SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə63/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   116

 
 
146 
obyekt yönümlü yanaşma, problemli yanaşma, subyekt yönümlü yanaşma və 
s. qeyd etmək olar.  
Sosial  texniki  layihələşdirmə  əsas  diqqətin  texniki  amillərə  deyil,  insan 
fəaliyyəti, onun sosial və psixoloji aspektlərinə yönəldilməsinə üstünlük verir. 
Sosial  texniki  layihələşdirmə  prototipsiz  layihələşdirmə  kimi,  nəzəri  və 
metodoloji  sahələrdə,  yaxud  mədəniyyət  sahəsində  formalaşmış  idealların 
reallaşdırılmasına yönəlir. 
Obyekt  yönümlü  yanaşma  layihələşdirmənin  ən  geniş  yayılmış  forması 
olub, 
1970-1980-cı 
illərdə  (Q.A.Antonyuk,  N.A.Aitov,  N.İ.Lapin, 
J.T.Toşenko,  İ.V.Bestujev-Lada  və  başqaları)  nəzəri  tədqiqatlarda  geniş 
istifadə  edilirdi.  Bu  yanaşmada  sosial  layihələşdirmənin  əsas  məqsədi  yeni 
sosial  obyektin  yaradılmasına,  yaxud  mövcud  sosial  obyektin  yenidən 
təşkilinə  yönəlir.  Bu  zaman  sosial  əlaqlər,  münasibətlər  tədqiqat  obyekti  ola 
bilər. 
Obyekt 
yönümlü 
yanaşmanın 
əsas 
xüsusiyyəti 
layihənin 
qanunayuyğunluq  xarakteri,  elmi  əsaslandırılmasının  obyektivliyi  haqqında 
təsəvvürlərlə bağlıdır. Bu konsepsiyanın zəif tərəfidir. Problem sosial sahədə 
obyektivlik  və  elmiliyin  şərhi  ilə  bağlıdır.  Layihələşdirilən  obyektin  elmi 
əsaslandırılması  ən  ümumi  hallarda  mümkündür,  konkret  idarəetmə 
qərarlarına münasibətdə isə mübahisəlidir. 
Problem  yönümlü  (problem-məqsədli,  proqnozlu)  yanaşmanın  tərəfdarı 
olan  tədqiqatçılar  (T.M.Dridze,  G.A.Orlova,  O.E.Truşenko,  O.N.Yanitski  və 
başqaları)  sosial  layihələşdirmə  fəaliyyətini  xüsusi  sosial  texnologiya  kimi 
qəbul  edirlər.  Bu  yanaşmanın  əsas  xüsusiyyəti  cari  və  perspektiv  sosial 
problemlərə  dair  qərarlarda  sosial-diaqnostik  göstəricilərin,  mümkün 
ehtiyatlar  və  tənzimlənən  sosial  vəziyyətin  inkişaf  məqsədlərinin  nəzərə 
alınması  və  bu  əsasda  humanitar  biliklərin  tətbiqi  ilə  bağlıdır.  Problem 
yönümlü yanaşmada –  
1)  sosial  təkrar  istehsal  prosesində  obyektiv  və  subyektiv  amillərin  eyni 
səviyyədə nəzərə alınması;  
2) sosial layihələşdirmənin sosial diaqnostik işin üzvi və son  mərhələsi kimi 
qəbul edilməsi;  
3)  qərar  hazırlanması  prosesində  diaqnostik  və  konstruktiv  mərhələlər 
arasındakı  əks  əlaqəyə  xüsusi  diqqət  verilməsi  –  layihələşdirmənin  əsas 
mahiyyətini əks etdirir. Bu yanaşmanın əsas çatışmazlığı nəzəri əsasların zəif 
təcrübi tətbiqi, elmi tədqiqat və ekspert işlərinə geniş imkanlar yaradılması ilə 
əlaqədar olaraq yanaşmanın nəzəriləşməsi ilə bağlıdır.   
Subyekt  yönümlü  yanaşma  layihələrdə  subyektivliyin  mühiti 
münasibətərlə  əlaqədar  təzahür  etdiyini  müəyyənləşdirir.  Sosial  mədəni 
dinamikanın  hipotetik  modelində,  dəyər-normativ  və  təşkilati-idarəetmə  ilə 


 
 
147 
bağlı  layihələrdə  subyekt  yönümlü  yanaşma  üstünlük  təşkil  edir.  Bu 
yanaşmanı  irəli  sürən  T.M.Dridze  layihələşdirmə  prosesində  sosial  fəaliyyət 
subyekti ilə əlaqənin mövcudluğunu və əsaslı təsirini vurğulayır. 
Sosial  layihələşdinmənin  tezaurus  (subyektiv)  əsasları.  Həyat 
yönümünün  tezaurus  əsasları  –  subyektiv  dünyaların  üst-üstə  düşməməsi, 
sosial  davranışın  dəyərlər  əsasında  tənzimlənməsi,  sosial  subyektin  sosial 
mühitdə  davranış  fəaliyyəti  ilə  müəyyənləşir.  Bu  yanaşma  sosial 
layihələşdirmədə  də  mühüm  əhəmiyyət  kəsb  edir  və  «Tomas  nəzəriyyəsi»  - 
«əgər  insanlar  bəzi  vəziyyətləri  real  olan  kimi  müəyyənləşdirirlərsə,  bu 
vəziyyətlər nəticələrinə görə realdır» - əsasında izah oluna bilər. Bu yanaşma 
layihə  yaradıcısını  (təşəbbüskar,  müəllif,  təkmilləşdirici)  həm  müəyyən 
ictimai tələbatın təminatçısı, həm də öz şəxsi maraqlarının reallaşdırıcısı kimi 
görməyə  imkan  yaradır.  Layihə  yaradıcısı  sosial  mühitdə  fəaliyyət  göstərir, 
özündə  həmin  mühitin  xüsusiyyətlərini  daşıyır,  eyni  zamanda  o,  öz  işinə 
yaradıcı  yanaşaraq,  layihənin,  yeniliyin  reallaşmasına  təkan  verir.  Layihə 
ödənilməmiş  tələbatlarla  əlaqədar  olsa  da,  o  mühitin  deyil,  layihələşdirmə 
subyektinin yaradıcılıq məhsuludur. Sosial layihələşdirməyə subyekt yönümlü 
yanaşmada  obyektiv  amillərin  (sifariş,  idarəetmə  qərarının  qəbulu,  ehtiyatlar 
və s.) rolu azaldılmır. Tezaurus yanaşma layihələşdirmədə dövrlərin əlaqəsini, 
müasir sosial təşkilatlanmanın üç əsas xüsusiyyətini – ənənələrin tənzimləyici 
rolunun  tənəzzülü,  dərk  edilən  dünyanın  natamamlığı,  sosial  dəyişikliklərin 
sürətini nəzərə alır.  
Sosial  layihələşdirmənin  fəlsəfəsi.  Tezaurus  yanaşması  sosial 
layihələşdirmənin fəlsəfəsini aşağıdakılar kimi izah edir:  
1.  İnsan  sosial  yeniliklərə,  onların  yaradılması  və  istehlakına  açıqdır. 
Yeniliklərə  açıqlıq  –  onların  ilkin  işlənib  hazırlanması  və  həyata 
keçirilməsidir.  Sosial  dəyişikliklər  arzu  edilən  olsa  da,  onların  həyata 
keçirilməsi  cəmiyyətlərə,  ayrı-ayrı  insanların  və  sosial  birliklərin 
xüsusiyyətlərinə görə fərqlənir. Cəmiyyət eyni zamanda həm təsirlənən, həm 
də  möhkəmdir:  sadə  layihələri  qəbul  etməklə  yanaşı  güclülərə  müqavimət 
göstərə bilir. 
2.  Sosial  layihə  cəmiyyətin  təşkilatlanma  səviyyəsini  yüksəldir.  Sosial 
layihələrin  yaradılması  və  tətbiq  edilməsi  «özününkülər»  və  «yadlar»,  «biz» 
və  «onlar»  arasındakı  məsafəni  genişləndirir,  bu  əsasda  icmaları  yenidən 
strukturlaşdırır  və  əks  sosial  qruplar  arasındakı  münasibətlərdə  gərginliyi 
azaldır. 
3. İnsan öz xüsusiyyətlərinə və münasibətlərinə görə nadir varlıqdır. Sosial 
layihələrdə  səciyyəvi  (tipik)  parametrlərinin  tətbiq  edilməsi  həyat  məkanının 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə