SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə61/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   116

 
 
142 
hakimiyyətinin  yaradılmasıdır.  Bu  hakimiyyət  NATO,  Amerika  hakimiyyəti 
deyil,  BMT-nın  səmərəli  inkişaf  xəttinə  və  potensial  təcavüzkarlara  qarşı 
mübarizə apara biləcək bütün iri dünya dövlətlərinin birliyinə əsaslanan dünya 
hakimiyyətinin yaradılmasıdır. Bu dövlət müasir dövrün bütün problemlərinin 
həllinə,  alternativ  sivilizasiyaya  keçməyə  yönəlməli,  hər  cür  müharibədən 
kənar  olmalıdır.  IV  Dünya  müharibəsində  heç  bir  cəbhə,  mülki  və  hərbi 
vətəndaşlar  arasında  heç  bir  fərq  olmayacaq,  hər  kəs  müharibəyə  hazırlıqlı 
olacaq. 
Şəxsiyyətin kiborqlaşması – prosesin optimallaşdırılması  
Artıq  bəşəriyyət  kompüterlərin  üçüncü  nəslini  yaradıb  və  bir  neçə  ildən 
sonra  meydana  çıxacaq  yeni  nəsil  kompüterlər  aşağıdakı  tələblərə  cavab 
verəcək: 
1.Son  dərəcə  yığcam,  cib,  yaxud  qol  saatları  həcmində  monitora  sahib 
olan, ayaqüstü istifadə edilən kompüterlər.   
2. Stasionar kompüterin, həmçinin televizor, radio-vidieo-telefonun bütün 
imkanlarını  daşıyan  kompüterlər  dünyanın  bütün  kitabxanalarından  hər  cür 
informasiyanı  əldə  etmək,  yer  kürəsinin  hər  hansı  bir  nöqtəsində  istənilən 
şəxslə vizual ünsiyyət qurmaq bacarığına malikdir.   
3. İnternetin bütün informasiya sərvətindən istifadə etmək imkanları açılır. 
Kompüterlər hər cür məsələnin həll edilməsi imkanlarına malikdir.  İnsanların 
psixikası  və  intellektinin  manipulyasiyası  imkanları  genişlənir.  İnsan 
kibernetik canlıya, yaxud kiborqa çevrilir.           
YOXLAMA SUALLAR 
1.Müasir dövrün əsas sosial proqnozları sırasında hansıları fərqləndirilir? 
2. «Narkoman kollektiv» dedikdə nə nəzərdə tutulur? 
3.Şəxsiyyətin kiborqlaşması hansı əsaslarda baş verir? 
4.Bəşəriyyətin fiziki deqradasiyasına gətirən səbəbləri izah edin. 
REFERAT MÖVZULARI 
1. Şəxsiyyətin kiborqlaşması prosesi 
2. IV Dünya müharibəsinin yetişməsi və qabağının alınması yolları  
3. Bəşəriyyətin fiziki deqenerasiyası və qarşısının alınması yolları  
ƏDƏBİYYAT: 
 
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс  лекций.  М.: 
Педагогическое общество России. 2001. 
2.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Технология  прогнозных  разработок  социальных 
процессов. М.: Поиск, 1992. 
3.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
4. Лезгина М.Л. Детерминация прогнозирования. Л., 2000. 
5.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977. 
6.Прогнозирование  в  социологических  исследованиях.  Методологические  проблемы.  /  Отв.Ред. 
И.В.Бестужев-Лада. М., Мысль, 1978. 
7.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль, 1982. 
8.Суворов Л.Н. Аверин А.Н. Социальное прогнозирование. М., Эврика, 1984. 
 


 
 
143 
SOSİAL LAYİHƏLƏŞDİRMƏ 
 
Mövzu 10.  SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN İNKİŞAF TARİXİNƏ 
DAİR. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN NƏZƏRİ ƏSASLARI 
 
Hər  bir  modernləşmiş  cəmiyyətdə  gələcəyə  dair  layihələrin  hazırlanması 
vacib  amil  kimi  qəbul  edilir.  Layihələr  aid  olduğu  sahənin  xüsusiyyətlərinə 
görə fərqlənir. Siyasi partiyaların ictimai fəaliyyəti ilə bağlı manifestlər, ilkin 
proqramlar  və  s.;  utopik  ədəbiyyat  (ən  kütləvi  olan,  fantastik,  sosial  fəlsəfi 
ədəbiyyat),  kino,  kompüter  oyunları  və  digər  uyğun  əsərlər  futuroloji 
xüsusiyyətli  ikinci  dərəcəli  layihə  hesab  edilir.  Siyasi  sahədə  gələcəyə  dair 
layihələri  daha  çox  cəmiyyətin  mövcud  vəziyyətindən  narazı  olan  sol 
partiyalar  hazırlayır,  sağ  partiyalar  isə  mövcud  siyasi  şəraitin  saxlanması 
tərəfdarı  kimi  çıxış  edərək,  utopik  layihələr  irəli  sürürlər.  SSRİ-də  1920-ci 
illərin  sonuna  doğru  A.V.Çayanovdan  L.D.Trotskiyədək  gələcəyin  layihəsilə 
bağlı fikirlər səslənirdi, Stalin dövründə gələcək haqqında ədəbiyyatlara tabu 
qoyulmuşdu, 1930 – 1940-cı illərdə D.Andreyevanın əsəri bu haqda yazılmış 
yeganə əsər olub, gizli saxlanılırdı. SSRİ-də Futurologiyanın elm kimi inkişafı 
1950-ci illərin sonuna təsadüf edir. Bu dövrdə ancaq xüsusi problemlərə dair 
layihələr  hazırlanırdı.  1960  –  1970-ci  illərdə  layihələrə  dair  əsas  problem 
sovet  cəmiyyətinin  avtoritar  /  totalitar  rejiminin  xüsusiyyətlərilə  bağlı  idi. 
Dövlət  əsas  layihələşdirici  orqan  kimi  çıxış  edirdi  və  qəbul  edilən  layihələr 
növbətçi  xüsusiyyətli  idi.  Bu  dövrdə  A.N.  və  B.N.Struqatski  qardaşları, 
Q.P.Şedrovitski,  E.V.İlyenkov,  Q.S.Altov  (Altşuller)  və  digərlərinin 
əsərlərində  gələcəyin  mümkün  mövcudluğu  haqqında  fikirlər  irəli  sürülürdü. 
Rusiyada  layihələşdirmənin  inkişaf  tarixi  haqqında  danışarkən  –  İ.Yefremov 
«Andromeda  dumanlıqları»  (1957),  N.Razqovorov  «Dörd  dördlük»  (1964), 
A.N.Struqatski, B.N.Struqatski «Əsrin vəhşi əşyaları» (1965), E.V.Şlyapentox 
«Bu  gün  sabahı  necə  araşdırırlar»  (1975),  A.Amalrik  «Sovet  cəmiyyətində 
ideologiyalar»  (1976),  S.Platonov  «Kommunizmdən  sonra»  (1989), 
İ.Bestujev-Lada  «SSRİ-də  Rusiyada  gələcəyin  tədqiqi  (1961-1990)», 
A.Valitski  «Mühafizəkar  utopiya  dairəsində  paralellər  (1991),  D.Panin 
«Yaradıcılar  dövləti»  (1993),  S.Pereslegin  «Dünyanın  sonunun  sinoptikləri», 
Y.Ayxenvald  «Rus  əsilli  Don  Kixot»  (1996),  A.N.Struqatski,  B.N.Struqatski 
«Çirkin  ördəklər»  (2002),  B.N.Struqatski  «Keçmişin  şərhi»  (2002),  A.Bovin 
«XX əsr həyat kimi» (2003), M.Qonçarov «Gələcəyin forumu», Q.Pavlovski 
«Tarixin təlimi» (2004), İ.Kukulin «Satira ilə oyun yaxud işsiz meksikalıların 
Ayda qeyri-adi macəraları» (2005), A.Saxarov «Həyəcan və ümidlər» (2006), 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə