin olunması tələb olunan fərdi,
yaxud ictimai tələbatların xülasəsidir. Vəzifələr – sistemin vəziyyətinin, onun
maddi, əmək, maliyyə ehtiyatlarının, norma və normativlərinin əhatəli tədqiq
edilməsi nəticəsində müəyyənləşdirilir. Bu zaman - a) şəxsi vəzifələr ümumi
vəzifələrə qarışdırılmamalıdır; b) vəzifələri həddən artıq təsnif etmək, sosial
layihələşdirmə subyektinin təşəbbüskarlığını məhdudlaşdırmaq olmaz.
6.Proqnozlaşdırma – layihələşdirmənin əsas mərhələlərindən olub,
layihələşdirmədən ayrılıqda öz mənasını itirir. Həqiqətə daha çox yaxın olan
proqnoz idarəetmənin təkmilləşdirilməsinə, layihələşdirmənin səmərəliliyinə
imkan yaradır. Layihələşdirmənin sosial texnologiyası əsasında – a) tədqiqat
proqnozu müəyyənləşdirilir; b) normativ proqnoz müəyyənləşdirilir; c)
proqnozlar verifikasiya və təshih (korrektə) edilir.
Tədqiqat proqnozu obyektiv qanunların təsiri və insanların məqsədyönlü
müdaxiləsinin heçə endirilməsi əsasında sistemin inkişaf meyllərini
xarakterizə edir.
7.Normativ proqnoz – gələcəkdən indiki zamana yönəlmiş fəaliyyət olub,
qoyulan məqsəd, vəzifə, norma və ideallar əsasında proqnozlaşdırmaya
yönəlir. Proqnozların çoxsaylı verifikasiya variantları və təshihi (korrektə
edilməsi) əsasında sistemin və prosesin gələcək vəziyyəti modelləşdirilir.
8.Konstrukt – nəzəri biliklərin formalaşdırılmasıdır. Çoxsaylı modellər
sırasından daha səmərəli olan seçilir.
9. Sistemin layihəsinin qurulması mərhələsində ideal model işarələr
sistemi ilə təsvir olunur, sistemin layihə xüsusiyyətləri, parametrləri,
elementləri müəyyənləşdirilir, mövcud əlaqələri dəqiqləşdirilir.
Sosial layihələşdirmənin əsas vəzifəsi bütün mövcud alternativləri
müəyyənləşdirmək və əsaslandırmaq, oxşar tərəfləri seçmək, tədqiq olunan
prosesin diaqnostikasının xüsusiyyətlərini göstərmək, alınan nəticələri
qiymətləndirmə vasitələrini hazırlamaq, birləşdirmə, ayrılma, şaxələnmə
mərhələlərini dərk etməkdir.
159
YOXLAMA SUALLAR
1.Layihələşdirmə ilə bağlı anlayışlar hansılardır?
2.Sosial layihələşdirmənin subyekti və obyekti nədir?
3.Sosial layihələşdirmənin informasiya sahəsi dedikdə nə nəzərdə tutulur?
4.Sosial layihələşdirmədə hansı metodlar istifadə edilir?
REFERAT MÖVZULARI
1. Sosial layihələşdirmə sosiologiya elminin bir sahəsi kimi
2.Sosial layihələşdirmə: predmet və problem sahəsi
3. Sosial layihələşdirmənin metodları
ƏDƏBİYYAT:
1.Антонюк Г.А. Социальное проектирование. Минск, 1978.
2.Бергер П., Лукман Т. Социальное конструирование реальности. Трактат по
социологии знания. М., 1995.
3.Карташов А.В. Проектное знание: опыт методологического анализа.//
Системные исследования. Методологические проблемы. Ежегодник, 1988. М.,
1989,с . 163.
4. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие.
Ростов н/Д: «Феникс», 2001.
5.Лакис П.П. Методологические и логические аспекты прогнозирования. Рига,
1985.
6.Лисичкин В.А. Теория и практика прогностики: Методологические аспекты.
М., 1972.
7.Луков В. А. Социальное проектирование. М., 2000.
8.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. :
Изд-во Моск. гуманит ун-та : Флинта, 2006.
9.Любимова Т.В. Будущее – это истина прошлого // Экология культуры. М.,
1991.
10.Методологические проблемы социального прогнозирования / Под ред.
А.П.Казакова. Л., 1975.
11.Прогнозное социальное проектирование : Теоретико-методологические и
методические проблемы / Ин-т социологии РАН ; отв. ред. Т. М. Дридзе. 2-е
изд., испр. и доп. М. : Наука, 1994.
12.Раппапорт А.Г. Границы проектирования.// Вопросы методологии. N 1, 1991,
с. 20.
13.Розин В.М. Проектирование как объект философско-методологичекого
исследования.// Вопросы философии. N 10, 1984, с. 32.
14.Тощенко Ж.Т., Аитов Н.А., Лаин Н.И. Социальное проектирование. М., 1982.
15.Управление проектами /Под ред. В. Д. Шапиро. СПб., 1996.
Dostları ilə paylaş: |