SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə67/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   116

 
 
155 
Layihələşdirmə ideyaların yoxlanması ilə bağlı  eksperimentin uğursuzluğunu 
da  nəzərə  alır.  Sosial  layihələşdirmə  prosesi  həm  də  «sosial  təşkilatlanma» 
(sosial konstrukturlaşdırma) adlanır.   
Sosial  layihələşdirmənin  əsas  məqsədi  sosial  layihələrin  hazırlanmasıdır. 
Sosial layihə sərəncamlı model olub, sistemin gələcək arzu edilən vəziyyətini 
təsvir edir.  
Sosial  layihələşdirmə  layihənin  həyata  keçirilməsi  texnologiyası  ilə  sıx 
bağlıdır.  Sosial  layihələşdirmənin  texnologiyası  layihələşdirmənin  və  sosial 
elmlərin metodologiyasına əsaslanır. Məhz bu əsasda sosial layihələşdirmənin 
iki əksikliyini aradan qaldırmaq olar:  
1)  aşağı  səviyyəli  layihəyə  uyğunluq  (sosial  layihələr  utopik,  yaxud  sosial 
nümayişkaranə olur);  
2) sosial göstəricilər itirilir.  
Sosial layihələşdirmə layihələşdirilən obyektin tamlığını xarakterizə edən 
ümumi  parametrlər  sistemindən,  alt  sistemlər,  bloklar,  elementlər  və  onların 
əlaqəsindən  ibarət  olur.  Hər  bir  sosial  layihələşdirmə  aşağıdakılardan  ibarət 
olur:  
1) dəqiq layihə əsasında meydana çıxan xüsusiyyətlər;  
2) sosial sifarişin reallaşdırılmasını təmin edən parametrlər;  
3) müəyyən zaman müddətində qurula bilən xüsusiyyətlər.  
Sosial  layihə  elmi  əsasda  yaradılmalı,  mənəvi  normalara  zidd  olmamalı, 
ümumi  qəbul  edilmiş  sosial  dəyərləri  əks  etdirməli,  reallaşma  nöqteyi 
nəzərindən səmərəli olmalı, reallaşmaya yönəlməlidir. Sosial layihə müəyyən 
vaxt 
məhdudiyyətində 
sosial 
sistemlərin 
inkişaf 
parametrlərini 
müəyyənləşdirir.  Sosial  layihə  –  sosial  fəaliyyətin  son  nəticələrinin  işarəli 
məlumatlar  vasitəsilə  ifadə  edilməsidir.  Sosial  layihə  –  beş  əsas  prinsipə 
uyğun olmalıdır: birmənalılıq, zərurilik, bütövlük, ziddiyyətsizlik, optimallıq. 
Layihənin əks etdirdiyi məlumat zəruri və tam olmalıdır, işarəli məlumatların 
ixtisar  edilməsi  zərurəti  yaranmamalıdır.  Layihə  real  və  qeyri-real  ola  bilər. 
Sosial  layihə  –  layihəli  fəaliyyətin  məqsədi  olmalıdır.  Sosial  layihənin  son 
strateji məqsədi obyektiv şəraiti və müxtəlif sosial qrupların həyat fəaliyyətini 
nəzərə  almaqla  kollektiv  münasibətlərin  təşkilinin  optimal  birliyini 
yaratmaqdır.  Ən  sadə  layihələr  qərar  qəbul  edilməsi  ilə  bağlı  olanlar,  ən 
mürəkkəb layihələr isə sosial sistemlərin, proseslərin, münasibətlərin gələcək 
vəziyyəti  ilə  bağlı  olan  layihələrdir.  Layihələşdirmənin  vaxt  intervalının 
genişlənməsi  də  sistem  və  proseslərin,  həmçinin  göstəricilərin  modellərinin 
yaradılması ilə bağlı olan sosial fəaliyyət prosesinin mürəkkəbləşməsinə səbəb 
olur.  Sosial  layihələrin  həyata  keçirilməsi  vasitələri  (o  cümlədən  texniki, 
riyazi  və  məntiqi)  sistem  və  proeslərin,  onların  inkişaf  meylləri,  problem 


 
 
156 
vəziyyətin əmələ gəlməsi və inkişafı, subyektlər, layihələşdirmə, göstəricilərin 
və  sözlü  təsvirlərin,  cədvəl,  çertyoj,  sxem,  maket,  kodlar,  simvollar, 
alqoritmlər,  matritsa  və  digər  göstəricilərin  yaradılması  haqqında 
informasiyanın əldə edilməsi, təhlili və işlənməsi ilə bağlıdır. Müasir dövrdə 
layihələşdirmənin  texniki  vasitələri,  avtomatlaşdırılması  sistemləri  istifadə 
edilir.  
Sosial  layihələşdirmənin  metodikaları  –  ideyalar  matritsası  metodikası, 
rola  uyğunlaşma  metodikası,  analogiya  metodu,  zehni  həmlə  metodikası, 
assosiasiya  metodu,  sinektika  metodikasından  ibarətdir.  İdeyalar  matritsası 
metodikası  bir  neçə  dəyişən  (qoyulan  məsələlər,  müddət,  maddi,  əmək  və 
maliyyə ehtiyatları) əsasında qərarların fərqli variantlarının tərtib edilməsidir. 
Rola  uyğunlaşma  metodikası  –  layihələşdirmə  prosesində  daha  dəqiq 
təsəvvürlərin  əldə  edilməsinə,  layihənin  reallaşmasının  daha  dərindən  dərk 
edilməsinə yönəlir. Analogiya metodu – ümum elmi və məntiqi metod olub, 
təzahürlərin  mahiyyəti,  əlamətləri,  yaxud  münasibətlərilə  bağlı  uyğunluqları 
əsasında proqnozların qurulmasıdır. Analogiya sadə, geniş yayılmış, ciddi və 
qeyri-ciddi  ola  bilər.  Analogiya  metodu  –  müqayisə  edilən  təzahürlərin  daha 
çox ümumi əlamatləri məlum olduqda, ümumi əlamətlər əhəmiyyətli olduqda, 
müqayisə  edilən  təzahürlərin  qarşılıqlı  qanunauyğun  əlaqələrinin  dərk 
edilməsi  əsasında  ehtimallıq  dərəcəsi  yüksək  olduqda  daha  etibarlı  olur. 
Assosiasiya  metodu  –  sosial  təzahür  və  proseslərin  layihələşdirilməsi 
prosesində uyğunlaşma, modifikasiya (dəyişmə) və tam yenidən təşkilatlanma 
üsullarının uyğun istifadəsinə əsaslanır. Zehni həmlə metodikası – ideyaların 
törəməsi,  bərabər  hüquqlu  rəqabəti  və  müqayisəsinin  əlaqələndirilməsi  ilə 
bağlıdır.  Bu  zaman  qiymətləndirmə  aparılır,  dəlillər  ekspertiza  edilir,  fikir 
mübadiləsi  aparılır.  Sinektika  metodu  əsasında  bir  neçə  ideya  ayrılıqda 
nəzərdən  keçirilir,  onlar  arasındakı  qarşılıqlı  əlaqə  və  asılılıq 
müəyyənləşdirilir.  Sosial  layihələşdirmə  şəraiti  –  münasibətlər,  proseslər, 
fəaliyyət, əşyalar, vasitələr və s. ilə bağlı amilləri özündə birləşdirir.  Layihə 
fonu  –  layihələşdirmə  obyektinin  funksiyalaşması  və  inkişafına  təsir  edən 
xarici göstəricilər toplusudur.  Sosial layihələşdirmənin mərhələləri – sosial 
layihənin  hazırlanması  üsulları,  metodları,  qaydaları,  prosedurları, 
əməliyyatları  sistemidir.  Sosial  layihələşdirmənin  geniş  yayılmış  sxemi  – 
problemin aydınlaşdırılması (problemli vəziyyət), sosial sifariş, sosial pasport 
(keyfiyyət  göstəricisi),  layihənin  məqsədləri,  layihənin  vəzifələri,  kəşfiyyat 
proqnoz,  normativ  proqnoz,  verifikasiya  və  düzəliş  edilməsi,  model,  təşkil, 
layihə mərhələləri əsasında qurulur.   


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə