155
Layihələşdirmə ideyaların yoxlanması ilə bağlı eksperimentin uğursuzluğunu
da nəzərə alır. Sosial layihələşdirmə prosesi həm də «sosial təşkilatlanma»
(sosial konstrukturlaşdırma) adlanır.
Sosial layihələşdirmənin əsas məqsədi sosial layihələrin hazırlanmasıdır.
Sosial layihə sərəncamlı model olub, sistemin gələcək arzu edilən vəziyyətini
təsvir edir.
Sosial layihələşdirmə layihənin həyata keçirilməsi texnologiyası ilə sıx
bağlıdır. Sosial layihələşdirmənin texnologiyası layihələşdirmənin və sosial
elmlərin metodologiyasına əsaslanır. Məhz bu əsasda sosial layihələşdirmənin
iki əksikliyini aradan qaldırmaq olar:
1) aşağı səviyyəli layihəyə uyğunluq (sosial layihələr utopik, yaxud sosial
nümayişkaranə olur);
2) sosial göstəricilər itirilir.
Sosial layihələşdirmə layihələşdirilən obyektin tamlığını xarakterizə edən
ümumi parametrlər sistemindən, alt sistemlər, bloklar, elementlər və onların
əlaqəsindən ibarət olur. Hər bir sosial layihələşdirmə aşağıdakılardan ibarət
olur:
1) dəqiq layihə əsasında meydana çıxan
xüsusiyyətlər;
2) sosial sifarişin reallaşdırılmasını təmin
edən parametrlər;
3) müəyyən zaman müddətində qurula bilən xüsusiyyətlər.
Sosial layihə elmi əsasda yaradılmalı, mənəvi normalara zidd olmamalı,
ümumi qəbul edilmiş sosial dəyərləri əks etdirməli, reallaşma nöqteyi
nəzərindən səmərəli olmalı, reallaşmaya yönəlməlidir. Sosial layihə müəyyən
vaxt
məhdudiyyətində
sosial
sistemlərin
inkişaf
parametrlərini
müəyyənləşdirir. Sosial layihə – sosial fəaliyyətin son nəticələrinin işarəli
məlumatlar vasitəsilə ifadə edilməsidir. Sosial layihə – beş əsas prinsipə
uyğun olmalıdır: birmənalılıq, zərurilik, bütövlük, ziddiyyətsizlik, optimallıq.
Layihənin əks etdirdiyi məlumat zəruri və tam olmalıdır, işarəli məlumatların
ixtisar edilməsi zərurəti yaranmamalıdır. Layihə real və qeyri-real ola bilər.
Sosial layihə – layihəli fəaliyyətin məqsədi olmalıdır. Sosial layihənin son
strateji məqsədi obyektiv şəraiti və müxtəlif sosial qrupların həyat fəaliyyətini
nəzərə almaqla kollektiv münasibətlərin təşkilinin optimal birliyini
yaratmaqdır. Ən sadə layihələr qərar qəbul edilməsi ilə bağlı olanlar, ən
mürəkkəb layihələr isə sosial sistemlərin, proseslərin, münasibətlərin gələcək
vəziyyəti ilə bağlı olan layihələrdir. Layihələşdirmənin vaxt intervalının
genişlənməsi də sistem və proseslərin, həmçinin göstəricilərin modellərinin
yaradılması ilə bağlı olan sosial fəaliyyət prosesinin mürəkkəbləşməsinə səbəb
olur. Sosial layihələrin həyata keçirilməsi vasitələri (o cümlədən texniki,
riyazi və məntiqi) sistem və proeslərin, onların inkişaf meylləri, problem