SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə69/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   116

 
 
160 
 
 
Mövzu 12.  
SOSİAL LAYİHƏLƏŞDİRMƏ NƏZƏRİYYƏSİNİN 
ƏSASLARI 
 
Sosial  layihələşdirmə  sosial  fəaliyyət  forması  kimi,  proqnoz,  model, 
ssenari, plan, yaxud nümunənin nəzəri, yaxud təcrübi reallaşdırılmasına imkan 
yaradır. Sosial layihələşdirmə xüsusi nəzəriyyə forması olub, sosial layihələrin 
anlayışlar və kateqoriyalar aparatını, prinsip və qanunauyğunluqlarını, model 
və  metodlarını,  metodikasını  özündə  birləşdirir.  Layihələşdirmə  –  sosial 
dəyişikliklərin  təcrübi  nəzəriyyəsi,  yaxud  sosial  islahatların  nəzəri 
təcrübəsidir.  
Hər  cür  sosial  layihələşdirmə  sosial  fəaliyyətin  modeli  və  təcrübi 
reallaşdırılması  kimi,  obyektiv  əsaslara  malik  olmalıdır.  Sosial 
layihələşdirmənin aşağıdakı sosial determinist əsasları fərqləndirilir:   
1.Bu  və  ya  digər  sosial  sistem,  yaxud  sosial  obyektin  mahiyyəti  və 
qarşılıqlı  münasibətlərinin  məqsədyönlü  dəyişilməsinə  və  inkişafına  dair 
ictimai tələbat.  
2.Sosial  proseslərin  kortəbii  inkişafının  qarşısının  alınması  və  sosial 
tələbatların  təmin olunması istiqamətində yönəldilməsinə sosial zərurət. 
3.Sosial yaradıcılığın reallaşdırılmasına tələbat. 
4.Sosial sistem və proseslərin planlı, proqnozlu və idarə edilən inkişafına 
sosial  zərurət. 
5.Daxili  münasibətlərinin  tarazlığı  və  digər  sistemlərlə  harmonik 
münasibətlər  yaradılması  xüsusiyyəti  ilə  seçilən  dinamik  sosial  sistemlərin 
yaradılması tələbatı. 
6.Sosial sistemin optimal formalarının, onun səmərəliliyi və rasionallığına 
yönəlmə. 
7.Sosial proseslərin konstruktiv xüsusiyyətlərinin reallaşdırılmasına sosial 
tələbat. 
8.Sosial  destruktivliyin,  sosial  entropiyanın  (dönmə,  çevrilmə), 
nizamsızlığın,  təşkilatsızlığın  və  qeyri-sabitliyin  səviyyəsinin  azaldılmasına 
sosial tələbat. 
Sosial  layihələşdirmə  prosesinin  daxili  determinantları  kimi  aşağıdakılar 
müəyyənləşdirilir: 
1.Sosial  proseslərin  çox  amilliliyi  və  dəyişkənliyinin  nəticəsi  kimi 
müəyyən sosial proseslərin tədqiqinə ziddiyyətlli, nizamsız yanaşmalar. 


 
 
161 
2.Hər  hansı  bir  inkişaf  etmiş  nəzəriyyə  çərçivəsində  mürəkkəb  sosial 
prosesin  rekonstruksiyası  (yenidən  təşkilatlanması)  və  bütün  vəziyyətlərdə 
onun inkişafının tam sistemli proqnozlaşdırılmasının qeyri-mümkünlüyü. 
3.Sosial  münasibətlərin  inkişafı  və  mürəkkəbləşməsi  və  sosial 
layihələşdirmə  nəzəriyyəsinin  və  təcrübəsinin  inkişafı,  ictimai  həyatda  onun 
yeri və əhəmiyyəti. 
4.Sosial  layihələşdirmənin  tətbiqi  təcrübəsinin  ümumiləşdirilməsi  və  bu 
sahədəki  nəzəri  araşdırmalar  əsasında  vahid  nəzəriyyənin  yaradılması 
tələbatının inkişafı.   
5.Sosial  layihələşdirmənin  əsası  olan  sosial  və  humanitar  elmlər 
kompleksinin inkişafı. 
Yeni sosial problemlərin fərqli həlli variantlarının, həmçinin sosial planlar 
və  proqramların  hazırlanması  prosesində  sosial  layihələşdirmə  məqsədyönlü 
fəaliyyət forması kimi istifadə edilir. Layihələşdirmə qərarın hazırlanması və 
qəbulu formalarından olub, idarəetmənin əsas funksiyalarından biri kimi çıxış 
edir.  Planlaşdırmadan  fərqli  olaraq,  layihələşdirmə  idarəetmənin  digər 
funksiyalarına daha az təsir göstərir və intellektual, maddi, əmək və maliyyə 
ehtiyatlarından çıxış edərək, qərarların çoxvariantlı qəbulu imkanlarını qəbul 
edir. Sosial proseslər və sosial institutların yenidən təşkilatlanması prosesi ilə 
əlaqədar  olaraq,  sosial  layihələşdirmə  fərqli  vəziyyətlərdə  təkrar  istehsalın, 
yaxud  dəyişikliklərin  əsaslandırılması  vasitələrinin  axtarışına  yönəlir.  Eyni 
zamanda sosial layihələşdirmə təxmini hesablara əsaslanaraq, müəyyənləşmiş 
zaman müddətinə malik olmaya bilər.  
Sosial  təşkilatlandırma.  Təşkilatlandırma  fəaliyyəti  sosial  reallığın 
yaradıcı mənimsənilməsi ilə bağlıdır. Sosial təşkilatlandırma belə bir ideyaya 
əsaslanır ki, ən çox ehtimal edilən meyllə yanaşı ən az ehtimal edilən, yaxud 
real mümkün olan meyl mövcuddur. Hər zaman mövcud sosial məsələnin həlli 
üçün istifadə ediləcək daxili sosial ehtiyatlar mövcud olur. Mahiyyətcə yaxın 
olan  perspektiv  məqsədlər  hər  hansı  bir  mərhələdə  yerlərini  dəyişə  bilər, 
yaxud eyni bir məqsəd müxtəlif vasitələrlə həyata keçirilə bilər.  
Sosial  mühəndislik.  Sosial  layihələşdirmə  «sosial  mühəndislik» 
anlayışından fərqlənir. Sosial mühəndislik təzahür, yaxud obyektin aid olduğu 
mühitin  funksiyalaşma  qanunauyğunluqlarını  nəzərə  alaraq,  mümkün  inkişaf 
yollarını müəyyənləşdirməyə çalışır.   
Sosial  layihələşdirmənin  metodologiyası  sosial  proseslərin  tədqiqində, 
modelləşdirilməsində, 
təşkilatlandırılmasında, 
planlaşdırılmasında, 
proqnozlaşdırılmasında,  yəni  sosial  layihələşdirilməsində  istifadə  edilən 
müəyyənləşmiş metodlar sistemi haqqında elm kimi çıxış edir. Layihələşdirmə 
məqsədyönlü  sosial  dəyişikliklərin  gələcək  variantlarının  və  sxemlərinin 


 
 
162 
qeyri-mütəşəkkil  seçimi  ilə  bağlıdır.  Sosial  layihələşdirmə  ideyaların 
yoxlanılmasında  uğursuz  eksperimentləri  də  nəzərə  almalıdır.  Sosial 
layihələşdirmənin  metodologiyası  üçün  obyektlərin  (sosial  institutlar,  sosial 
proses və təzahürlər) düzgün müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. 
Buna  görə  də  sosial  layihələşdirmənin  obyekti  fərqli  əsaslarda  (cəmiyyətin 
iqtisadi, 
sosial-siyasi 
və 
mənəvi 
sahələrinin 
funksiyalaşmasının 
təkmilləşdirilməsi) təsnif edilməlidir. Sosial layihələşdirmə cəmiyyətin bu və 
ya  digər  sahəsinin  səmərəli  fəaliyyətilə  bağlı  şəraitin  yaradılması  ilə 
əlaqədardır.  Belə  layihələr  əmək  fəaliyyətinin  inkişafı  üçün  əhəmiyyət  kəsb 
edir.  Qeyd  etmək  lazımdır  ki,  sosial  layihələşdirmə  yalnız  xüsusi,  konkret 
ictimai  münasibətlərin  öyrənilməsi  ilə  bağlı  olmayıb,  həm  də  sosial 
münasibətlər sisteminin kompleks təqdim edilməsi məqsədini daşıyır. Yalnız 
kompleks,  sistemli,  vahid  yanaşma  əsasında  ictimai  proseslər  və  təzahürlər 
səmərəli layihələşdirilə bilər. Sosial layihələşdirmənin əsas xüsusiyyəti insan 
həyatının  bütün  sosial  aspektlərini  əhatə  edən  problemlərin  həll  edilməsinə 
yönəlməsi ilə bağlıdır. Sosial layihələr təşkilat, rayon, şəhər, əyalət, respublika 
və bütövlükdə respublika səviyyəsində hazırlana bilər.  
Sosial  layihələşdirmənin  predmeti  və  obyekti.  Hər  bir  nəzəriyyə  kimi 
sosial  layihələşdirmə  nəzəriyyəsi  də  obyekt  və  predmetə  malikdir.  Sosial 
layihələşdirmənin obyekti aşağıdakı xüsusiyyətləri daşıyır: 
1.sosial  layihələşdirmənin  obyekti  öz  mahiyyəti  və  keyfiyyəti,  əlamətləri 
və funksiyaları olan sadə sosial törəmədir
2.sosial layihələşdirmənin obyekti mürəkkəb törəmə, yaxud nisbətən sadə 
sosial  törəmələr  sistemidir,  həmcins,  yaxud  müxtəlif  cinsli,  əlaqəli,  yaxud 
asılı,  birləşmiş,  yaxud  ayrı,  dinamikanın,  yaxud  statikanın  tələblərinə  cavab 
verən çoxsaylı elementlər toplusudur; 
3.sosial layihələşdirmənin obyekti mürəkkəb sosial törəmələr sistemidir. 
Obyektin xüsusiyyəti layihələşdirmə prosesində bu və ya digər metodların 
–  təsviri,  qeydə  alınması,  ixtisaslaşdırıcı,  nümunəvi,  birləşdirici,  kəmiyyət, 
keyfiyyət,  analitik,  sintetik  və  s.  seçilməsinə  şərait  yaradır.  Sosial 
layihələşdirmənin  obyekti  ideal  və  real  ola  bilər.  Real  obyekt  –  sosial 
dəyişikliklərlə  bağlı  fəaliyyət  və  idrakın  obyektidir.  Real  obyekt  empirik 
dərketmə  ilə  bağlı  olub,  obyektin  təsviri,  onun  mahiyyət  və  keyfiyyətlərinin 
qeydə  alınması,  bu  mahiyyət  və  keyfiyyətlərin  təsnif  edilməsi  əsasında 
müəyyənləşir.  
Sosial  layihələşdirmə  obyektinin  strukturu  aşağıdakı  səviyyələrdən 
ibarətdir: 
1.Sosial  sistem  səviyyəsi  –  sosial  institutlar,  təbəqələr  və  təşkilatların 
mümkün qarşılıqlı fəaliyyət formaları. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə